Anklavlar – Ermənistan-Azərbaycan qarşıdurmasının adaları
Anklavların dəyişdirilməsi və ya qaytarılması
Ermənistan və Azərbaycan arasındakı münaqişə bu ölkələrin hüdudlarından kənarda Qarabağ məsələsi prizmasından qəbul edilir. Bu arada ikitərəfli gündəm xeyli genişlənib, xüsusən də 2020-ci il 44 günlük müharibədən sonra. Yerevan və Bakı indi nəqliyyat kommunikasiyalarının açılması, sülh sazişi, dövlət sərhədinin demarkasiyası və delimitasiyası haqda danışıqlar aparırlar. Bu gündəmdə Ermənistan üçün daha bir mühüm məsələ var – anklavlar.
- Azərbaycan-Ermənistan: ziddiyyətlərə rəğmən sülh sazişinin imzalanması
- Ermənistanın yeni prezidenti: o kimdir və nə etmək niyyətindədir?
- “Ermənistan-Azərbaycan sülh sazişi prioritetdir”: XİN-lərin bəyanatları nə anlama gəlir?
Anklavlar nədir, hansı kəndlərdən söhbət gedir?
Anklavın yayılmış mənası – bir dövlətə məxsus, amma hər tərəfdən digər dövlətin əraziləri ilə əhatə olunmuş ərazi və ya ərazinin bir hissəsidir.
Azərbaycanın Ermənistanda altı kənddən ibarət olan üç anklavı var. Onlar ancaq kağız üzərində belə qalıblar. Əvvəllər Azərbaycan kəndlərinin olduğu yerdə indi heç kim yaşamır, heç bir tikili qalmayıb. Eləcə də Ermənistanın Azərbaycan ərazisində yerləşən yeganə anklavında – Artsvaşendə (Azərbaycanda bu kənd Başkənd adlanır).
Ermənistandakı Azərbaycan anklavları Tavuş və Ararat vilayətlərində yerləşir. Bunlar Bağanis Ayrım, Nerkin Voskepar (Aşağı Əskipara), Verin Voskepar (YuxarıƏskipara), Barxudarlı, Sofulu və Tiqranaşendir (Kərki).
Bu yaşayış məntəqələri 90-cı illərdə, birinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlar nəticəzində Ermənistanın, Artsvaşen kəndi isə öz növbəsində Bakının nəzarəti altına keçib. Hərbi əməliyyatlara görə kəndlərin heç birində əhali qalmayıb.
Anklavlar necə yaranıb və niyə problemə çevrilib?
Məlumdur ki, Ermənistan və Azərbaycan ərazisində anklavlar sovet dövründə yaranıb. Hansı qərarların və qanun normaları əsasında bu torpaqların digər sovet respublikasına verildiyi isə aydın deyil – kartoqraf Şaqen Şaqinyan deyir:
“Hazırda mübadilənin hansı sənədlərə əsasən baş verdiyi məlum deyil. Moskvada qəbul edilən qərarlar, həmçinin şifahi əsaslandırmalar var. Əsas tezis belədir: ərazilər sakinlərinin böyük hissəsinin qonşu respublikanın nümayəndələrindən ibarət olması əsasında həmin respublikaya verilirdi”.
Başqa sözlə, Ermənistanda hesab edirlər ki, ərazilərin verilməsi haqda qərarlar əsassız qəbul edilib.
“20-ci illərdə bu kəndlər sovet Ermənistanının tərkibində olub. Hansısa vəziyyətlərin təsiri ilə mübadibə baş verib. Biz sovet Azərbaycanının hansısa ərazilərini almışıq və bu anklavlar yaranlb. İki sovet respublikası arasında sərədlər 5-10 il fasiləylə dəyişirdi. Və bu proses heç cür nizamlanmırdı, hər şey yerli rəhbərlər səviyyəsində həll olunurdu – üstəlik hətta respublika liderləri yox, yerli partiya xadimləri tərəfindən”, – uzun illər anklavlar problemini tədqiq edən jurnalist Tatul Hakopyan deyir.
Sovet dövründə çox az adam güman edə bilərdi ki, böyük ölkə dağıla və respublikalar arasında torpağın hər kilometrinə görə mübarizə başlaya bilər. Anklavlar da mübahisəli ərazilərə çevrilib.
Aşağıdakı suallar açıq qalır:
· kim və niyə ərazi dəyişikliyi eləmək qərarına gəlib?
· niyə indi bu dəyişikliklərin hüquqi qüvvəsi olmalıdır?
Ermənistanın yalnız ekspertlər çevrəsi yox, ölkə rəhbərliyi də bu mövqedədir.
“Biz xəritədə çəkilmi anklavların hansı hüquqi əsaslarının olduğunu anlamalıyıq, burada hüquqi əsas varmı, ya yox. Yoxsa bu, sadəcə xəritə üzərində konturdur, ya da bellə deyək, iki kolxozun öz ərazisinin bir hissəsini digərinə Azərbaycan kolxozuna bağışlaması haqda qərarıdır. Bizim bu addımların hüquqi əsası olması ilə bağlı ciddi şübhəmiz var”, – daha əvvəl baş nazir Nikol Paşinyan bildirib.
Niyə anklavlar məsələsi aktuallaşıb?
Bu haqda rəsmi danışılmasa da, anklavlar məsələsi Azərbaycanın təşəbbüsü ilə Yerevan və Bakı arasındakı danışıqlar prosesinə daxil edilmişdi. İlham Əliyev israr edir ki, bu məsələ müzakirə olunmalı və həll edilməlidir, bu haqda o, çoxsaylı müsahibələrində bildirib.
2021-ci ilin yayında Ermənistan hakimiyyətinin guya imzalamağa hazır olduğu sənəd haqda məlum oldu. Şəbəkəyə sızdırılan informasiyaya əsasən, Yerevan Azərbaycan silahlı qüvvələrinin may ayından girdiyi Ermənistanın suveren ərazisindən çıxarılması əvəzində anklavların Azərbaycana qaytarılmasına razı olur. Sənəd elə də imzalanmadı.
Ermənistanın baş naziri hüquqi problemlərə baxmayaraq, güman edir ki, anklavlarla bağlı iki ölkə üçün məqbul həll yolu tapılmalıdır. Onun sözlərinə görə, beynəlxalq təcrübə və hüquqa əsaslanan ümumi məntiq var:
“Buna əsasən, indi olan və qeyd edilən vəziyyət dəyişməz qalır. Niyə? Çünki bizim də Azərbaycanın nəzarəti altında olan anklavımız var – Artsvaşen. Bizim məntiqimiz belədir: anklav anklava dəyişdirilməlidir. Onların nəzarəti altında olan onların nəzarətində qalər. Bizim nəzarət etdiyimiz bizdə qalır”.
Hələlik məlum deyil ki, Bakı bu varianta razı olacaqmı, axı Ermənistan ərazisində olan Azərbaycan anklavları Ermənistanın Azərbaycan ərazisində olan anklavından daha böyükdür.
Hazırkı vəziyyəti olduğu kimi saxlamaqdan, yəni ərazilərin mübadiləsindən başqa anklavlar probleminin başqa həll yolu da var – tərəflər ərazilərin qaytarılmasına, yəni faktiki olaraq Sovet İttifaqı dövründə baş verən ərazi bölgüsünü tanımağa razılaşa bilərlər. Bu o deməkdir ki, Bakı üç anklavı, Yerevan isə bir anklavı öz yurisdiksiyasına qaytaracaq.
Bu variant Yerevanı təmin edəcəkmi?
Ərazilərin qaytarılması Azərbaycana sərf edir, Ermənistan üçün isə müəyyən problemlər yaradacaq. Əgər Bakı anklavları öz nəzarətinə qaytarsa, Ermənistanda bəzi yaşayış məntəqələri Azərbaycan mövqelərinin bir neçə metrliyində qalacaq.
Azatamut kəndi sərhədyanı hesab edilir. Buradan döyüş mövqelərinə bir kilometrdən çox məsafə var. Qonşu dövlətin yaşayış məntəqələri ovuc içi kimi görünür.
Azatamut təpənin üzərində yerləşir, dağın o tərəfi artıq Azərbaycandır. Yaxınlıqdan qonşu ölkəyə uzanan paslanmış dəmiryolu relsləri keçir. Birinci Qarabağ müharibəsindən bəri burada qatarların hərəkəti dayanıb.
Azatamut sakinləri Azərbaycan kəndlərinin yaxınlıqda yerləşdikləri zamanları xatırlayırlar. Bu ərazilərin Azərbaycana qayıtması ehtimalı haqda söhbətləri azatamutlular eşidiblər, amma hələlik narahat olmamağa çalışırlar, çünki hələlik rəsmi informasiya yoxdur.
“Televizorda eşitmişik, adamlar anklavlar haqda danışırlar. Əliyev deyib ki, bütün torpaqları istəyir. Bütün bunlar nə dərəcədə doğrudur bilmirəm. İnsanlar dinc şəkildə öz qayğıları ilə yaşayırlar. Əgər bu torpaqlar verilsə, bizə ziyan olacaq. Əgər onlar bu qədər yaxına gəlsələr, insanlar artıq narahat olacaq”, – kənd sakini Qrant Baqdasaryan qeyd edir.
Təhlükəsizlik məsələsindən başqa, anklavların qaytarılması başqa problemlərə də səbəb olacaq. Məsələn Azatamut örüşlərinin bir hissəsini itirəcək. Mal-qara üçün yem çatışmazlığı və Azərbaycan mövqelərinin bilavasitə yaxınlığında yerləşməsi şəraitində bu yaşayış məntəqəsinin gələcəyi böyük şübhə altına düşür.
Amma ərazilərin Bakıya verilməsi halında Ermənistan üçün əsas problem yollarla bağlıdır.
Azərbaycan anklavları iki dövlət əhəmiyyətli çmagistralın bilavasitə yaxınlığında yerləşir.
“Əgər bu anklavlar Azərbaycana verilsə, Tavuşda ön xətt dağılacaq – azərbaycanlılar qoşunlarımızın arxasına keçmiş olacaq. Ermənistan Azərbaycan Tavuşdan Gürcüstan və Rusiyaya, yaxud Sünikdən İrana gedən yolu bağlayana qədər mövcud olacaq. Əgər bu baş versə, mümkün eskalasiya zamanı çox real ssenaridir, ölkə total blokadada qalacaq”, – politoloq Edqar Elbakyan qeyd edir.
Tiqranaşen anklavı Naxçıvan Muxtar Respublikası ilə sərhədin yaxınlığında yerləşir. Yerevan-Qoris-Qafan-İran sərhədi respublika magistralı da oradan keçir. Əgər Tiqranaşen Bakıya keçsə və bu ərazidə qonşu ölkənin silahlı qüvvələri yerləşdirlsə, Azərbaycan Ermənistanın əsas logistika arteriyası üzərində nəzarəti ələ keçirəcək. Bəzi hissələrində Azərbaycanın artıq blok-postlar yerləşdirdiyi Qoris-Qafan yoluna bənzər vəziyyət yarana bilər.
Başqa bir potensial problemli hissə Yerevanı ölkənin Şimalı ilə birləşdirən və Gürcüstanla sərhədə çıxan M-4 magistralı ilə bağlıdır. Verin və Nerkin Voskepar kəndləri itirildiyi təqdirdə bu magistral da Azərbaycanın nəzarəti altında qalacaq. Mahiyyət etibarilə, Ermənistan Gürcüstan və İrandan qopa və bundan doöan bütün nəticələr yaşana bilər.
İstənilən halqda, hazırda mövcud konfiqurasiyanın olduğu kimi saxlanılması, tərəflərin sadəcə anklavları dəyişməsi ən mümkün ssenari kimi görünür. Bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibəsində də bildirib.
Bu, anklavların qaytarılacağı halda yarana biləcək bir çox problemlərin qarşısını almağa imkan verir. Tərəflərin ümumiyyətlə hər hansı razılığa gələ biləcəyi Ermənistan və Azərbaycan arasındakı danışıqların dinamikasından asılı olacaq.
Material “Mediaşəbəkə”nin dəstəyilə hazırlanıb