Gürcüstan və Rusiya arasında yük tranziti Abxaziya və Cənubi Osetiyadan keçəcəkmi?
Təxminən iki il sürən danışıqlardan sonra Gürcüstan və Rusiya siyasi cəhətdən mürəkkəb olan iqtisadi layihə – Rusiyadan Gürcüstana, oradan da Ermənistana yüklərin nizamlanmamış münaqişə zonaları vasitəsilə: Abxaziya və Cənubi Osetiya ərazisindən tranziti ətrafında razılığa gəlir.
Mayın 24-də Praqada Rusiynın xarici işlər nazirinin müavini Georgi Karasinlə baş tutacaq danışıqlar zamanı Gürcüstan və Rusiya “Mal ticarətinin gömrük administrasiyası və monitorinqinin mexanizmi haqda” sazişin həyata keçirilməsi üzrə işçi qrup yaradılacaq. Bu saziş Rusiyadan Gürcüstana və Ermənistana Abxaziya və Cənubi Osetiya ərazisindən “ticarət dəhlizlərinin” təşkil olunmasını nəzərdə tutur. Bu haqda Azadlıq Radiosuna Gürcüstan baş nazirinin Rusiya ilə münazibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.
Bazar günü Abaşidze Azadlıq Radiosuna bəyan edib ki, “ticarət dəhlizlərinin” işə salınması ilə bağlı qəti razılaşmanın əldə edilməsi şansı Rusiya az əvvəl İsveçrənin SGS şirkəti ilə isveçrəli müşahidəçilərin Abxaziya və Cənubi Osetiya ərazisindən malların hərəkətinə nəzarət etməsi haqda xüsusi müqavilə imzalayandan sonra yaranıb.
“Gürcüstan analoji müqaviləni eyni şirkətlə hələ dekabrda bağlamışdı”, – Abaşidzeyə istinadən Эхо Кавказа xəbər verir. Eyni zamanda gürcü diplomat bildirib ki, Rusiya və Gürcüstan arasında 2011-ci ildə əldə edilən “mal ticarətinin gömrük administrasiyası və monitorinqi haqda” təməl razılaşmaya əsasən isveçrəli müşahidəçilər vəziyyətə Rusiya və Gürcüstan ərazisində nəzarət edəcəklər, amma malların gömrük qeydiyyatını həyata keçirmədən, sadəcə mal hərəkəti haqda məlumat toplamaq məqsədilə.
Daha əvvəl Cənubi Osetiya hakimiyyəti Sxinvalinin birbaşa iştirakı olmadan respublika ərazisinin Ermənistan və Gürcüstana yük daşımaq üçün tranzit kimi istifadə olunması haqda istənilən Rusiya-Gürcüstan razılaşmasının perspetktivi ilə bağlı şübhəsini səsləndirmişdi.
Abaşidze Azadlıq Radiosuna müsahibəsində Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı müstəqil respublika və razılaşmanın “üçüncü tərəfi” kimi tanımadığını bildirib və Sxinvalinin iştirakını istisna edib. Onun sözlərinə görə, monitorinqi də yalnız İsveçrə apara bilər.
Rusiyadan Gürcüstana və geri yüklərin daşınması üçün alternativ yolların yaradılması iki ölkənin siyasi müzakirə mövzusuna çevrilib. Bu iki ölkə arasında on ilə yaxındır ki, diplomatik əlaqələrin kəsilməsi səbəbilə məsələ xüsusilə maraqlıdır.
JAMnews layihənin təfərrüatlı təhlilini və aşağıdakı əsas suallara cavabları təqdim edir:
• Layihənin ideyası haradan yaranıb?
• Mahiyyəti nədən ibarətdir?
• Reallaşdırma mərhələsinə çatan zaman (əgər çatılacaqsa) layihə
• praktiki olaraq necə həyata keçiriləcək?
Layihənin ideyası hardan yaranıb? Ön tarixçə.
Layihənin ideyası hardan yaranıb? Ön tarixçə
Layihənin mahiyyətini anlatmaq üçün yeddi il əvvələ qayıtmaq lazımdır.
2011-ci ildə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (bundan sonra ÜTT adlandırılacaq) daxil olması məsələsinə baxılırdı. Bu təşkilatda üzvlük şərti istisnasız bütün iştirakçıların razılığından ibarətdir. Odur ki, Rusiya bir neçə il əvvəl ÜTT-yə üzv qəbul olunmuş Gürcüstanın razılığını almalı idi.
Gürcüstan çoxdan ona lazım olan məqsədə çatmaq – RF-dən Abxaziya və Cənubi Osetiyaya (Tbilisinin Rusiya tərəfindən işğal edilmiş hesab etdiyi regionlar) gələn yükə nəzarət imkanı əldə etmək üçün bu vəziyyətdən yararlandı.
Rusiyanın ÜTT-yə üzv qəbul olunmasına razılıq vermək üçün Tbilisi Moskvanın bu yüklərin monitorinqinə üçüncü dövlətin daxil olması ilə razılaşmasını tələb etdi.
İsveçrənin vasitəçiliyi ilə uzun sürən danışıqlardan sonra 2011-ci il noyabrın 9-da Gürcüstan və RF hökumətləri arasında ikitərəfli “Gömrük administrasiyası və mal dövriyyəsinin monitorinqi mexanizminin əsas prinsipləri haqda Saziş” imzalandı.
Sənəddə söhbət sadəcə Rusiya və Gürcüstandan gedirdi, Abxaziya və ya Cənubi Osetiyanın adı çəkilmirdi – bir çox ekspertlərin bildirdiyinə görə, bu, Rusiyanın tələbi olub. Sazişin mövzusu isə məhz Rusiyadan bu respublikalara gələn yükə beynəlxalq nəzarətdən ibarətdir.
O zaman tərəflər sazişin həyata keçirilməsi üçün lazım olan neytral tərəf kimi İsveçrənin seçilməsi ilə də razılaşmışdılar. Həmçinin İsveçrənin yüklərin monitorinqi ilə bilavasitə məşğul olacaq özəl şirkəti də müəyyən edilmişdi. Bu, SGS şirkəti idi.
Növbəti bir neçə il ərzində Tbilisi və Moskva sazişin detallarının müzakirəsini davam etdirib, növbəti həlledici addım isə 2017-ci ildə atılıb.
Dekabrın 19-da Gürcüstanın Vergi Xidməti İsveçrənin SGS şirkəti ilə rəsmi müqavilə bağlayıb. Moskva da SGS ilə analoji müqaviləni imzalayandan sonra layihənin praktiki reallaşdırılmasına başlanacaq. Yanvarın 31-də Praqada Karasin və Abaşidze məhz bunu müzakirə ediblər – sonda heç bir nəticə əldə etməsələr də.
Layihənin mahiyyəti nədir?
2017-ci il dekabrın 19-da Gürcüstanın SGS ilə imzaladığı müqavilədən sitat gətirmək mümkün deyil – müqavilə hələ də heç bir yerdə dərc olunmayıb. Bəzi ekspertlər onu “məxfi” adlandırır. Odur ki, sənədin orijinalı əlçatmaz olduğu üçün sadəcə ekspertlərin şərhlərinə əsasən izah edəcəyik.
İ
sveçrənin SGS şirkəti ilə bağlanan müqavilə 2011-ci ildə əldə edilən sazişin ilkin məqsədini müəyyən dərəcədə modifikasiya edir. Orada söhbət yalnız Gürcüstan ərazisi ilə Rusiyadan gələn və Rusiyaya gedən yükün monitorinqi haqda gedirdi.
Hazırkı müqavilə yalnız bu yükə nəzarət haqda deyil, həmçinin Rusiyadan Gürcüstan vasitəsilə yükün daşınması üçün ümumilikdə üç tranzit dəhlizinin yaradılması haqdadır.
Müqaviləyə əsasən, bu yollardan yalnız biri insanların və yükün hərəkəti üçün mütəmadi olaraq açıq qalacaq. Bu, hazırda da mövcud olan Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” nəzarət-keçid məntəqəsi (Gürcüstan-Rusiya sərhədindən insan və yüklərin gedib-gəldiyi yeganə quru buraxılış məntəqəsi) vasitəsilə Şimali Osetiyadan uzanan avtomobil trasıdır.
Bu dəhlizin iki əsas problemi var.
Birincisi, ensiz trasın çox aşağı ötürücülük qabiliyyətidir – bəzən maşınlar bir, iki sutka növbədə dayanmalı olur, xüsusən də turist mövsümlərində (qışda və yayda).
İkinci problem – qışda tez-tez baş verən güclü qar yağışı, digər fəsillərdə isə sel nəticəsində tras bir neçə günlük və ya həftəlik bağlı qalır.
M
üqavilədə əks olunan digər iki yol bunlardır:
1) Vladiqafqazadan Cənubi Osetiyaya, oradan da Gürcüstanın Qori rayonuna uzanan avtomobil yolu;
2) Soçidən Abxaziyaya, oradan da Gürcüstanın Zuqdidi rayonuna uzanan avtomobil yolu.
Hər iki yol münaqişə zonasından keçir və buna görə də 1990-cı illərin əvvəllərindən qismən və ya tam bağlıdır. Hazırkı müqaviləyə əsasən, bu yollar yalnız alternativ kimi fövqəladə vəziyyətlərdə (müqavilədə məhz hansı fövqəladə hallardan söhbət getdiyi konkret göstərilməyib) istifadə oluna bilər.
Qriqol Robakidze adına Universitetin professoru, politoloq Paata Zakareişvilinin JAMnews-a bildirdiyinə görə, “SGS ilə müqavilə 2011-ci il sazişindən Gürcüstanın Abxaziya və Cənubi Osetiyadan keçən yollarda tranzit hərəkətin potensialda açılmasına razılaşması ilə fərqlənir. Və bu, Gürcüstanın ilkin məqsədi olmayıb, üstəlik ona ziddir. Layihə daha geniş kontekst əldə edib, amma hətta bu layihə işə salınsa da, fövqəladə vəziyyətlərdə alternativ tranzit yollar həqiqətən də açılacaqmı, yoxsa müqavilənin bu hissəsi sadəcə kağız üzərindəmi qalacaq – bu, sual altına qalır”.
İndi isə bu hallarda həmin iki trasla yükün tranzitinin necə həyata keçiriləcəyi haqda.
Tranzitin praktiki sxemi
İsveçrənin SGS şirkəti – müvafiq hüquqlar əldə edəcək və yuxarıda sadalanan hər üç tranzit dəhlizindən keçən istənilən yükün mütləq yoxlanılmasına görə məsuliyyət daşıyacaq. SGS yalnız İsveçrə hökuməti qarşısında hesabatlı olacaq.
Rusiya və Gürcüstan tərəfi – onlar SGS-ə daşınan yüklər haqda mütləq şəkildə hərtərəfli məlumat verməli olacaqlar.
SGS xüsusi razılaşdırılmış coğrafi nöqtələrdə öz nəzarət (gömrük) məntəqələrini yaradacaq. 2011-ci il sazişinə əsasən, bu məntəqələr üç ticarət dəhlizinin hər birinin hər iki ucunda olmalıdır – Cənubi Osetiya və Abxaziya ərazisində olmamaq şərtilə.
İsveçrənin SGS şirkətinin nəzarət məntəqələrinin coğrafi yerləşməs
Soçidən Abxaziyaya, ordan da Gürcüstanın Zuqdidi rayonuna uzanan tranzit yolu.
Nəzarət məntəqəsinin biri Adler şəhəri ərazisində (RF, Krasnodar vilayəti), ikincisi isə Gürcüstanın Zuqdidi şəhəri ərazisində yaradılacaq.
Nəzarət məntəqəsinin biri Adler şəhəri ərazisində (RF, Krasnodar vilayəti), ikincisi isə Gürcüstanın Zuqdidi şəhəri ərazisində yaradılacaq.
Nəzarət məntəqəsinin biri Şimali Osetiyada Nart kəndi ərazisində (RF), ikincisi isə Gürcüstanın Qori şəhəri ərazisində yaradılacaq.
Hazırda mövcud olan Vadiqafqazdan (RF) “Yuxarı Lars” nəzarət-keçid məntəqəsi vasitəsilə Kazbeqiyə (Gürcüstan) uzanan yol Gürcüstan tərəfinin xahişi ilə sazişə salınıb. Bununla sonuncu Gürcüstan və Rusiya arasındakı üç tranzit yolunun eyni cür nizamlanmasını istəyir. Burada da İsveçrənin iki nəzarət məntəqəsi olacaq – biri Vladiqafqaz şəhəri ərzisində (RF), digəri isə Kazbeqi rayonu ərazisində (Gürcüstan).
Gürcüstan layihənin həyata keçirilməsindən nə gözləyir?
Hazırda Gürcüstan parlamentinin “Avropa Gürcüstanı” fraksiyasından olan deputatı, 2011-ci ildə saziş üzrə danışıqlarda Gürcüstan nümayəndə heyətinə rəhbərlik etmiş Serqi Kapanadze JAMnews-a bildirib ki, bu, “həqiqətən də yaxşı və vacib sazişdir”.
“Gürcüstan ilk dəfədir ki, işğal olunmuş ərazilərin sərhədlərində beynəlxalq müşahidəçilərin mövcud olmasına nail olub.
Gürcüstan həmçinin işğal olunmuş ərazilər vasitəsilə beynəlxalq səviyyədə ticarət əməliyyatları aparmağa imkan verəcək mexanizm əldə edib.
Amma vacib olan odur ki, burada məhz imkanlardan söhbət gedir – mexanizmin özü ticarət aparmağı nəzərdə tutmur və tərəflərdən heç birini buna məcbur etmir”.
Layihənin həyata keçirilməsindən Rusiya nə gözləyir?
“Biz bu sazişə böyük ümidlər bəsləyirik: onun regionda ticarətə güclü impuls verəcəyini umuruq”, – bunlar RF xarici işlər nazirinin müavini Qriqori Karasinin sözləridir.
Bununla belə Karasin İsveçrənin nəzarət məntəqələri haqda tam məlumat verməyib. Onun sözlərindən belə çıxıb ki, bu məntəqələr yalnız Gürcüstan ərazisində yerləşəcək, bu isə sazişin mətninə uyğun deyil.
Sazişdə qeyd olunan transit yollar Abxaziya və Cənubi Osetiyadan keçsə də, Qriqori Karasin “Kommersant” qəzetinə verdiyi həmin müsahibəsində vurğulayıb ki, sənəd “özü ilə Abxaziya Respublikası və Cənubi Osetiya Respublikası da daxil olmaqla üçüncü ölkələr üçün öhdəliklər gətirmir”. Amma o, layihənin bu respublikalar üçün nə demək olduğunu aydınlaşdırmayıb.
Layihənin həyata keçirilməsindən Ermənistan nə gözləyir?
“Mən düz anlayıram, bu sazişin reallaşmasının əsas benefisiarı Ermənistan olacaq? Yəni Moskva bunu özündən çox Yerevanın xahişi ilə edir?” – “Kommersant” qəzeti Qriqori Karasindən soruşub.
“Bizə həqiqətən də Ermənistandan xahiş daxil olub”, – o cavab verib.
Gürcüstan-Rusiya ikitərəfli siyasi layihəsinin işə düşməsinin Ermənistan üçün niyə vacib olduğunu Ermənistanın “Lralqir” nəşrinin təhlilçisi Naira Melkumyan izah edib:
“Ermənistanı Gürcüstan vasitəsilə Rusiya ilə birləşdirən cəmi bir quru yolu var. Bu yol Ermənistanın xahişi ilə 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra bərpa olunub. Amma iqlim şərtləri üzündən bu yol demək olar ki, ilin yarısı bağlı olur. Ermənistan da Gürcüstandan keçən daha təhlükəsiz və etibarlı tranzit yoluna ehtiyac duyduğunu gizlətmir”.