“Kimin yaşayacağına, kimin öləcəyinə qərar vermək – mənə öyrədilən bu deyildi”, - Nyu Yorkdan olan həkim danışıb
“Episentrdə episentr” – ABŞ-da koronavirusa yoluxma və ölüm statistikasının fəlakət həddinə çatması fonunda Nyu Yorku belə adlandırırlar
Nyu Yorkda Elmxerst rayonundakı xəstəxananı bu konkret ulayan siqnal bürüyəndə o deməkdir ki, xüsusi həkim qrupu reanimasiyaya tələsməlidir, çünki pasiyentlərdən kiminsə ürəyi dayanıb.
Adi vaxtda bu, həftədə bir dəfə baş verə bilən hadisədir.
Amma aprelin 4-də 12 saatlıq növbə ərzində siqnal doqquz dəfə səslənib.
Vitrindəki kartondakı yazı: “Biz bunun öhdəsindən gələcəyik, biz sağ qalacağıq”. San-Fransisko, Kaliforniya. 18 mart, 2020. REUTERS/Shannon Stapleton
Burada həkim işləyən 30 yaşlı qadın BBC ilə söhbətində deyib ki, bu doqquz pasiyentdən heç birini xilas etmək mümkün olmayıb.
Aprelin 5-ə qədər ABŞ-da 311,656 nəfər koronavirusa yoluxub. Onlardan 8,454 nəfər ölüb.
Aprelin 5-ə qədər dünyada bir milyon 224 min 913 nəfər COVID-19 virusuna yoluxub. Onlardan 66,497 nəfər ölüb.
Bu xəstəxna 282 yerlikdir, amma indi orada 500 nəfərdən çox xəstə yerləşdirilib.
Bu xəstəxana Nyu Yorkda COVID-19 xəstələrinin müalicəsi üzrə əsas tibb müəssisəsidir, baxmataraq ki, rəsmi olaraq heç yanda belə bir şey yazılmayıb. Buraya ağır vəziyyətdə olanları gətirirlər.
Xəstələrin əksəriyyəti elə bu rayondandır. Elmxerst – Nyu Yorkun əsasən kasıb işçilər yaşayan kənar rayonudur.
“Mənim xəstələrim restoranlarda və otellərdə işləyiblər, onlardan yarısının sənədi yoxdur və ingilis dilində danışa bilmirlər. Sosial distansiyanın gözlənilməsi çağırışı onların ümumiyyətlə yanından ötüb”, – həkim deyir.
Demək olar ki, klinikaya çatdırılan hər bir pasiyentin ağciyərlərin süni ventilyasiyası apparatına ehtiyacı var. Qan təzyiqinin stabil qalmasını təmin etmək üçün xüsusi tədbirlərə ehtiyac var. Bu, adətən peşəkar tibb bacılarının yerinə yetirdiyi işdir. Amma onlar o qədərcədə çatışmır ki, onların ümumiyyətlə olmadığını da demək olar.
- Koronavirus İranda: dünyanın ən böyük epidemiya ocağı və hakimiyyətin yalanı
- Koronavirus, pandemiya. Bu nə deməkdir və nə gözləmək lazımdır?
İndi xəstəxanaya hazırda olandan təxminən iki dəfə artıq ventilyator lazımdır – həkimin deyir. Sonta sakitcə əlavə edir: sağ qalmaq üçün ventilyatora ehtiyacı olan insanların heç də hamısına çatmır.
Danışıq telefonla baş verirdi. O, 12 saatlıq növbədən sonra evə qayıtmışdı. Dedi ki, duş qəbul edəndən, özünə yeməyə nəsə hazırlayandan və poçtunu yoxlayandan sonra zəng vuracaq. Həyatın gündəlik qayğıları onun içində yaşadığı ölüm və streslə paralel möcudluğunu sürdürür.
O deyir ki, özünə görə çox da qorxmur, çünki gəncdir və yaxşı formadadır. Amma yaşlı həmkarları kifayət qədər narahat olurlar.
“Adətən, əgər yoluxucu pasiyentlərlə işləyirsənsə, kombinezon və maska geyinirsən, konsultasiyanın sonunda isə çıxarıb, yandırırsan. Amma burada biz xüsusi vasitələri növbənin sonuna qədər çıxarmırıq – nə mənası var, əgər gördüyümüz hər kəs yoluxucudursa”.
Bütün baş verənlərin dəhşətli olması haqda düşünürmü, sualına sakitcə “Bir az” deyir.
Görünür, bu, əyləcin işləmədiyi halda qayalıqda maşınla getmək kimidir. Taleyin keşməkeşləri haqda düşünməyə vaxt yoxdur, sadəcə yolun sonuna çatmaq və uçuruma yuvarlanmamaq lazımdır.
“Ən çox məni ventilyatorların paylanması problemi narahat edir. Məsələ onda deyil ki, insanlar ölür. Heç ölənlərin sayında da deyil. Bizə ölümlə işləməyi öyrədiblər. Məsələ ondadır ki, kimin yaşayacağına, kimin yaşamayacağına qərar vermək lazım gəlir”.
O, az əvvəl qocalar evindən bir xəstə gətirildiyi haqda danışıb. O, hələ COVID-19 virusuna yoluxmazdan əvvəl ventilyatora qoşulub.
Onun əvvəl də yaşamaq şansı az idi. Həkim deyir ki, buna görə də onun gözü qarşısında görə bildiyi ventilyator olub, xəstə yox.
“O, gətiriləndə bizim çarəsiz dərəcədə ventilyatora ehtiyacımız vardı, mənim eləmək istədiyim tək şey bu apparatı götürmək idi. Həmin vaxt şöbədə ölmək üzrə olan cavan adamlardan birinə qoşmaq üçün”.
“Tanrıçılıq oyunu – həkim olmaq qərarına gələndə nunu düşünməmişdim”.