ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Azərbaycan hakimiyyətini vəkil Şəhla Hümbətovanın peşə fəaliyyətini bərpa etməyə çağırıb. Azərbaycan hakimiyyəti hələlik buna heç bir reaksiya verməyib. Şəhla Hümbətova kimdir? Hansı səbəblə vəkillik fəaliyfətindən uzaqlaşdırılıb?
2021-ci il martın 26-da ABŞ dövlət katibi Entoni Blinken azərbaycanlı vəkil Şəhla Hümbətovanı müdafiə edən tvit paylaşıb.
I was disturbed to hear that 2020 International #WomenOfCourage awardee Shahla Humbatova of Azerbaijan was disbarred for her work defending and advocating for human rights. We call for Shahla’s expedited reinstatement, and we will continue to stand with her.
“Mən 2020-ci ildə “Cəsarətli Qadınlar” beynəlxalq mükafatının Azərbaycandan olan laureatı Şəhla Hümbətovanın insan haqlarının müdafiəsi və qorunması üzrə fəaliyyətinə görə vəkillik statusundan məhrum edildiyini öyrəndiyim zaman narahat oldum. Biz Şəhlanın tezliklə öz işində bəppa olunmasına çağırırıq və onu dəstəkləməyə davam edəcəyik”, – Blinken bildirib.
Şəhla Hümbətova kimdir?
2020-ci ildə azərbaycanlı vəkil Şəhla Hümbətova “Cəsarətli Qadınlar” beynəlxalq mükafatına (International Women of Courage Award) 12 laureat sırasına daxil olub.
ABŞ dövlət katibinin bu mükafatı 2007-ci ildən bütün dünyadakı süh, ədalət, insan haqları, gender bərabərliyi və qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi uğrunda mübarizədə cəzarət və liderlik nümayiş etdirən qadınlara təqdim olunur.
Şəhla Hümbətova International Women of Courage Award mükafatının təqdimetmə mərasimində
Şəhla Hümbətova baxışlarına və ya haqq və azadlıqların təmin edilməsini tələb etdiyinə görə hakimiyyətin təqib etdiyi hüquq müdafiəçilərini, jurnalistləri, bloqerləri, aktivistləri, müxalifətçiləri və LGBT birliyi nümayəndələrini müdafiə edən azsaylı azərbaycanlı vəkillərdən biridir. Bununla belə, Hümbətova özü mütəmadi olaraq fəaliyyətinə görə təhdidlərlə və təqiblərlə üzləşib.
Onu vəkillikdən hansı səbəblə kənarlaşdırıblar?
Beynəlxalq mükafat alandan düz bir il sonra Şəhla Hümbətova Azərbaycanın Vəkillə Kollegiyasından kənarlaşdırılıb. Bununla da məhkəmələrdə müdafiəçi kimi çıxış etmək hüququndan məhrum olub.
Hümbətovanın kollegiyadan kənarlaşdırılması qərarı Bakı İnzibati Məhkəmə tərəfindən qəbul edilib.
Vəkilin fikrincə, həmin qərar siyasi xarakter daşıyır. Vəkillər Kollegiyası isə tanınmış vəkilin kənarlaşdırılmasını altı ay ərzində kollegiyaya üzvlük haqqını ödəməməsi ilə izah edib.