ABŞ prezidentinin Türkiyə prezidentinə yazdığı qəribə təhdidedici məktub barədə
Dünyanın hər yerində ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana yazdığı qəribə və təhdidedici məktubu müzakirə və parodiya edirlər.
Tramp yazır ki, tarix Ərdoğana “iblis” damğası vura bilər.
«Özünü sərt oğlan kimi aparmağa ehtiyac yoxdur və səfeh olma», – Amerikanın prezidenti yazır.
O, həm də türk ordusunun Suriyaya soxulmasının ədalətlə başa vurulmadığı halda Türkiyə iqtisadiyyatını məhv etməklə təhdid edir.
•Tramp, Şimali Koreya və “divanənin nəzəriyyəsi” kimi tanınan menecment üslubu
•Güman edilir ki, Tramp Ukraynadan öz rəqibi Baydenə qarşı kompromat tələb edir
•Şərh. Niyə Tramp heç kimə inanmır?
Söhbət “İslam Dövləti” ilə mübarizədə ABŞ-ın daimi müttəfiqi olan kürdlərin daha çox olduğu Suriyanın şimalından gedir. Oktyabrın 8-də Tramp gözlənilmədən Amerika qoşunlarının bu regiondan çıxarıldığını bəyan etdi ki, bu da əksər beynəlxalq şərhçilərin fikrincə, Amerikanın öz müttəfiqi olan kürdləri taleyin ixtiyarına buraxması demək idi. Amerika ordusunun çıxarılması Türkiyənin Suriyada hərbi əməliyyatını və artıq oktyabrın 9-da kürdlərə hücumunu fəallaşdırdı. Mindən çox obyekt hücuma məruz qaldı. Ağır silahlar – aviasiya və artilleriyadan istifadə olunur, çox sayda insan ölüb.
«Gəlin, uğurlu müqavilə bağlayaq!» – Tramp öz məktubunda yazır və sonda çox yüngül tərzdə Ərdoğana tezliklə zəng edəcəyinə söz verir.
Məktub Türkiyənin şimal-şərqi Suriyaya soxulmağa başladığı gün – oktyabrın 9-da yazılıb. Və ancaq oktyabrın 17-də, “Fox Business” jurnalistinin əlinə keçəndən sonra məşhurlaşdı. Məktubun əslliyi Ağ Evin müxtəlif xəbər agentlikləri tərəfindən təsdiqlənir.
BBC-nin mənbələri bildirir ki, Ərdoğan “məktubu alıb, onu tamamilə rədd edib və zibil qabına atıb”.
ABŞ-da əvvəlcə çoxları məktubun qanuniliyinə şübhə ilə yanaşıb və bunun bir zarafat olduğunu düşünüblər.
«Məm həqiqətən də düşünürdüm ki, bu, zarafatdır, çünki Oval kabinetdən belə bir məktub təsəvvür etmək mümkün deyil», – konqressmen-demokrat Mayk Kuiqli CNN-nə deyib.
«Bunu yazmaq və düşünmək ki, toxunmayacaq [ABŞ-a] – bu, ən yüksək səviyyədə avamlıqdır».
Məktub jurnalistlərin əlinə oktyabrın 17-də ABŞ Nümayəndələr Palatasında müzakirədən sonra keçib. Deputatlar böyük səs çoxluğu ilə Amerika qoşunlarının Suriyadan çıxarılması qərarını pisləyiblər.
Bu görüş zamanı Tramp qürurla məktubu orada olanlara paylayıb, amma qızğın debatlar baş verib. Güman edilir ki, Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosini “üçüncü sort siyasətçi” adlandırıb. O da cavabında deyib ki, “görünür, ciddi böhran yaşayan prezidentin sağlamlığının duaçısıdır”.
Ekspertlər və Ağ Evin bir neçə keçmiş əməkdaşı bildirir ki, məktubun ən təhlükəli yeri Trampın Suriya demokratik qüvvələrinin lideri Mazlum Kobanidən olan konfidensial məktubu Türkiyə prezidentinə göstərməyə hazır olması ilə bağlı sözləridir.
Belə çıxır ki, Amerika preidenti Ərdoğana məhz Türkiyənin məhv etməyə çalışdığı həmin o qüvvələrin liderindən məxfi məktubu ötürüb, “Guardian” qəzeti yazır.
«General Mazlum danışıqlar aparmağa və keçmişdə heç vaxt etmədiyi güzəştlərə getməyə hazırdır. Mən indicə aldığım məktubun surətini məxfi şəkildə əlavə edirəm», – Tramp yazıb.
«Bu sözlər, çox güman ki, ABŞ-ın bütün müttəfiqlərini tam çaşqınlıq vəziyyətinə salıb, onların indi Amerikaya inanmağa daha az əsası var», – deyə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti və Milli Təhlükəsizlik Şurasının spikeri Ned Prayd bildirib.
«Maraqlıdır, Trapm Putinə NATO ilə nə qədər bu cür məxfi yazışmaları ötürüb?», – Ned Prays sual edir.
_____________________________
Trampın Ərdoğana qəribə məktubu dünyanın hər yerində minlərlə istehzalı zarafat və memlərə səbəb olub. Bu da onların bir neçəsi:
Burada bütün məktub “smile” dilinə çevrilib. “Əziz Türkiyə” (Dear Turkey) sözləri maral və hinduşkaya çevrilib – çünki ingilis dilində onlar müvafiq olaraq deer и turkey kimi səslənir.
Daha bir versiya – Tramp aşiq olmuş məktəbli kimi Ərdoğanın ona qarşılıq verib-vermədiyini öyrənmək istəyir.
Şəkildə yazılıb: «Xoşuna gəlirəm?»
Aşağıda da cavab seçmək təklif olunur: “Hə, yox, bilmirəm”. Sonra da məktubdan sözlər gəlir: “Bu qədər acıqlı olma, sənə bir azdan zəng edəcəm”.