Abxaziyanın gürcülər yaşayan Qali rayonunda seçkilər parlament ətrafında deyil, gürcülər üçün vətəndaşlıq ətrafında gedib
Abxaziyanın Qali rayonunda martın 26-sı bazar günü bitən parlament seçkiləri respublikanın yerdə qalan ərazisindən tamamilə fərqlənərək səciyyəvi xarakter daşıyıb. Burda əhalinin böyük bir hissəsi gürcülərdir və onların yalnız kiçik bir hissəsi seçki hüququna malikdir.
=========================================================================
Qali rayonu Abxaziyada inzibati vahiddir. 2011-ci ilin siyahısına görə, əhalinin 98.21 faizini gürcülər/meqrellər təşkil edir. Rayon bilavasitə İnqur (gürcü variantında İnquri) çayına bitişir ki, bu da abxaz-gürcü münaqişəsində bölünmə xətti sayılır. Qali rayonunda İnqur SES yerləşir ki, bu, Abxaziyada ən mühüm energetika müəssisəsidir.
Burda gürcü əhalisinin əsas problemləri aşağıdakılardır:
– Gürcü dilində təhsilə məhdudiyyətlər qoyulması;
– Sərhəd rejiminin sərtləşdirilməsi;
=========================================================================
Bu dəfə 35 nömrəli Qali seçki dairəsində seçicilərin siyahısı 600 nəfəri ötmürdü – halbuki məlum rayonun əhalisinin sayı qat-qat çoxdur: 35 min adam.
Əhalinin ümumi sayı ilə parlament seçkilərində iştirak etmək hüququna malik şəxslər arasında bu cür böyük fərq rayonun əsas siyasi probleminə dirənir – bu, pasport çarpışmasıdır.
Məhz Qali gürcüləri üçün pasportlar 2014-cü ilin mayında o zamankı prezident Aleksandr Ankvabın (o, elə indilərdə yeni parlamentin deputatı seçilib) vaxtından əvvəl istefasında detonator rolunu oynayıb.
Üç il əvvəl yerli sakinlərə pasport verilməsi məsələləri ilə məşğul olan parlament komissiyası belə bir nəticəyə gəlib ki, hələ 2009-cu ildə Abxaziyanın üç şərq rayonunda yerli administrasiyalar yanında yaradılmış və pasportizasiya işinə baxan xüsusi komissiyalar hazırkı qanunvericiliyi pozmaqla təşkil olunub.
Həmin komissiyaların fəaliyyəti qeyri-qanuni elan edilib, çünki vətəndaşlıq məsələləri ilə məşğul olmaq heç cür rayon administrasiyasının səlahiyyətinə daxil ola bilməz. Bundan başqa, parlamentin fikrincə, pasportların özü də qüvvədə olan “Abxaziya respublikasının vətəndaşlığı barədə” qanunu pozmaqla verilib.
Məlum qanuna əsasən, ikili vətəndaşlığa yalnız bir halda yol verilir – ikinci pasport Rusiyanınkı olmalıdır. Qali rayonunun bir çox sakininin Gürcüstan vətəndaşlığı var. Bu vətəndaşlığa sahib olanlar məlum faktı xüsusi olaraq gözə soxmayıblar, hərçənd bundan böyük sirr də düzəltməyiblər.
Ölkənin o zamankı rəhbərliyi vətəndaşlıq haqqında qanuna bir az da olsa uyğun gəlmək üçün prosesin leqallaşma formasını icad ediblər. Leqallaşmanın məğzi isə onda olub ki, Qali rayonunun abxaz vətəndaşlığı almaq istəyən hər bir sakini yazılı şəkildə gürcü pasportundan imtina edib.
Gerçəkdə bu kağız heç bir qüvvəyə malik olmayıb, çünki ərizə verən əvvəlki tək Gürcüstan vətəndaşı qalıb, amma bununla yanaşı, onun abxaz sənədi də olub.
Aleksandr Ankvabın vaxtından əvvəl istefasından sonra rayon komissiyaları vasitəsilə verilmiş pasport üzrə vətəndaşlıq ləğv edilib və indi bu sənədlər şəxsiyyəti təsdiq edən sıradan bir blank sayılır. Onların vasitəsilə əmək haqqı, təqaüd almaq olar, bank hesablamaları aparmaq, işə düzəlmək mümkündür, lakin məlum pasport sahibləri siyasi prosesdə iştirak edə bilməzlər.
Bu sənədlərlə yerli seçkilərdə iştirak etmək olar, amma parlament və prezident seçkilərində iştirak qadağan olunub.
Və yenidən yerli gürcülər üçün abxaz vətəndaşlığı məsələsi
Beləliklə, yerli gürcülər üçün abxaz vətəndaşlığı məsələsi 2017-ci ildə Qali rayonunda seçkiöncəsi polemikanın əsas mövzusuna çevrilib.
Burda əvvəlcə namizəd kimi səkkiz nəfər qeydiyyatdan keçib. Onlardan yalnız bir namizəd – Kaxa Pertaya yüz faizli yerli hesab oluna bilər. O, burda doğulub və boya-başa çatıb. Rayon prokuroru işləyir. Yerdə qalan namizədlər ya bu regionda işləyiblər, ya da ümumiyyətlə, seçkilərədək ona heç bir aidiyyatı olmayıb.
Səkkiz namizəddən yeddisi mövcud vəziyyətin dəyişməsinin zəruri olduğunu bəyan edib və bu regionun sakinləri üçün abxaz vətəndaşlığının ləğv edilməsi qərarını tənqid atəşinə tutub.
Pasport tənqidindən kənarda qalmağa üstünlük verən yeganə namizəd Kaxa Pertaya olub. Amma nəticədə məhz o, martın 26-sı bazar günü səsvermənin ikinci mərhələsində qalib gələrək, parlamentdə rayonu təmsil edəcək. O, birinci mərhələdə də zəfər çala bilərdi, sadəcə bir neçə on səsi çatmayıb.
Pertaya hökumət xəttinin vətəndaşlıqdan məhrum edilmiş Qali sakinlərinə oturum sənədinin verilməsini müdafiə edir. Bu sənədin verilməsinə böyük ehtimalla artıq yaxın vaxtlarda başlanacaq.
Pertaya ikinci mərhələdə Qali sakinlərinin vətəndaşlığı və pasport alması məsələsinə görə hökuməti sərt tənqid edən Dmitri Adleyba ilə rəqabət aparıb.
Amma nədənsə zaman keçdikdən sonra belə vəziyyət yaranıb ki, burda bizim cəmi bir neçə yüz vətəndaşımız var. Bu arada o ki qaldı Qali rayonunun əhalisinin vətəndaşlıq mövqeyinə, ən yaxşı vergi yığımı burdadır. Adamlar vergiləri müntəzəm ödəyir və dövlətlə münasibətdə olurlar”.
Qalidə təbliğat kampaniyasının spesifikası Abxaziyanın digər regionlarından nəzərə çarpacaq dərəcədə fərqlənib. Deputat mandatlığına iddia edənlər seçicilərin rəğbətini qazanmaq üçün müvəqqəti iş icraçılarına – yolları təmir etmək, parkları abadlaşdırmaq, transformatorları dəyişmək – çevrilmək məcburiyyətində qalmayıblar.
Rayon mərkəzi bəlkə də Abxaziyanın ən yaxşı qulluq görmüş yaşayış məntəqəsidir. Ətrafda alışılmamış təmizlikdir, parklardakı qazonlar səliqə ilə biçilib, ağaclar ağardılıb, yollara asfalt döşənib.
“Transformatorlarımızla da, o cümlədən kənd ərazisində, hər şey qaydasındadır”, – Qali rayonu administrasiasının rəhbəri Timur Nadaraya deyir.
“Biz ötən il rayonda mövcud normadan çox istifadə olunan torpağa görə icarə haqqını toplamağa başladıq. Bununla yanaşı qərara aldıq ki, hər kənddən yığılmış pul elə ordaca qalsın və hər cür kommunal ehtiyaclara xərclənsin.
Beləcə, indi demək olar ki, hər kənddə transformatorlar quraşdırılıb, yeni elektrik xətləri çəkilib. Bu vəsaitə hardasa körpülər təmir olunur, hardasa su kəmərləri.
Məsələn, hazırda Otobaya kəndinin hesabında yarım milyon rubl var. Bəlkə də heç xəzinədə bu qədər pul yoxdur”.
Hər necə olursa olsun, Qali rayonunda səsvermənin ikinci mərhələsi əsəbi şəraitdə keçməyib, halbuki demək olar ki, bütün digər dairələrdə ehtiraslar kifayət qədər qaynayıb. Seçkiləri artıq günortaya yaxın yekunlaşdırmaq olardı, çünki həmin gün öz səsvermə hüququndan istifadə etməyə qərar vermiş seçicilərin çoxu bunu səhər saatlarında edib.
“Qali rayonunda səhərdən səs vermək sovet dönəmindən qalmış ənənədir. Səhər səsini ver, sonra başqa işlərini rahat gör. Qayğısa yetərincədir, bayırda bahar fəslidir”, – namizədlərdən birinin müşahidəçisi vəziyyəti belə izah edib.