Ermənistanda “Rusiyaya istəyirəm” aksiyasının iştirakçıları aclığa başlayıblar
Ermənistanda 20 nəfər aclıq elan edib. Bunlar “Rusiyaya istəyirəm” aksiyasının iştirakçılarıdır. Onlar artıq bir neçə aydır ki, Rusiya ilə müntəzəm aviareyslərin bərpa olunmasını tələb edirlər.
Onlardan çoxu koronavirusa görə fövqəladə vəziyyət elan olunana qədər hansısa işlərinə görə vətənə gəliblər və indiyə qədər işlərinin, bəzilərinin isə həm də ailələrinin olduğu Rusiyaya qayıda bilməyiblər.
Ermənistan hakimiyyəti bütün bu müddət ərzində cavab verir ki, bu məsələ ilə bağlı danışıqlar gedir, amma Rusiya tərəfi hələlik müntəzəm reysləri bərpa etməyə tələsmir.
Sentyabrın 23-də səhər saatlarında etirazçılarla baş nazir Nikol Paşinyan görüşüb. Amma hökumət başçısı ilə görüş nəticə verməyib – aclıq aksiyasını hava sərhədi açılana qədər davam etdirəcəklər.
Rusiya hökuməti isə ötən gün Cənubi Koreya və Ermənistandan başqa bütün Avrasiya İqtisati İttifaqına üzv ölkələr üçün hava sərhədlərini açdığını elan edib.
Baxmayaraq ki, Ermənistan 5 ildir ki, Rusiyanın liderliyi altında fəaliyyət göstərən AAİİ-nin üzvüdür. İttifaqa həmçinin Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
•“Qıfıl altında”: ermənistanlı əmək miqrantları Rusiyaya gedə bilmir
•Ermənistan. Bizneslərini koronavirusdan xilas edən üç qadının hekayəsi
Aksiya haqda
Rusiyaya getmək icazəsi tələb edən bir qrup Ermənistan vətəndaşı Facebook-da “Rusiyaya istəyirəm” adlı qrup yaradıb.
Sentyabrın 22-də gündüz sosial şəbəkələrdə aclıq elan ediləcəyi haqda məlumat yayılıb.
Sentyabrın 22-də artıq saat 22:00-da qrupun 20 i.tirakçısı aclıq elan ediblər və hökumət binasının yanında gecələyiblər. Onların arasında qadınlar da var.
Aksiya iştirakçılarını sentyabrın 23-də səhər baş nazir Nikol Paşinyan qəbul edib. Onlardan birinin sözlərinə görə, hökumət başçısı koronavirusun yayılması tempinə görə vəziyyət mürəkkəbdir. Hökumət başçısı söz verib ki, məsələni Avrasiya Hökumətlərarası Şurasının oktyabrın 8-də Yerevanda baş tutacaq iclasında müzakirə edəcək.
“Amma biz dedik ki, o qədər gözləyə bilmərik”, – Artur Voskanyan jurnalistlərə bildirib.
Vəziyyət haqda
Daha əvvəl baş nazirin müavini Mqer Qriqoryan deyib ki, Ermənistan hava sərhədlərinin açılması məsələsini artıq AAİİ-də qaldırıb:
“Bizim AAİİ üzrə tərəfdaşlarımız bu məsələni müzakirə etməyə hazırdır və ən azı biz vahid qaydaların müəyyən olunmasına nail ola biləcəyik ki, onlar bütün AAİİ ölkələri üçün simmetrik tətbiq edilsin. Hətta əgər yaxın zamanda müntəzəm sərnişindaşımanı bərpa etmən imkanı olmasa da, ən azı vahid standartlar tətbiq ediləcək”, – o deyib.
Ermənistanda etiraz aksiyası davam etdiyi müddətdə Rusiya hökuməti tədricən hava əlaqələrini bərpa edir. Rusiya hökumətinin son sərəncamına əsasən ölkə sentyabrın 21-dən Ermənistan istisna olmaqla bütün AAİİ ölkələri ilə hava sərhədini açıb, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava əlaqələri bərpa olacaq.
“Biz bilmirik bu, nə ilə şərtlənib, amma bizim üçün çox məyusedicidir ki, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya, Belarusla sərbəst hərəkət haqda danışıqlar apara bilirlər, biz isə AAİİ üzvü olduğumuz və sazişə əsasən bizim sərbəst hərəkət imkanımız olduğu halda yerimizdə ilişib qalmışıq”, – aksiya iştirakçılarından biri deyib.
Sentyabrın 21-də “daşıma” reysləri proqramının bitməsi də vəziyyəti daha da mürəkkəbləşdirir, bu reyslər sayəsində Ermənistandan Rusiyaya getmək mümkün idi. Yerlərin sayı çox məhdud idi, buna görə də Rusiyanın bu və ya digər şəhərinə uçmaq üçün əvvəlcədən “Dövlət vidmətləri” portalında qeydiyyatdan keçmək lazım idi.
İndi Ermənistandan Rusiyaya ancaq bir yolla getmək mümkündür – çarter reysləri həyata keçirən “Aeroflot” aviaşirkətinin xidmətlərindən yararlanmaq. Problem isə bu xidmətin baha olmasındadır – Yerevandan Moskvaya bir istiqamətdə bilet 55 min rubldan (təxminənn 690 dollar) bahadır.
Hazırda isə “Aeroflot” oktyabrın 25-dən müntəzəm reysləri bərpa etmək niyyətini açıqlayıb.
“İmperiya elə imperiya olaraq qalır”
Rusiya bu məsələni də Ermənistana təzyiq rıçaqı kimi istifadə edir və hökumətə qarşı ictimai narazılıqları qızışdırır – politoloq Stepan Qriqoryan hesab edir.
“Mən bildirirəm ki, bu da onunla bağlıdır ki, imperiya elə imperiya olaraq qalır, onlar anlayırlar ki, Ermənistanın hazırkı hakimiyyətinə nə qədər çox daxili təzyiq olsa, onlar istədiklərinə bir o qədər rahat nail ola biləcəklər.
Bu, imperiya siyasətidir – hazırkı hakimiyyəti daima təzyiq altında saxlamaq və nəyəsə nail olmaq”.