Abxaziya energetikası dərin böhran içindədir
Foto: İbrahim Çkadua
Abxaziya energetikasında vəziyyətin və perspektivlərin qiymətləndirilməsi Abxaziyanın əsas energetiki, “Çernomorenerqo”nun rəhbəri Aslan Basariyadan.
Abxaziya energetikası dərin böhran içindədir
Bu, əsasən üç problemlə bağlıdır:
· avadanlıq köhnəlib,
· ödənişlər edilmir,
· və ən əsası – elektrik enerjisinin istehlakı artıb.
İstehlak artımı ona görə böyük çətinliklər yaradır ki, respublikanın enerji istehlakının dəqiq işləyən uçot sisteminin yaradılması üçün ehtiyatları çatmır. Bütün ev və mənzillərdə bu cür əl dəyilməyən uçot cihazlarının quraşdırılması üçün təxminən 280 milyon rubl [təxminən 4,5 milyon dollar] vəsait lazımdır.
Abxaziyanın 80 faizi “radial sxem” adlanan yüksək gərginlikli xətdən istifadə edir. O da Qal rayonundakı SES-1-dən Rusiya ilə sərhədə qədər uzanır. Son illərdə isə həmin magistral xətt həddən artıq yüklənir.
Onun əsas hissəsi olan “Açquara” xətti SES-1-i “Tkaurçal DRES” yarımstansiyası ilə birləşdirir. O, 1958-ci ildə yaradılıb (!) və bu gün həmin xətdən 274 Mvt keçir, halbuki hətta təzə yarımstansiya üçün norma 260 Mvt-dan çox deyil.
Yeni elektrik ötürücü xətlərinin tikintisi üçün 3,5-dən 4 milyard rubla qədər [təxminən 66 milyon dollar] vəsait tələb olunur. Amma “Çernomorenerqo”nun bu qədər pulu yoxdur. “Çernomorenerqo” artıq fəaliyyətdə olan elektrik enerjisi sisteminin dəstəklənməsi üçün dövlətdən iki kredit götürüb: 2015-ci ildə 50 milyon rubl [təxminən 815 min dollar], 2016-cı ildə 25 milyon rubl [təxminən 400 min dollar].
Energetika sahəsində vəziyyəti necə dəyişmək olar? Qənaət etmək
Çox şey tək “Çernomorenerqo”dan deyil, həm də abonentlərdən asılıdır. Birgə səylərlə vəziyyəti yaxşılığa doğru dəyişmək mümkündür, heç olmasa pik dövrlərdə – qışda və yayda turizmin inkişaf etdiyi rayonlarda qənaət etmək lazımdır. Əsas belə istehlakçılar Qaqra, Qudaut və Qulrıpş rayonlarıdır.
Yeni il günləri
Bütün qəza briqadaları yüksək hazırlıq vəziyyətindədirlər. “Çernomorenerqo”nun doqquz filialı gücləndirilmiş iş rejiminə keçib. Dekabrın 27-dən Abxaziyanın qərb hissəsi razılaşmaya əsasən, elektrik enerjisini Rusiyadan, şərq hissəsi isə İnqurSES-dən alır. Yanvarın birinci həftəsi belə olacaq. Bu, “Açquara” yüksək gərginlikli xəttin yüklənməsini azaltmağa kömək edəcək.
İnqurSES
Hazırda Cvar su anbarında suyun səviyyəsi 465 metrdir. Bu, ötən ilkindən altı metr azdır, halbuki bu il ötən ildən fərqli olaraq su anbarında suyun axını ilə bağlı problem olmayıb.
Suyun indiki aşağı səviyyəsi birbaşa elə həmin enerji istehlakı artımı ilə bağlıdır. Su anbarında olan indiki su ehtiyatı ilə Abxaziya qışı rahat keçirmək üçün sutka ərzində orta hesabla 6 milyon kilovatdan artıq istifadə etməməlidir.
Hazırda isə respublika sutka ərzində orta hesabla 8,5 milyon kilovat işlədir.
Və təbii ki, elektrik enerjisi defisiti yaranır. Ötən il işıq müvəqqəti kəsildiyi kimi, bu qış da bunsuz ötüşmədi.
İnqurSES-də 2017-ci ildə suyun boşaldılması və uzunluğu 16 kilometr olan derivasiya tunelinin monitorinqi üzrə işlərin həyata keçirilməsi planlaşdırılır. On ildən çox idi ki, orada heç bir iş görülmürdü, halbuki bu işləri hər beş ildən bir həyata keçirmək lazımdır.
İşlərə fevralın 15-dən başlanılacaq və martın 15-nə qədər də davam etdiriləcək. Bu dövr ərzində İnqurSES elektrik enerjisi verməyəcək və Abxaziya həmin vaxt elektrik enerjisini Rusiyadan alacaq.
Hazırda Rusiya və Gürcüstandan olan energetiklərlə texniki və maliyyə məsələləri ilə bağlı fəal danışıqlar gedir.
Bundan başqa, bəndin özüylə də bağlı problemlər var: torpaq tökülür, üstəlik avadanlıq da köhnəlib.
İslahatlar
Əvvəllər işıq ödənişindən alınan gəlirin bir hissəsi rayonlarda qalırdı, qalan hissəsi də “Çernomorenerqo”ya köçürülürdü. İndi isə elektrik enerjisi ödənişlərindən alınan bütün vəsaiti akkumulyasiya edən “Enerqosbıt” şirkəti yaradılıb.
Bu, nə verdi? İlk növbədə, maliyyənin yenidən paylanmasına nəzarəti. Kasıb və varlı rayonlar var və ödənişlərdən alınan gəlirlər də əhəmiyyətli dərəcədə fərqlənir.
İşıq pulunun yığılması ilə bağlı problemlərin olduğu, həm də abonentlərin az olduğu rayonlarda insanların 6-8 ay ərzində maaş almadığı hallar da olub. 2015-ci ilin əvvəlində islahatlar həyata keçirilməyə başlayandan sonra iki-üç ay ərzində bütün gecikmiş maaşlar verildi.
İstifadə olunmuş elektrik enerjisinə görə ödənişin edilməməsi problemi
Abonentlərin inventarlaşdırılması keçirilərkən, həm özəl kommersiya qurumları (mehmanxanalar, restoranlar, kafe və müəssisələr), həm də vətəndaşların elektrik xətlərindən qeyri-leqal istifadə etməsi üzə çıxdı.
Qaqra rayonunda 3-4 ay ərzində reydlər keçirdilər, bu da müəyyən nəticələrini verdi. Rayonda böyük sayda işıq pulunu ödəməyənlər aşkar olundu. Sənədlərdə bir ailənin yaşadığı adi yaşayış evinin reallıqda lifti olan mehmanxana olduğu üzə çıxdı.
İndi bu proses Suxumda da həyata keçirilir. Burada işıqdan qeyri-leqal istifadə edən çox böyük sayda kommersiya obyektləri var ki, onlar ya elektrik enerjisinə görə ümumiyyətlə pul ödəmir, ya da ödəməli olduqlarının çox az hissəsini ödəyirlər.
Pul ödəməyənlərin də işığını kəsirlər – bu, ən effektiv tədbirdir. Amma yenə də bu prosesi sistemə çevirmək üçün “Çernomorenerqo”nun kifayət qədər vəsaiti yoxdur.
Kiçik elektrik stansiyaları və günəş enerjisi Abxaziyaya sərf etmir
Abxaziyada 24 mini SES tikilib, onlardan cəmi üçü işləyir: ikisi Kodor dərəsində, bir SES də Psxu yüksək dağ kəndində.
Yerdə qalan SES-lərdə heç su qurğuları da qalmayıb.
Onların bərpa olunmasına ehtiyac varmı – sualı isə açıq olaraq qalır.
2015-ci ilin yanvar ayından 2016-cı ilin fevral ayına qədər “Çernomorenerqo”nun bütün təsərrüfatının inventarlaşdırılması həyata keçirildi. Qış mövsümündə Abxaziya təxminən 390 meqavat elektrik enerjisi işlədir – bütün kiçik SES-lər bərpa olunduğu halda isə onun ümumi gücü təxminən 5 meqavat olacaq. Xidmət və işçi heyətinə də vəsait xərclənəcək.
Abxaziyada günəş batareyalarının istifadəsi də məqsədəuyğun deyil, çünki günəş elektrik enerjisi su enerjisindən dəfələrlə bahadır.
JAMnews-ի դոսյե
- Ինգուրի ՀԷԿ-ը (վրացական անվանումը՝ Ինգուրիի ՀԷԿ) գործարկվել է 1978թ-ին, տեղակայված է անմիջապես վրաց-աբխազական կոնֆլիկտի գոտում և վերահսկվում է երկու կողմից էլ. ջրամբարն ու ջրաթեք թունելի մի մասը գտնվում է վրացական կողմում, թունելի մյուս մասը, ՀԷԿ-ի շենքն ու անկումային ՀԷԿ-երը՝ աբխազական:
- Այն միակ վրաց-աբխազական համատեղ նախագիծն է: Կողմերը միասին են կառավարում ՀԷԿ-ը և կիսում են դրա արտադրած էլեկտրաէներգիան, ինչն անխուսափելի է դարձնում համագործակցությունն ու հաճախակի շփումը:
- ՀԷԿ-ի բարձրությունը 271,5 մ է, երկարությունը՝ 800 մ, այն աշխարհի խոշորագույն կամարավոր բետոնային ամբարտակներից է: 2014թ-ին միջազգային կազմակերպությունների միջոցներով ավարտին է հասցվել ՀԷԿ հերթական մասշտաբային վերականգնողական աշխատանքը, որը փուլ առ փուլ է իրականացվել: Դա թույլ է տվել չդադարեցնել կայանի աշխատանքը:
- Սակայն սպասվող պարտադիր վերականգնողական աշխատանքները կպահանջեն մի քանի ամսով կանգնեցնել ՀԷԿ-ը: Դա նշանակում է, որ Սուխումն ու Թբիլիսին ոչ միայն համատեղ ուժերով պետք է միջոցներ գտնեն դրա վերանորոգման համար, այլ նաև այդ ամիսների համար էլեկտրաէներգիայի այլընտրանքային աղբյուրներ գտնեն:
Հոդվածում արտահայտած մտքերն արտահայտում են հեղինակի տերմինաբանությունն ու հայացքները և պարտադիր չէ, որ համընկնեն խմբագրության դիրքորոշման հետ:
Հրապարակվել է 04.01.2017