Əfqanıstanın süqutu. Bu, niyə baş verdi və yeni İslam xilafəti necə olacaq? Analiz və foto
Taliban Əfqanıstanı necə ələ keçirdi?
Avqustun 16-da səhər dünyanın bir çox ölkələrində terror təşkilatı kimi tanınan Əfqanıstanın “Taliban” təşkilatı Kabili döyüşsüz ələ keçirdi. Bununla da Qərb koalisiyası silahlı qüvvələrinin ölkədən çıxarılmasını elan edəndən sonra bir neçə həftə ərzində bütünlüklə Əfqanıstanın sürətlə ələ keçirilməsi başa çatdı.
Beynəlxalq ekspertlərin əksəriyyəti bildirir ki, artıq Əfqanıstanın əvvəlki tarixini bitmiş hesab etmək və yeni hesaba başlamaq olar.
Taliblər ölkədəki bütün sərhəd məntəqələrinə nəzarət edirlər.
Darmadağın olmuş Əfqanıstan ordusu döyüşsüz qaçıb və sadəcə pərən-pərən düşüb.
Tacikistan və Özbəkistan bildirir ki, Əfqanıstan ordusunun minlərlə əsgəri – bəzi hallarda bütöv hissələrlə onların sərhədlərindən keçib.
Əfqanıstan ordusuna yüz milyardlarla dollar boşuna xərclənib?
Çoxları sual edir – niyə hər şey praktiki olaraq ildırım sürətilə baş verdi?
Axı ABŞ və NATO üztə müttəfiqləri Böyük Britaniyanın böyük iştirakı ilə son 20 il ərzində intensiv olaraq Əfqanıstan hökumətinin təhlükəsizlik qüvvələrinə təlimlər keçirdi, təchizatına ciddi maliyyə yatırırdı, bildirirdilər ki, Əfqanıstan ordusu güclüdür və istənilən hücuma sinə gərməyə hazırdır.
ABŞ-ın Əfqanıstanın bərpası üzrə xüsusi baş müfəttişi Amerika Konqresi üçün hazırladığı son hesabatda bildirir ki, ancaq ABŞ Əfqanıstanın təhlükəsizlik sahəsinə 88 milyard dollardan artıq vəsait xərcləyib.
Budur, ölkəni tamam ələ keçirmək üçün taliblərə bir aydan az vaxt kifayət etdi.
Niyə?
Korrupsiya
Sənədlərə əsasən, dövlət təhlükəsizlik qüvvələrində 300 min nəfərdən çox təmsil olunur – ordu, polis və hərbi hava qüvvələri. Amma reallıqda həmişə hərbçi və polis sayı ilə bağlı problemlər olub. Eyni zamanda da korrupsiya səbəbilə – BBC-nin yazdığına görə, komandirlərin çoxu əsgərlərdən rüşvət alırmış ki, xidmətdə olmasalar da, onlar hesabatlarda real hərbçi kimi qeyd olunsun.
Mənəvi ruh
Britaniya Birləşmiş Krallıq Müdafiə Tədqiqatları İnstitutundan (RUSI) Cek Uotlinq əsgərlərin mənəvi ruhu ilə bağlı ciddi problemlər haqda danışır. Onları mütəmadi olaraq ailə və qəbilə bağları olmayan regionlara xidmətə göndərirmişlər – bunun nəticəsində də taliblərlə döyüşlər başladığı zaman onlardan çoxu öz mövqelərini tez tərk edib.
İndi nə baş verir?
Kabildə xaos və panika hökm sürür, minlərlə yerli sakin ölkəni tərk etməyə çalışır. Çoxları sərhədi keçərək qonşu ölkələrə gedirlər. amma kabillilər ölkədən getmək ümidilə aeroporta axışıblar. Wall Street Journal və Al Arabiya sərnişin terminalında atışma baş vrdiyi və beş nəfərin həlak olduğu haqda xəbər yayıblar.
“Meyitlər qan içində terminalda yerə sərilib”, – Wall Street Journal yazıb.
Hələlik aydın deyil ki, atəşi kim açıb. Kabil aeroportunda hələ də Qərb ölkələrinin, o cümlədən də ABŞ səfirliklərinin evakuasiya edilməmiş personalı qalmaqdadır. Onları ABŞ, Britaniya və Türkiyədən olan hərbi kontingent mühafizə edir. Avqustun 15-də axşam Amerika hərbçilərinin izdiham aeroportun uçuş zolağına axışandan sonra havaya xəbərdarlıq atəşi açıblar.
NATO ilə əməkdaşlıq edən minlərlə Əfqanıstan vətəndaşı xüsusi təhlükə altındadır. Hələ bir həftə əvvəl ABŞ Dövlət Departamentinin nümayəndələri bildiriblər ki, Kabil yalnız bir neçə ay sonra süqut edə bilər və bu müddət ərzində onlarla əməkdaşlıq etmiş şəxsləri ölkədən çıxara biləcəklər. amma hər şey çox sürətlə baş verdi və çoxları getməyə macal tapmadı.
ABŞ diplomatların evakuasiyasını təmin etmək üçün Əfqanıstana əlavə hərbi kontingent yönləndirir.
Rusiya XİN bildirib ki, Kabildəki səfirlik bağlanmayacaq və öz işinə davam edəcək.
“Taliban” nə dərəcədə güclüdür?
Döyüşçülər
ABŞ-ın Vest-Poyntdakı Antiterror Mərkəzi taliblərin əsasının 60 min döyüşçüdən ibarət olduğunu hesab edir. Əgər tərəfdarları və digər qruplaşmaları əlavə etsək, onların sayı ən azı 200 minə çatır.
Amma bu region üzrə bir çox mütəxəssislər deyirlər ki, “Taliban”ı monolit kimi yox, hissələri bir-biri ilə müvəqqəti bağlı olan müəyyən koalisiya kimi qəbul etmək lazımdır.
Silahlanma
“Taliban” narkotik alverindən çoxlu vəsait əldə edir – beynəlxalq mütəxəssislər yekdilliklə hesab edir. Həmçinin Pakistan da onları dəstəkləyir.
İndi isə taliblər hökumətin təhlükəsizlik qüvvələrindən çox sayda qənimət silah və avadanlıq: hərbi maşınlar, gecə görmə cihazları, pulemyotlar, minaatanlar və artilleriya ələ keçiriblər.
Üstəlik sovet müdaxiləsindən sonra Əfqanıstan onsuz da silahla dolub-daşırdı.
“Taliban” həmçinin əldəqayırma partlayıcı qurğularla rəqibi böyük itkiyə məruz qoymağın mümkünlüyünü də nümayiş etdirdi.
Yerli ərazilərə bələd olmaq və anlamaq taliblərin daha bir üstünlüyüdür.
Yeni İslam xilafətində tam hakimiyyət
“Taliban” bildirib ki, ölkədə bütün hakimiyyəti heç bir koalisiyasız öz əlinə alacaq. Əfqanıstan prezidenti Əşrəf Qəni səlahiyyətlərindən imtina edərək, ölkəni tərk ediblər. Onun silahlılarla istefa verməsi haqda razılığa gəldiyi və Tacikistanda ola biləcəyi haqda yazırlar.
Əfqanıstan liderinin yerini taliblərin Qətərdəki siyasi ofisinin rəhbəri Molla Barədar tutacaq.
Talib Əfqanıstanının siyasi yönü necə olacaq?
Taliblər bildiriblər ki, şəriət qanunlarına ciddi riayət edəcəklər. müxtəlif gender oriyentasiyalı insanların, zina etmiş qadınların və şəriət qanunlarını pozan digərlərinin daşqalaq edilməsi, amma məhkəmə qərarı ilə.
Elan olunub ki, qadınların hüquqlarına hörmətlə yanaşılacaq: onlara oxumağa və işləməyə, o cümlədən də çadra yox, hicab taxmağa icazə veriləcək.
Beynəlxalq ekspertlərin əksəriyyətinin gəldiyi nəticə:
ABŞ və NATO-nun Əfqanıstana sülh və stabillik gətirmək səyləri bundan əvvəl Sovet İttifaqının hərbi cəhdləri qədər səmərəsiz olub.