Abxaziyada prezident köməkçisinin Tbilisi ilə apardığı “gizli danışıqlara” etiraz edirlər
Paylaşmaq
Paylaşmaq
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Benur Kvirayanın Abxaziyadan Gürcüstana gizlin danışıqlara yollandığı haqda xəbərlərə görə Suxumda parlament binası qarşısnda iki yüzdən çox insan toplaşıb. Sosial şəbəkələrdə Kvirayanın hələ fevralın 25-də iki nəfərin müşayiəti ilə respublikadan getdiyi haqda informasiya yayılıb.
“Seçkiqabağı kampaniyadan başlayaraq, prezident Bjaniya ardıcıl olaraq yeni yolumuzun Gürcüstanla çoxsəviyyəli danışıqlardan ibarət olduğu haqda fikri ictimai şüura yeritməyə çalışır. Və hakimiyyətə gələndən dərhal sonra bu ideyalar praktiki müstəviyə keçib. Bjaniya özünü Gürcüstanla bağlı baxışlarını bölüşən insanlarla əhatə edib. Artıq heç bir şübhə yoxdur ki, bu, milli maraqların bilavasitə papdalanmasıdır”, – birləşmiş müxalifətin lideri Adqur Ardzinbanın başçılıq etdiyi müxalif Abxaziya Xalq Hərəkatə təşkilatının bəyanatında deyilir.
Müxalifət bildirib ki, pezidentdən izahat gözləyir. “Bjaniya qırmızı xətti keçib, bu da onu Abxaziya Respublikası Konstitusiyasının 53-cü maddəsində nəzərdə tutulan səlahiyyətlərə sahib polmağa mənəvi haqdan məhrum edir, xüsusən də dövlətin xarici siyasət istiqamətinin müəyyən edilməsi məsələsində”.
Sosial şəbəkədə Benur Kviriyanın David Kvaratsxeliya adlı dostunun sağlığına qədəh qaldırdığını əks etdirən videonun yayılması vəziyyəti daha da qqızışdırıb. Dostunun 1992-1993-cü illərdə Gürcüstan tərəfindən gürcü-abxaz müharibəsində iştirak edən milliyyətcə gürcü olduğu anlaşılıb. Benur Kviriya videoda bildirir ki, Kvaratsxeliyanın şərəfinə yeni park salıb.
Hakimiyyət yaranmış qalmaqala operativ reaksiya verib.
Prezidentin mətbuat xidmətinin məlumatına əsasən, Benur Kviraya fevralın 19-da “prezident köməkçisi səlahiyyətlərini üzərindən atıb və heç kim ona Gürcüstan hakimiyyəti ilə danışıqlar aparmaq göstərişi verməyib”.
Bu, prezident Aslan Bjaniyanın köməkçisinin adının hallandığı ilk qalmaqal deyil.
2020-ci ilin avqustunda Abxaziya prezidentinin beynəlxalq əlaqələr üzrə köməkçisi Axra Avidzba öz avtomobili ilə Rusiya-Abxaziya sərhədində keçid məntəqəsinin darvazasını taran edib.
Daha sonra Axra Avidzba Rusiyanın Soçi şəhər məhkəməsinin qərarı ilə Rusiya sərhədini qanunsuz keçdiyinə görə 10 sutka həbs cəzası alıb və 100 min rubl [təxminən $1,500] həcmində cərimələnib.
2020-ci ilin avqustunda prezidentin digər köməkçisi Laşa Sakaniyanın dəstəyilə Gürcüstan Vətənpərvərləri Alyansının liderləri İrma İnaşvili və Giorgi Lomiya Abxaziyaya qanunsuz gəlib və İlor məbədinə Müqəddəs Məryəm ikonasını bağışlayıblar.
Hər iki qalmaqalın nəticəsində prezident köməkçiləri könüllü şəkildə istefa verməli olub.
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fakir və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır