Yekun nəticələrə görə, İlham Əliyev 92,12 faiz səslə qalib gəlib
Azərbaycandaprezidentseçkilərininyekun nəticələri
Azərbaycan Mərkəzi Seçki Komissiyası fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində səsvermənin nəticələrinin hesablanmasına yekun vurub. Hazırkı prezident İlham Əliyev 92,12 faiz səslə qalib gəlib.
“Növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı mühitdə, tənqidi səslərin və siyasi alternativlərin çatışmadığı bir şəraitdə keçib”. ATƏT və ATƏT DTİHB müşahidəçiləri seçkiləri belə qiymətləndiriblər.
Azərbaycanın qeyri-hökumət təşkilatı – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi hesab edir ki, növbədənkənar prezident seçkilərində “səsvermə prosesində və səslərin hesablanmasında ənənəvi nöqsanlara yol verilib”.
- İlham Əliyev 92,05 faiz səslə liderdir
- İlham Əliyevin qalibiyyət formulu: parçalanmış müxalifət, dağıdılmış media, minnətdar xalq
- Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir
Seçici fəallığı 76,43 faiz təşkil edib
Növbədənkənar prezident seçkilərində səsvermə ilə əlaqədar dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması prosesi davam edir.
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin məlumatına görə, daxil olan protokollardan sonra seçkilərdə seçici fəallığı və prezidentliyə namizədlərin topladığı səslərdə dəyişiklik qeydə alınıb.
Hazırda dairələrdən daxil olan daxil olan protokolun 1-ci nüsxəsi və ona əlavə edilmiş sənədlərə əsasən, seçici fəallığı 76,43 faizdir. Namizədlərin topladığı səslər isə aşağıdakı kimidir:
– İlham Əliyev – 92,12 faiz (4 577 693 səs) ;
– Zahid Oruc – 2,17 faiz (107 877 səs);
– Fazil Mustafa – 1,98 faiz (98 623 səs);
– Qüdrət Həsənquliyev – 1,72 faiz (85 607 səs);
– Razi Nurullayev – 0,80 faiz (39 797 səs);
– Elşad Musayev – 0,66 faiz (32 956 səs);
– Fuad Əliyev – 0,53 faiz (26 561 səs).
“7 fevral seçkilərində ciddi pozuntular olub” – ATƏT və ATƏT/DTİHB müşahidəçiləri
“Bu, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində keçirilən ilk seçki idi, kampaniyada üstünlük təşkil edən və ictimai əhval-ruhiyyədə əksini tapan bir məsələ idi. Seçkiyə hazırlıq zamanı həqiqi plüralizm yox idi və tənqidi səslər davamlı olaraq boğuldu. Birləşmək və ifadə azadlıqlarına uzunmüddətli məhdudiyyətlər son qanun dəyişiklikləri ilə gücləndirilib və beynəlxalq demokratik standartlara uyğun gəlməyən qanunvericiliklə nəticələnib”, – ATƏT və ATƏT DTİHB birgə müşahidə missiyasının 7 fevral prezident seçkiləri haqqında ilkin rəyində deyilir.
“Bu, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində keçirilən ilk seçki idi, kampaniyada üstünlük təşkil edən və ictimai əhval-ruhiyyədə əksini tapan bir məsələ idi. Seçkiyə hazırlıq zamanı həqiqi plüralizm yox idi və tənqidi səslər davamlı olaraq boğuldu. Birləşmək və ifadə azadlıqlarına uzunmüddətli məhdudiyyətlər son qanun dəyişiklikləri ilə gücləndirilib və beynəlxalq demokratik standartlara uyğun gəlməyən qanunvericiliklə nəticələnib”, – ATƏT və ATƏT DTİHB birgə müşahidə missiyasının 7 fevral prezident seçkiləri haqqında ilkin rəyində deyilir.
Missiya qeyd edib ki, seçki məcəlləsinin təfərrüatlı olmasına və seçki prosesinin bütün aspektlərini tənzimləməsinə baxmayaraq, son düzəlişlər DTİHB-nin əvvəlki tövsiyələrini diqqətdən kənarda qoyub.
“Növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı şəraitdə keçirildi və səmərəli şəkildə hazırlansa da, tənqidi səslər və siyasi alternativlər, əsasən, yox idi.Təəssüflər olsun ki, hüquqi bazanın demokratik seçkilər üçün beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı əvvəlki tövsiyələr diqqətdən kənarda qaldı. və qanun və praktikada çoxsaylı məhdudiyyətlər mövcud olmaqda davam edir”, – deyə ATƏT-in qısamüddətli müşahidəçilərinin xüsusi əlaqələndiricisi və rəhbəri Artur Gerasimov bildirib.
“Eyni zamanda, vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri qeyd ediblər ki, qanunvericilik bazası və onun tətbiqi onların həm seçki ərəfəsində, həm də təşviqat dövründən kənarda dinc toplaşmaq və ictimai toplantılar keçirmək hüququndan istifadəsini çətinləşdirir”, – deyə o əlavə edib.
“Ölkə üçün vacib olan bu seçkidə namizədlərdən heç biri hazırkı prezidentə inandırıcı şəkildə etiraz etmədi və bəzi müxalifət partiyaları adekvat demokratik şəraitin olmadığını iddia edərək, ümumiyyətlə iştirak etmədilər”, – deyə DTİHB missiyasının rəhbəri Eoqan Mörfi bildirib.
“Seçkiyə hazırlıq səmərəli və peşəkar olsa da, o cümlədən məntəqə komissarlarının təlimi, seçki günü mühüm təminatlara çox vaxt məhəl qoyulmur və biz gün ərzində əsaslı prosedur səhvləri müşahidə edirdik”, – deyə o vurğulayıb.
Birgə missiyanın nümayəndələri mətbuat konfransında seçki komissiyalarının tərkibinin siyasi cəhətdən tarazlaşdırılmadığını və media, siyasi partiyaların və vətəndaş cəmiyyətinin hüquq və azadlıqlarının pozulduğunu təkrar ediblər. “Bu, demokratik seçki standartlarına uyğun deyil”, – deyə Mörfi bildirib.
“Qərbin Azərbaycanı tənqid etmək üçün müşahidəçilərə təzyiq göstərdiyi haqqında iddialar yalandır. Bütün nəticələr obyektivdir”, – deyə missiya üzvləri hökumətyönlü mətbuatın iddialarını şərh edərkən bildiriblər.
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edən beynəlxalq seçki müşahidə missiyası 42 ölkədən 335 müşahidəçidən ibarət olub ki, bunlardan 256-sı DTİHB-nin ezam olunmuş ekspertləri, uzunmüddətli və qısamüddətli müşahidəçiləri, 79-u isə ATƏT PA-dandır.
Yerli monitorinq təşkilatı da seçki prosesini tənqid edib
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi də növbədənkənar prezident seçkilərinin monitorinqinin nəticələrini yayıb.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi də növbədənkənar prezident seçkilərinin monitorinqinin nəticələrini yayıb.
Rəydə deyilir ki, seçki günü seçki məntəqələrinin təşkili və səsverməyə hazırlıqla bağlı cüzi çatışmazlıqlar qeydə alınıb. Amma səsvermə və səslərin sayılması prosesində ənənəvi çatışmazlıqlar müşahidə olunub.
“Bu cür pozuntulara adları seçici siyahısında olmayan şəxslərin səsvermədə iştirakı, səsverməyə vətəndaşların qrup halında gətirlməsi və yerli icra strukturlarının seçki prosesinə müdaxiləsi halları daxildir.
Bəzi seçki məntqələrində bir şəxsin bir neçə dəfə səsverməsi və səsvermənin gizliliyinin pozulması halları qeydə alınıb. Seçki günü, həmçinin bəzi seçki məntəqələrində müşahidəçilərə və jurnalistlərə təzyiqlər qeydə alınıb. Bu təzyiqlər Məntəqə Seçki Komissiyaları üzvlərinin səsvermənin aşkarlığı və şəffaflığı prinsiplərinə riayət etməməsi şəraitində baş verib”, – mərkəzin dəyərləndirməsində deyilir.
SMDT ilə əməkdaşlıq edən müşahidəçilər bəzi seçki məntəqələrində seçici fəallığı üzrə göstəricilərin rəsmi rəqəmlərdən xeyli fərqləndiyini qeydə alıblar. Bu cür uyğunsuzluqlar bəzi seçki məntəqələrində bir şəxsin dəfələrlə səsverməsi və seçki qutularına toplu bülletenlərin atılması halları nəticəsində seçici fəallığının süni şəkildə şişirdildiyini iddia etməyə əsas verir.
“SMDT-nin seçki öncəsi və seçki dövrü üzrə apardığı ümumi dəyərləndirmə göstərir ki, 7 Fevral 2024-cü il növbədənkənar prezident seçkisi əlverişli demokratik siyasi mühit və həqiqi siyasi rəqabət şəraitinin çatışmaması ilə müşayiət olunaraq, azad və ədalətli seçkilər üzrə milli qanunvericiliyin və beynəlxalq standartların tələblərinə cavab verməyib”, – rəydə deyilir.