“Pandora Papers”: oğurluq edən və qanunu pozan varlılar və məşhurlar haqda. Xülasə
Azərbaycan prezidenti və digərləri “Pandora Papers” araşdırmasında
“Pandora sənədləri” (“Pandora Papers”) – 2021-ci oktyabrın 3-də dərc olunmuş dünyanın ən böyük araşdırmalarından biridir. Bu, dünya liderlərinin, siyasətçilərinin və milyarderlərin gizli varlanmaları, vergidən yayınmaları və bəzi hallarda çirkli pulların yuyulmasını əks etdirən 12 milyona yaxın sənəd və faylın açığa çıxmasıdır.
Məlumatlar Kolumbiya dairəsində, Vaşinqtonda Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) tərəfindən əldə edilib. 117 ölkədən 140 media təşkilatı, 600-dən çox jurnalist planetin ən nüfuzlu insanlarından bəzilərinin gizli varidatlarını üzə çıxara bilib.
“Pandora Papers” 6,4 milyon sənəd, 3 milyona yaxın şəkil, milyondan çox elektron məktub və yarım milyona yaxın elektron cədvəli əks etdirir.
Nə aşkarlanıb?
Fayllar dünyanın ən nüfuzlu insanlarından bəzilərinin, o cümlədən də 90 ölkədən olan 330 siyasətçinin öz varidatını gizlətmək üçün ofşor şirkətlərdən istifadə etdiyini üzə çıxarıb.
Amerikanın Global Financial Integrity analitik mərkəzindən Lakşmi Kumar izah edib ki, bu insanlar “pulları köçürə, ötürə və gizlədə bilərlər”.
Hazırda açıqlanmış hekayələrə daxildir:
● Azərbaycanın əsas ailəsinin Böyük Britaniyada 400 milyon funt sterliq [təxminən 543 milyon dollar] həcmində daşınmaz əmlak sövdələşmələrində gizli iştirakı.
● Arxivdə Vladimir Putinin yaxın rəfiqəsi, üçüncü qızının anası olduğu ehtimal edilən Svetlana Krivonoqixin adı hallanır. Onun Monakoda 3,6 milyon avroluq mənzili aşkarlanıb.
● Rusiyanın “Birinci Kanal”ının baş direktoru Konstantin Ernst. Britaniyanın Vircin adalarındakı ofşor vasitəsilə o, Rusiyadakı köhnə sovet kinoteatrlarının sökülərək, yerində yenilərinin tikilməsini təşkil edib.
● Ukrayna prezidenti Vladimir Zelenski və inun “Kvartal 95” üzrə tərəfdaşı. Onların Britaniyanın Vircin adalarında, Kiprdə və Belizdə qeydiyyatdan keçirilmiş ofşor şirkətlər şəbəkəsi var. Bu şirkətlərdən gələn pullar Londonda elit daşınmaz əmlaka yatırılıb. 2019-cu il prezident seçkilərindən əvvəl Zelenski bu ofşorlardakı payını hazırda onun birinci köməkçisi vəzifəsini tutan Sergey Şefirə ötürüb. Amma jurnalistlər bildirirlər ki, bu ofşorlardan gələn gəliri hələ də Zelenskinin arvadı alır.
● Bu həftə seçkilərin keçiriləcəyi Çexiyanın baş naziri Andrey Babiş Fransanın cənubunda 12 milyon funt sterlinq [təxminən 16,2 milyon dollar] dəyərində iki villanın alınması üçün istifadə olunan ofşor sərmayə şirkətinin mövcudluğunu açıqlaya bilməyib.
● Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler və arvadı London ofisi alınan zaman mökür rüsumunda 312 min funt sterlinq [təxminən 423 min dollar] qənaət ediblər.
● İordaniya kralı Böyük Britaniya və ABŞ-da daşınmaz əmlaka gizli şəkildə ona məxsus olan şirkət vasitəsilə 70 milyon funt sterliq [təxminən 95 milyon dollar] xərcləyib.
“Ofşor” dedikdə nə nəzərdə tutulur?
Məsələn, kiminsə Böyük Britaniyada daşınmaz əmlakı ola bilər, amma ona digər ölkələrdə və ya “ofşor”larda yerləşən şirkətlər şəbəkəsi vasitəsilə sahib ola bilər. Ofşorlarda 1) şirkət yaratmaq asandır, 2) şirkət sahiblərinin kimliyinin üzə çıxarılmasını çətinləşdirən qanunlar var, 3) gəlir vergisi azdır və ya yoxdur. Belə yerlərdən ən məşhurları Britaniyanın Kayman və Vircin adaları kimi zarici əraziləri, o cümlədən də İsveçrə və Sinqapurdur.
Eləmək lazım olan yeganə şey məxfilik yüksək olan ölkələrin və ya yurisdiksiyaların birində “bot” şirkət yaratmaqdır. O, ancaq nominal olaraq mövcud olacaq, əməkdaşsız və ya ofissiz. İxtisaslaşmış şirkətlərə pul ödənilir ki, onlar bunu sizin üçün etsinlər. Bu şirkətlər ünvan və maaş ödənən direktorların adlarını təqdim edir və nəticədə biznesin arxasında əslində kimin dayandığına dair heç bir iz buraxmırlar.
Siyasətçilərə dəfələrlə vergidən yayınma və ya aktivlərin gizlədilməsini mürəkkəbləşdirmək çağırışı ilə müraciət edilib, xüsusən də “Panama Papers” kimi daha əvvəlki araşdırmalardan sonra. Amma Pandora sənədləri göstərir ki, “ofşor gizliliyinə son qoya biləcək insanlar …özləri bundan qazanc əldə edir. Odur ki, buna son qoymaq üçün onların stimulu yoxdur”.
Azərbaycan prezidenti İlham Əliyev və oğlu
2009-cu il aprelin 29-da Londonun dəbdəbəli Meyfer rayonunda Meddoks-strit küçəsində bir sıra mağaza və ofislərin icarəçiləri yeni sahibkarla səhəri açıblar: 11 yaşlı Heydər Əliyev adlı oğlan.
Bu uşaq Azərbaycan prezidenti İlham Əliyevin oğludur. Onun mülklərinin ümumi dəyəri 33,3 milyon funtdur [təxminən 45,5 milyon dollar].
Amma bu, az əvvəl məlum olub. Kağız üzərində mülklərin sahibi Britaniyanın Vircin adalarında “Mallnick Holdings S.A” şirkəti idi.
Ən böyük həcmdə əməliyyat – 3,75 milyon funtdan çox [təxminən 5,1 milyon dollar] vəsait 1970-ci illərin sonlarından ofşor zonalarda işləyən “Trident Trust Group” şirkətindən daxil olub.
Sənədlər göstərir ki. “Trident” şirkəti Britaniyanın Vircin adalarında Əliyev və onun ətrafı üçün mənbəyi məlum olmayan yarım milyard dollarlıq 84 şirkət təsis edib.
Eyni zamanda bu, Rusiya landromatları və çirkli pulların yuyulması üçün iki çoxmilyardlıq sxemdən daxil olan pullardır ki, OCCRP tərəfindən ilk dəfədir aşkarlanıb. Şirkətlərdən Azərbaycada biznesin investisiyalaşdırılması üçün də istifadə olunub.
“Məşhurlar, siyasi ailələr – hamı cəlb olunub”
Son ofşalar göstərir ki, ofşor provayderləri həqiqətən də qlobal və qarşılıqlı asılı sahədir – “Tax Justice Network” böyük elmi işçisi Reyçel Etter-Foya deyib.
“Məşhurlar, siyasi ailələr – hamı cəlb olunub. Onların hamısı eyni xidmət təchizatçılarının xidmətlərindən yararlanırlar”, – Etter-Foya bildirir. – “Xidmət təchizatçıları birlikdə işləyirlər […] və müştərilər onları bir-birinə tövsiyə edirlər”.
“Bu, qloballaşmanın qaranlıq üzüdür”, – “Moneyland: Niyə oğrular və dələduzlar indi dünyanı idarə edir və bunu necə geri qaytarmalı” kitabının müəllifi Oliver Bullou OCCRP-ə deyib.
Korporativ verginin minimallaşdırılması inkişaf etmiş ölkələrin büdcələrinə ziyan vura bilər. Amma ən böyük ziyan yoxsul ölkələrə dəyib. Müəyyən ödəniş müqabilində ofşor provayderləri orada mürəkkəb qlobal strukturlara yarada və böyük pulların xaricə ötürülməsi üçün yerli siyasətçilərdən, məmurlardan və biznesmenlərdən istifadə edə bilir.
“Bu, pələngi uçmayan quşların dolu olduğu adaya buraxmaq kimi bir şeydir”, – Bullou deyib.
Əsasən böyük korporasiyalardan daxil olan trilyonlarla dollar ofşorların vergi sığınacaqlarında gizlədiliblər.
Hər il sadəcə vergidən yayınma dünyanın yoxsul ölkələrinə 200 milyard dollara başa gəlir – bu, inkişaf məqsədilə onlara yardım kimi verilən vəsaitlərdən xeyli çoxdu.
ABŞ yeni ofşor mərkəzi kimi
Məlumatlarda başqa bir tendensiya – Birləşmiş Ştatların ofşor məkanı kimi rolunun artması haqda maraqlı təfərrüatlar da yer alıb.
ABŞ-ın dünyanın bank sistemindəki mərkəzi roluna görə ölkə unikal vəziyyətə sahibdir və bu, ona gizli ofşor maliyyələşdirməni özünə tabe etməyə imkan verir. Son illərdə qanunvericilər ABŞ-ın onlarla ştatında maliyyə sirrlərində öz industriyalarının genişlənməsinə səs veriblər.
“Pandora Papers”də son illərdə ABŞ-da yaradılan 200-dən çox trastın yaradılması haqda ətraflı məlumat yer alıb. Onlarla halda müştərilər Britaniyanın Vircin adaları və Bahamlar kimi daha ənənəvi sığınacaqlardan ABŞ-ın xeyrinə imtina ediblər.