Abxaziyada prezident seçkilərində ikinci tur olacaq
Rəsmi məlumatlara görə, Abxaziyanın fəaliyyətdə olan prezidenti Xadjimba birinci yerdədir. Ona seçicilərin 23,6 faizi (20,304 nəfər) səs verib.
“Amtsaxara” Gürcüstanla müharibə veteranları partiyasının lideri Alxas Kvitsiniya ikinci yerdədir — 22% (19,032 səs)
Abxaziyanın keçmiş prezidenti Aleksandr Ankvabın protejesi Oleq Arşbaya ikinci tura keçmək üçün cəmi yüz səs çatmayıb. Ona 21,8 faiz seçici (18,931 nəfər) səs verib.
İkinci tur sentyabrın 8-də baş tutacaq.
______________________
Abxaziyada seçkilər ənənəvi olaraq gözlənilməz hesab olunur, amma deyəsən indiki seçkilər öz dramatikliyi ilə bütün əvvəlkiləri qabaqlayıb.
Burada bu və ya digər namizədin reytinqini müəyyən edən sosioloji sorğular keçirilmir, burada exit pollar da yoxdur. Buna görə də ancaq seçki məntəqələrinin bağlanması və səslərin hesablanması ilə konkretlilik yaranır.
Səslərin hesablanması başlayanda mənzərə saatlarla deyil, dəqiqələrlə dəyişirdi.
İlkin nəticələr, bir qayda olaraq, az sayda seçicisi olan uzaq kəndlərdən gəlir. Və bu məlumatlara əsasən, əvvəlcə Alxas Kvitsiniya qalib gəlirdi. Sonra daha iri məntəqələrdən məlumatlar gəldikcə onu Oleq Arşba arxada qoymağa başladı. Amma onun da liderliyi çox sürmədi – nəticələrin hesablanmasının ortasında birinci yerə cüzi fərqlə Raul Xadjimba çıxdı və artıq səslərin hesablanması bitməmiş yerini rəqiblərinə vermədi. Həmin vaxt və ta sona qədər ikinci turda onunla kimin yarışacağı məlum deyildi.
3 saylı Suxum seçki dairəsində məntəqələrdən birindən alınan nəticələr həlledici oldu, burada səslərin hesablanması gözlənilməz şəkildə uzandı.
Bu məlumatlar olmayanda ikinci yerdə Alxas Kvitsiniyanı iki yüz səslə qabaqlayan Arşba gəlirdi. Bu üstünlüyün qələbə üçün kifayət edəcəyi kimi görünürdü, axı həm də bu məntəqə keçmiş prezident Aleksandr Ankvabın doğulub böyüdüyü yerdə yerləşir, məhz onun nüfuzu sayəsində Arşba əvvəldən seçkilərin favoritlərindən biri hesab edilirdi.
Əslində isə hər şey tam əksinə oldu – Kvitsiniya bu məntəqədə Oleq Arşbanı qabaqlayaraq, ikinci tura keçdi.
İkinci tura keçən namizədlər. Onlar kimlərdir?
Fəaliyyətdə olan prezident Raul Xadjimba Abxaziyada hələ 2004-cü ilə baş tutan və onun Sergey Baqapşa uduzduğu birinci alternativ prezident seçkilərindən Abxaziyanın siyasi elitasının əsas fiqurlarından biri sayılır. Alxas Kvitsiniya haqqında eyni şeyləri demək mümkün deyil, o, bu çəki dərəcəsində debütantdır.
Halbuki çoxdan siyasətdədir – son illərdə Kvitsiniya ən iri siyasi təşkilat olan “Amtsaxara” Gürcüstanla müharibə veteranları partiyasına rəhbərlik edir, amma bu yaxınlara qədər prezidentliyə iddiası yoxuydu. Özünün etiraf etdiyinə görə, seçkilərdə iştirak onun üçün təsadüfi oldu.
Əvvəlcə “Amtsaxara”nın da daxil olduğu “Müxalif qüvvələr bloku” daha təcrübəli müxalifət lideri Aslan Bjaniyanı dəstəkləmək istəyirdi. Aprelin ortalarında Bjaniyanın gözlənilmədən xəstələnməsi onun prezident seçkilərində iştirak etməsinə imkan vermir. Müxalifət bildirir ki, onu zəhərləyiblər.
Müxalifət üçün belə bir seytnot vəziyyətində də üfüqdə Kvitsiniyanın namizədliyi görünür.
Partiyada işindən başqa Alxas Kvitsiniyanın dövlət qurrumlarında iş təcrübəsi də var. 2014-cü ilə qədər o, Suxum merinin müavini vəzifəsini tutub.
Korrupsiyanın bürokratik fəaliyyəti müşayiət edən xroniki xəstəliyə çevrildiyi ölkədə nə qədər paradoksal səslənsə də, Alxas Kvitsiniyanın məmur keçmişi demək olar ki, qüsursuzdur. Hər halda bu kampaniya zamanı rəqiblər – seçkilərdə doqquz namizəd iştirak edib – heç bir, xırda kompromat belə üzə çıxara bilməyiblər.
Məhz bu mənada qüsursuz tərcümeyi-hal ona seçkiqabağı kampaniya zamanı kriminal və korrupsiya ilə mübarizəni önə çəkmək imkanı verdi.
Kremlin Kvvitsiniya fiquruna münasibətinə gəlincə, o çətin ki, Kremldə hər hansı allergiya yarada.
Prezident Putin prezident seçkilərindən üç həftə əvvəl Soçidə özünün kolleqası Raul Xadjimba ilə görüşsə də, Moskva keçən seçki kampaniyası zamanı nümayişkəranə şəkildə neytralitet saxlayıb.
Moskvada başa düşürlər ki, əsas kresloya iddialı olan istənilən abxaz siyasətçi Rusiya-Abxaziya əməkdaşlığının yüksək səviyyəsini nəzərə alsaq, Kremllə dost olmağa məhkumdur. Bu mənada Kvitsiniya da istisna deyil.
Hazırda Raul Xadjimba və Alxas Kvitsiniyanın növbəti beş il ərzində Abxaziya prezidenti olmaq şansları bir şeydən asılıdır – onlardan hansı Abxaziya siyasətinin əsas və ən xarizmatik fiquru olan, 67 yaşlı keçmiş prezident Aleksandr Ankvabın dəstəyini ala biləcək.
Ankvab yaş senzini aşdı (prezident 35-65 yaş arasında olan adamlar ola bilər), əks halda o, Oleq Arşbanı dəstəkləmək əvəzinə özü prezident seçkilərində iştirak edərdi.
Çox güman ki, Ankvab yüksək qiymət qoyacaq – baş nazir kreslosu və gələcək hökumətin şəxsən formalaşdırılması.
Hər halda etibarlı mənbələrin bildirdiyinə görə, Alxas Kvitsiniyanın Aleksandr Ankvad tərəfindən dəstəklənməsindən söhbət gedəndə məhz bu şərt irəli sürülüb.
Amma o vaxt onlar razılığa gəlmədilər. Bu dəfə Ankvabla Kvitsiniya razılığa gələcəklərmi, yoxsa bu şərti Raul Xadjimba qəbul edəcək, sual açıq olaraq qalır. Amma məhz onun necə həll edilməsindən Abxaziyanın gələcək prezidentinin kim olacağı asılıdır.