Gürcüstan XİN: Moskvanın işğal xəttinin delimitasiyası haqda bəyanatları qəbuledilməzdir
Gürcüstan XİN işğal xəttinin delimitasiyasına qarşı
“Moskvanın işğal xəttinin delimitasiyası haqda bəyanatları Gürcüstan üçün qəti qəbuledilməzdir. Məsələnin yeganə mümkün həlli Gürcüstan ərazilərinin işğaldan azad edilməsidir”, – oktyabrın 13-də axşam Gürcüstan XİN bu bəyanatla çıxış edib.
Bu, elə həmin gün bir qədər əvvəl Rusiya XİN-in səsləndirdiyi bəyanata reaksiyadır. “Regionda təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə Rusiya tərəfi Gürcüstannın Abxaziya və Cənubi Osetiya ilə sərhədlərinin delimitasiyası, ardınca isə demarkasiyası prosesini başlatmağı təklif edir. Bunda Suxum və Sxinval Moskvanı fəal şəkildə dəstəkləyir”.
Hər iki bəyanat oktyabrın 12-13-də Cənubi Qafqazda təhlükəsizlik və stabillik haqda beynəlxalq Cenevrə diskussiyasının növbəti, 54-cü raundu baş tutandan sonra səsləndirilib.
2008-ci ilin avqustunda Cənubi Osetiya ətrafında Rusiya-Gürcüstan müharibəsindən sonra bu, gürcü-abxaz və gürcü-osetin münaqişələri üzrə yeganə danışıqlar formatıdr. Burada Avropa İttifaqı, BMT və ATƏT həmsədrlik edirlər. İştirakçılar Gürcüstan və Rusiyadır, Abxaziya və Cənubi Osetiya [Rusiya və digər dörd digər ölkə tərəfindən müstəqil dövlət kimi tanınıblar, BMT və beynəlxaqlq qurumların əksəriyyəti bu regionları Gürcüstan ayrılmaz hissəsi hesab edir] təmsil olunublar.
Cenevrə formatı haqda daha ətraflı aşağıda qeyd olunub.
Tbilisi və Moskva Cenevrə formatının əsas vəzifələri necə formalaşdırılır?
Tbilisi və Moskva Cenevrə formatının əsas vəzifələri necə formalaşdırılır?
Gürcüstan XİN: “İşğal olunmuş ərazilərdə qanunsuz saxlanılan Gürcüstan vətəndaşları İrakli Bebua və digərlərinin azad edilməsi. İşğal olunmuş ğrazilərdə etnik gürcülərin yaşadığı kəskin humanitar böhran. Münaqişə zonalarında təxribatların artması fonunda heç bir ilkin şərtsiz birgə insidentlərin qarşısının alınması və reaksiya verilməsi Mexanizmi [daha əvvəl Cenevrə formatı çərçivəsində yaradılıb] çərçivəsində görüşləri bərpa etmək vacibdir”.
Rusiya XİN: “Gürcüstanın destruktiv siyasətilə mübarizə. Düşmən mövqe tutaraq və Abxaziya və Cənubi Osetiyanın iştirak etmədiyi müxtəlif beynəlxalq formatlarda qeyri-obyektiv sənədlər təsis edərək Gürcüstan tərəfi Cenevrə platformasında bəzi məsələlərin müzakirəsini bloklayır. BMT tribunasından dünyaya birtərəfli və siyasiləşmiş sülh anlayışının təqdim edilməsi […] Cenevrə danışıqlarının sponsorluq etdiyi problem üzrə dialoqu mümkünsüz edir”.
Əsas prioritetlər: Rusiya güc tətbiq edilməməsi haqda danışır, Gürcüstan Abxaziya və Cənubi Osetiyanın işğaldan azad olunmasını tələb edir
Rusiya XİN Cenevrə formatının əsas prioriteti kimi Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsini göstərir, bunun üçün də Tbilisini “bir tərəfdən Gürcüstan, digər tərəfdən isə Abxaziya və Cənubi Osetiya arasında güc tətbiq olunmaması haqda razılaşma imzalamağa” çağırır:
“Bu məsələnin imperativliyi Qərbin Tbilisini NATO-ya çəkməsi üzrə fəal səylər fonunda yüksəlir, bilavasitə Gürcüstan ərazisində aparılan hərbi təlimlər, o cümlədən də az əvvəlki “Çevik ruh – 2021” alyansının çoxmilli manevrləri də bundan xəbər verir”.
Gürcüstan XİN buna cavab olaraq bildirir ki, Cenevrədə indicə keçirilmiş danışıqlar zamanı Gürcüstanın nümayəndə heyəti Moskvanın Abxaziya və Sxinvalinin faktiki ilhaqı ilə bağlı az əvvəlki addımlarını, o cümlədən də Rusiyanın onlarla ümumi sosial-iqtisadi məkanın yaradılması üzrə proqramını kəskin tənqid edib.
Gürcüstan XİN-i üçün Cenevrə formatının prioriteti Rusiyanı “Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci il 12 avqustda imzalanan aqtəşkəs haqda razılaşmaya əməl etməyə” məcbur etmək lazımdır:
“Rusiya işğal olunmuş ərazilərin genişmiqyaslı hərbləşdirilməsinix, qanunsuz hərbi təlimləri, Gürcüstanın hava məkanının pozulmasını, qanunsuz hasarların inşasını davam etdirir”.
“Rusiya 2008-ci ilin avqustunda geniş miqyaslı hərbi təcavüzü həyata keçirdi. Növbəti 13 il ərzində hibrit müharibə alətlərindən istifadə edərək təxribatları davam etdirib. Moskva şüurıu şəkildə Gürcüstanda və regionda stabilliyi pozmağa çalışır”, – Gürcüstan XİN hesab edir.
Cenevrə danışıqları çərçivəsində növbəti 55-ci görüş 2021-ci il dekabrın əvvəlinə planlaşdırılıb.
Cenevrə formatı nədir?
• 2008-ci il avqust müharibəsindən sonra Gürcüstan və Rusiya arasında birbaşa dialoq dayandırılıb. Atəşkəs haqda razılaşmaya müvafiq olaraq 2008-ci il avqustun 12-də Rusiya v Gürcüstanın Suxumi və Sxinvali nümayəndələri ilə birlikdə, o cümlədən də beynəlxalq təşkilatların təmsilçilərinin müxtəlif humanitar məsələləri müzakirə edə biləcəkləri Cenevrə danışıqlar formatının yaradılması qərara alınıb.
• Hazırkı “Gürcü arzusu” partiyası hakimiyyətə gəlməzdən əvvəl Gürcüstan-Rusiya danışıqlarında Abaşidze-Karasin formatı yaradılmışdı, Tbilisi və Moskva arasında danışıqlar aparılan yeganə yer Cenevrə idi.
• Cenevrədə danışıqlar ildə dörd raund keçirilir.
• Cenüvrə formatı münaqişənin siyasi aspektlərinə toxunmur. Yəni Abxaziya və Cənubi Osetiyanın statusu və digər siyasi məsələlər burada müzakirə olunmur.
• Cenevrə beynəlxalq danışıqları iki paralal işçi qrupda aparılır:
• Birinci qrup təhlükəsizlik məsələlərini müzakirə edir (məsələn, Rusiya və Gürcüstan arasında güc tətbiq edilməməsi, Gürcüstanın işğal olunmuş ərazilərində beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılması);
İkinci qrup məcburi köçkünlərin vəziyyətini və onların qayıdışını müzakirə edir. Bu qrup eyni zamanda işğal olunmuş ərazilərdə yaşayan insanlarla bağlı mühüm humanitar məsələləri (məsələn, doğma dildə təhsil, mədəni irsin mühafizəsi, inlanların işğal xəttindən azad hərəkəti, işğal olunmuş ərazilərdə yaşayan insanların sağlamlığı, cinayət işləri, insan haqları və sairə) nəzərdən keçirir.
• Gürcüstan və Rusiyadan başqa Cenevrədə danışıqlarda ABŞ nümayəndələri, ATƏT, Aİ və BMT tərəfindən həbsədrlər iştirak edir. Müzakirələrdə Sxinvali və Suxumi də iştirak edir.