ABŞ senatı Rusiyanın prezident seçkilərinə müdaxiləsi olubmu? - məsələsənə aydınlıq gətirmək üçün açıq dinlmələrə başlayıb
Respublikaçılar və Demokratlar partiyalarından olan tanınmış saytlar bildirib ki, ABŞ-da 2016-cı ildə prezident seçkilərinə müdaxiləsi ilə bağlı Rusiyaya irəli sürülən ittihamları birlikdə araşdıracaqlar.
Martın 30-da senatın kəşfiyyat üzrə komitəsində araşdırmanın gedişi barədə ilk açıq dinləmələr başlayıb. Komitənin başçısı Riçard Berr bildirib ki, komissiya əsas məsələnin araşdırılması prosesində həddən artıq siyasiləşdirmədən qaçmağa çalışacaq:
Kreml və ABŞ prezidenti Donald Tramp arasında birbaşa əlaqə olubmu
Berr həm də bildirib ki, komissiya artıq şahid ifadəsi verəcək iyirmi nəfərlə əlaqə saxlayıb. Onların arasında Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner var.
Araşdırma aşağıdakı suallara cavab verəcək:
• Rusiyanın kiber aktivliyi və başqa əməlləri ABŞ və onun mütəfiqlərinə qarşı yönləndirilmişdimi?
• Bu əməllərə Rusiya ilə siyasi kampaniyalar və ABŞ-ın digər vətəndaşları ilə bağlı olan şəxslərlə əlaqələr daxiliydimi?
• ABŞ hökuməti bu əməllərə necə reaksiya verib, ABŞ və mütəffiqləri gələcəkdə qorumaq üçün nə tələb olunur?
• Hansı gizli informasiya axını baş verə bilərdi?
Konqressin nümayəndələr palatasının əvvəl keçirdiyi analoji araşdırma Respublikaçılar və Demokratik partiyaların nümayəndələri arasındaki fikir ayrılığına görə tormozlandı.
Amerika keşfiyyatının əməkdaşları əmindir ki, Rusiya Trampa ptrezident seçkilərində qalib gəlməyə kömək edib, kiber hücumların köməyiylə demokratların namizədi olan Hillari Klinton və onun partiyasını diskreditasiya edirdi. Bu ittihamlara görə, ABŞ-ın əvvəlki administrasiyası ölkədən 35 rusiyalı diplomat çıxarıb.
Rusiya hakimiyyəti, ABŞ-da seçkilərin nəticələrinə hər hansı şəkildə təsir etməyə çalışdığını inkar edir.
Tramp da inkar edir ki, onun məsləkdaşlarının Moskva ilə əlaqələri var. “Onlar bu haqda heç nə bilmir. Onlar Rusiyada olmayıb. Heç vaxt Rusiyaya zəng etməyiblər. Onlara heç vaxt heç kim zəng etməyib. Bütün bunlar yalan xəbərlərdir”, – Tramp fevların ortalarında deyib.
Bununla belə, artıq Tramp administrasiyasının iki yüksəkvəzifəli xadimi Rusiya ilə bağlı olan qalmaqalların qurbanları olublar. Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn vitse-prezident Pensi vaxtında Rusiyanın ABŞ səfiri ilə görüşləri barədə məlumatlandırmadığı üçün istefa verməli olub.
Eyni səbəbdən baş prokuror Seşns Rusiyanın Amerikadakı seçkilərə müdaxiləsi hallarının araşdırılmasında iştirak etməyəcəyini bildirib.
Bu həftə FTB-nun rəhbəri Ceyms Komu bildirib ki, onun qurumu həmin işin müstəqil araşdırılmasını həyata keçirir.