Ermənistanın yeni lideri Qarabağda və Qarabağ haqda – fotolarda
2018-ci il mayın 8-də Ermənistanda hakimiyyət və xalq arasında yeni ölkə tarixinin ən iri miqyaslı küçə qarşıdurması başa çatdı. Parlament ikinci cəhddən etirazların lideri Nikol Paşinyanı baş nazir seçdi. Növbəti gün, mayın 9-da o, Qarabağa səfər etdi. Səfərin rəsmi səbəbi İkinci Dünya Müharibəsinin Qələbə Günü ilə bağlı bayram tədbirlərində iştirak etmək idi. Bu gün Qarabağda daha çox 1992-ci ildə, Qarabağ münaqişəsi zamanı Şuşa şəhərinin alınması günü kimi qeyd olunur.
• JAMnews: Ermənistanda küçə etirazlarının liderini necə baş nazir seçdilər
Hamı gözləyirdi ki, Ermənistanın yeni baş naziri öz ilk mətbuat konfransında ən vacib fikirlərini ifadə edəcək. Mövzular çox da gözlənilməz olmadı: Qarabağ üzrə danışıqlar prosesi, onun beynəlxalq səviyyədə tanınması üçün səylər və Türkiyə ilə münasibətlər. Nikol Paşinyan bu üç məsələ ilə bağlı çox konkret danışıb.
Hamı gözləyirdi ki, Ermənistanın yeni baş naziri öz ilk mətbuat konfransında ən vacib fikirlərini ifadə edəcək. Mövzular çox da gözlənilməz olmadı: Qarabağ üzrə danışıqlar prosesi, onun beynəlxalq səviyyədə tanınması üçün səylər və Türkiyə ilə münasibətlər. Nikol Paşinyan bu üç məsələ ilə bağlı çox konkret danışıb.
Ermənistanın yeni baş naziri üçün ikinci əsas məsələ Qarabağın indiyə qədər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan-Azərbaycan formatında gedən danışıqlar prosesinə daxil edilməsidir.
Paşinyan deyib ki, onun fikrincə, bu, tam format deyil və bu cür “yarım vəziyyətdə danışıqlar effektiv ola bilməz”. Danışıqlarda Qarabağ iştirak eləmir, buna görə də səmərəsizdir, Nikol Paşinyan deyib.
• ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin “vida bəyanatının” altında nə gizlənir və ya diplomata dil nə üçün verilib, JAMnews-un Bakıdan şərhi
Ermənistanın yeni baş nazirinin xüsusi diqqət yetirdiyi məsələ – “Artsaxın beynəlxalq səviyyədə tanınması”. O deyib ki, Qarabağın dünya ölkələri tərəfindən müstəqil dövlət kimi tanınması prosesini sürətləndirmək üçün diaspora resursundan istifadə etmək lazımdır.
“Ermənistan hələ də ön şərtlər olmadan Türkiyə ilə münasibət qurmağa hazırdır”, – Nikol Paşinyan deyib. O, həmçinin bildirib ki, Ermənistan Türkiyədə 1915-ci ildə erməni soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində səylərini davam etdirəcək. Amma vurğulayıb ki, bu proses Ermənistan-Türkiyə münasibətləri ilə əlaqədar deyil. Paşinyan məqsədin başqa olduğunu deyib: məqsəd “insanların kütləvi məhvi və insanlığa qarşı cinayətlərlə mübarizəyə töhvəmizi verməkdir”.
• Ermənistan-Türkiyə – sərhəd bağlı qalacaq. Yerevan Ermənistan-Türkiyə protokollarını ləğv edib
9 may bayramında Stepanakertə Ermənistandan gələnlər az deyil. Özünü ““Arabo” dəstəsindən bir nəfər” kimi təqdim edən fotodakı adam deyir ki, Ermənsitandan gəlib.
Anna Akopyan, Nikol Paşinyanın həyat yoldaşı. O da, əri kimi jurnalistdir. Hazırda “Haykakan jamanak” (“Erməni saatı”) qəzetinin baş redaktorudur. Bu qəzeti vaxtilə Nikol Paşinyan yaradıb, amma 2012-ci ildə deputat seçilib və redaktor vəzifəsindən gedib. Onların üç övladı var, böyük oğlanları Aşot atası ilə birlikdə etiraz aksiyalarında iştirak edirdi. Fotoda onun solunda – Ermənistan Silahlı Qüvvələrinin qərargah rəisi Movses Akopyandır. O, əslən Qarabağdandır və uzun illər burada müdafiə naziri olub.
Anna Akopyan son iki həftədə Ermənistanda gedən kütləvi etiraz aksiyaları zamanı əməlli-başlı məşhurlaşıb. O, demək olar ki, hər zaman ərinin yanında idi, fotoqraflar da onun simasını bütün dünyaya tanıdıb. Ermənistanda da onu yüksək dəyərləndiriblər. İnsanlar sosial şəbəkələrdə möhkəmcə əl-ələ tutan Paşinyan və həyat yoldaşının fotolarını paylaşırdı. Bu fotoların altında yazılan “Sevgi elə məhz budur” sözləri isə Facebook-un Ermənistan seqmentində az qala əsl memə çevrilib. Bu gün Ermənistanda bir çox dəbli xanımlar saçlarını “Anna Akopyan kimi” kəsdirir.