Narkotik yayanlar üçün ən ağır cəza haqqında qanun Abxaziyada qəbul olunub. İndi xüsusilə böyük həcmdə narkotik vasitələrin dövriyyəsinə görə ömürlük həbs cəzası və ya ölüm hökmü təyin olunacaq.
Qanun 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minəcək. Qanun layihəsinin müəllifi, deputat Dmitri Dbaranın sözlərinə görə, “güc qurumlarının onun yerinə yetirilməsinə hazırlaşmağa vaxtı olacaq”.
Bunu müstəsna bir qərar kimi qəbul etmək olar, çünki Abxaziyada 1993-cü ildən ölüm hökmünə moratorium mövcud olub. Hazırda Abxaziyada üç ömürlük həbs cəzası almış məhkum var.
Cəmiyyətdə dəyişiklikləri birmənalı qarşılamadılar – bu qərarın tərəfdarları və ona qarşı çıxanlar təxminən bərabər saydadır. Səciyyəvi şərhlər:
“Bir-iki il əvvəl qanunvericilərimiz abortları qadağan etməsəydi, bu qərara təəccüblənərdim. Bu qadağadan sonra onlar sadəcə Səudiyyə Ərəbistanına oxşamaq istəyirlər”.
“Övladlarımızı hər gün öldürərək, həyatları ilə pul qazanırlar, ola bilsin, heç olmasa iki narkotik alverçisini bu həyatdan məhrum etsələr, onlar da yolundan dönər və qorxarlar?”
Postsovet məkanında ölüm hökmü qanunla ancaq Belarusda icazə verilir, başqa yerlərdə ölüm hökmündən ya imtina ediblər, ya da ona maratori qəbul olunub.
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ya ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılmış təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır