Paşinyan-Əliyev-Mişel görüşünə dair Bakı və Yerevandan dəyərləndirmə
Paşinyan-Əliyev-Mişel danışıqlarının nəticələri
Mayın 14-də Brüsseldə Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında beşinci görüş baş tutub. Danışıqların sonunda Mişel danışıqların nəticələri barədə məlumat verib və “şübhəsiz irəliləyişlər” olduğunu vurğulayıb.
Bəyanatda əsas qeyd edilən odur ki, Azərbaycanın ərazisinin 86.600 km² kimi göstərildiyi sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü yenidən tanıyıb. Bu, Azərbaycan ərazisinin keçmiş DQMV ilə birlikdə tanınması deməkdir. Ermənistanda İlham Əliyevlə Nikol Paşinyanın “saxlanılanların” tezliklə vətənlərinə qaytarılması ilə bağlı razılığa gəlməsi vacib məqam hesab olunub.
Qısaca – Avropa Şurası rəhbərinin çıxışının tezisləri, eləcə də aparılan danışıqların nəticələrinə dair Yerevan və Bakıdan analitik dəyərləndirmə.
- Amerikalı müəllimənin “Azərbaycan corabları”
- “Ya azadlıq, ya ölüm”. Müxalifətçi həbsdə 3 aydır aclıq edir
- Xatirələrdə qalmış “fotolar”
Şarl Mişelin bəyanatının əsas tezisləri
- Fikir mübadiləsi səmimi, açıq və nəticəyə köklənmiş idi.
- Liderlər Cənubi Qafqazda sülhə ümumi hazırlıq mövqeyini paylaşırdılar.
- ABŞ-da az əvvəl keçirilən pozitiv danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin bağlanmasına doğru həlledici addımlar üçün impulsu saxlamaq vacibdir.
- Sərhəd məsələləri üzrə irəliləyiş – liderlər müvafiq ikitərəfli görüşləri bərpa etmək haqda razılığa gəliblər.
- Danişiların iştirakçıları Ermənistanın (29 800 км²) və Azərbaycanın (86 600 км²) ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinə qeyd-şərtsiz sadiqliklərini təsdiq ediblər.
- Regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələlərində, o cümlədən də Naxçıvanla onun ərazisindən keçməklə dəmiryolu xəttinin bərpa edilməsi ilə bağlı mövqelər çox yaxındır.
- Müvafiq qruplara dəmiryolu xəttinin açılması şərtləri. Həmçinin konkret qrafiklə birlikdə lazım olan inşaat işləri haqda prinsipial sövdələşməni razılaşdırmaq tapşırılıb.
- Liderlər Ümumdünya Gömrük Təşkilatının bu işə dəstəyini almaq haqda razılığa gəliblər.
- Yaxın həftələrdə saxlanılanlar azad ediləcək. “Mən sadəcə yollarını azaraq digər tərəfə keçmiş hərbçilərlə bağlı qarşılıqlı anlayışın vacibliyini, o cümlədən də indən belə onların tezləşdirilmiş qaydada azad ediləcəklərini vurğuladım”, – Mişel deyib.
- Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizlikləri məsələsi müzakirə olunub. “Beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıqla bu əhalinin hüqiq və təhlükəsizliyinin təmin edilməsi məqsədilə mən Azərbaycanı pozitiv gündəlik hazlamağa çağırdım. Mən həmçinin Bakı və bu əhali arasında şəffaf və konstruktiv dialoqun vacibliyi məsələsini də qaldırdım”, – Mişel deyib.
- AŞ-nin gizli planları yoxdur. Bizim yeganə məqasədimiz hərtərəfi və ədalətli sülhə nail olmaqda Ermənistan və Azərbaycana kömək etməkdir. Biz onların birgə səylərinə öz töhfəmizi verməyə hazırıq.
- Biz lazım olduğu tezlikdə Brüsseldə görüşlər keçirmək haqda razılığa gəldik. Liderlər iyulda yenidən Brüsseldə görüşəcəklər.
- Ən yaxın zamanda biz yenidən Fransa prezidenti Makron və Almaniya kansleri Şoltsla birlikdə Kişinyovda Avropa Siyasi İcması nın 2-ci sammiti çərçivəsində görüşəcəyik.
- Mən həmçinin liderləri oktyabrda Qranadada üçüncü EPC sammitində daha bir belə görüşə dəvət etmək niyyətindəyəm.
Bakıdan şərh
Siyasi icmalçı Hacı Namazov Azərbaycan və Ermənistanın qarşılıqlı bir-birinin ərazi bütövlüyünü tanımaları zamanı heç bir şərtin olmamasını Brüsseldə əldə edilmiş “əsas nailiyyət” adlandırıb.
“İndiyə qədər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı haqda bildirirdi, amma həmişə Qarabağın dağlıq hissəsi məsələsini açıq buraxırdı. Daha sonra Yerevandan Qarabağ münaqişəsinin hələ nizamlanmaması haqda bəyanatlar səslənməyə başladı, deyirdilər ki, bu məsələ sülh razılaşmasından kənara çıxarılmalıdır.
Birinci dəfədir ki, bir-birinin ərazi bütövlüyünü tanıyan ölkələrin sahələri göstərilib. Bu, sülh nizamlaması yolunda tərəflər qarşısında dayanan maneələri aşmaq üçün vacibdir.
İndi artıq Qarabağın erməni əhalinin yaşadığı hissəsi ilə bağlı məsələ heç kimdə şübhə oyatmamalıdır. İndi artıq təhlükəsizlik məsələləri ilə bağlı razılıq əldə etmək qalır. Amma burada hələlik aydınlıq gətirilməsi vacib olan məqamlar var.
Erməniların özləri Bakı və Xankəndi arasında beynəlxalq danışıqlar mexanizmi tələb edirlər. Qeyd edim ki, rəsmən tərəflər Rusiya sülhməramlılarının vasitəçiliyi ilə iki dəfə görüşüblər və əslində beynəlxalq mexanizm var, çünki Rusiya ordusu Qarabağda maraqlı tərəf adlandırıla bilməz.
Danışıqların davam etdirilməsi üçün Qarabağ erməniləri iki dəfə Bakıya dəvət ediliblər, amma hər ikisində onlar tərəfdən müsbət cavab almaq mümkün olmayıb. Düşünürəm ki, yaxın zamanda daha bir analoji dəvət gələcək və Xankəndinin qanunsuz rejiminin nümayəndələri hazırda düşdükləri vəziyyətin təsiri altında bundan imtina edə bilməyəcəklər. Bu görüş onlara rəsmi Bakıdan daha çox lazımdır.
Saxlanılan şəxslərin dəyişdirilməsi məsələsinə gəlincə, Bakı çətin ki, “hamı hamıya” sxeminə razılaşsın. Ermənistanda iki Azərbaycan vətəndaşı həbs edilib. Bakı onları əsir, Yerevan isə diversant adlandırır. Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşları ilə bağlı da eyni yanaşma mövcuddur. Böyük ehtimalla “iki ikiyə” mübadilə həyata keçiriləcək.
İndi əsas məsələ Brüsseldə əldə edilmiş razılaşmaların Moskvada təsdiqlənməsidir. Azərbaycan və Ermənistan liderlərinin, həmçinin xarici işlər nazirlərinin orada görüşü artıq anons edilib.
Açıq deyək ki, müəyyən meydançalarda ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması Kremlin planına daxil deyildi. Orada həmişə çalışırdılar ki, Qarabağ məsələsi açıq qalsın. Çünki Qarabağ əhalisi məsəsinin Azərbaycanın tərkibində onların təhlükəsizliyi və hüquqları dərəcəsində daralması 2025-ci ildən sonra regionda Rusiya sülhməramlılarının qalmasını sual altna alır”, – Namazov qeyd edib.
Yerevandan şərh
Danışıq tərəflərinin bu dəfə də rəqəmlərlə ifadə olunan və 86,6 kv. km-ə Dağlıq Qarabağın da daxil olduğu bəlli olan bir-birinin ərazi bütövlüyünün tanımasını şərh edən siyasi icmalçı Hakop Badalyan, deyir:
“Yerevan dəfələrlə bəyan edib ki, Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Baxmayara ki, Dağlıq Qarabağdan Artsaxın heç vaxt Azərbaycanın tərkibində olmayacağına israr edirlər, bu şərtlər daxilində status məsələsinin müzakirəsini gözləmək real deyil. Ancaq status məsələsini açıq saxlamağa, addım-addım onu gündəmə gətirməyə çalışmaq lazımdır. Təbii ki, bu, həm də beynəlxalq vəziyyətin inkişaf məntiqindən asılı olacaq”.
Badalyanın fikrincə, Qərb vasitəçiləri İlham Əliyevi ermənilərin hüquqlarını qorumaq üçün heç nə etməyə məcbur etməyəcəklər, çünki Avropanın Azərbaycana bir sıra səbəblərə görə ehtiyacı var. O xatırladır ki, Mişel Əliyevi yalnız “proseslərə bir az pozitiv ton verməyə” çağırır ki, onlar Azərbaycanın mövqeyini dəstəkləyə bilsinlər:
“Görüş zamanı və ondan sonra Mişel heç bir şəkildə Dağlıq Qarabağın blokadası mövzusuna toxunmadı, o, Dağlıq Qarabağda 120 min insanın blokadaya alınmasının, yumşaq desək, qeyri-insani və buna görə də anti-Avropa siyasəti olduğunu demədi”.
İcmalçı deyir ki, Yeraşx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu əlaqəsi ilə bağlı hansı irəliləyişlərin əldə oluna biləcəyini təsəvvür etmək çətindir:
“Belə razılaşmalar varsa, bu o deməkdir ki, ya Azərbaycan öz yanaşmalarından geri çəkilib, ya da Ermənistan. Bundan əlavə, texniki məsələlərlə yanaşı, siyasi məsələlər də var. Məsələn, yük daşıma növü. Rusiya, İran və Türkiyənin də bu məsələyə baxışı fərqlidir. Bu məsələ ilə bağlı nə qədər uzunmüddətli substantiv razılaşmaların əldə oluna biləcəyini təsəvvür etmək çətindir”.
Hakop Badalyanın fikrincə, danışıqlarda substantiv nəticələr gözləmək olar
• Rusiya səlahiyyətlərini Qərb platformasına ötürəcək və müdaxilə etməyə çalışmayacaq, Türkiyə də bunu edəcək,
• Rusiya, ABŞ və Avropa öz yanaşmalarını birləşdirə biləcəklər ki, birlikdə hərəkət edə və bu yanaşmaları həyata keçirə bilsinlər.
Lakin hər iki məqam hələ real deyil, ona görə də irəliləyiş ehtimalı yoxdur.
İcmalçı hesab edir ki, Rusiya özünün “danışıqların effektiv moderasiyası problemləri”nin fərqindədir və təşəbbüsü Qərbə verməyə çalışır:
“Qərb bu təşəbbüsü götürməyə bilməz, eyni zamanda, onun daha səmərəli və uğurlu olduğunu göstərməlidir. Ardıcıl diplomatik görüşlər silsiləsi məhz bu məqsədi güdür”.