Müxalifət və hakimiyyətin mitinqləri: Ermənistan nəşrlərinin işıqlandırması
Son zamanlar Ermənistan müxalifəti və hakimiyyəti eyni zamanda bir neçə genişmiqyaslı mitinq keçirib. İlk bu cür aksiya fevralın 25-də, SQ Baş Qərargahı Nikol Paşinyanın istefasənə tələb etdiyi zaman, növbəti isə martın 1-də keçirilib. Hər iki tərəf mitinqlərdən öz böyük tərəfdaş ordusunu nümayiş etdirmək üçün istifadə edib. Ermənistanın onlayn media resurslarının müxalifət və hakimiyyətin parallel mitinqlərini necə işıqlandırdığını araşdırmağa çalışacağıq.
Onlar öz dəyərləndirmələrində neytral olublarmı, hər iki mitinqin işıqlandırılmasında vurğu nəyə edilib. Monitorinq üçün ən reytinqli onlayn nəşrlər seçilib: 1lurer.am, 168.am və azatutyun.am. Bu məqalədə 2021-ci il martın 1-də keçirilən mitinqlərin işıqlandırılması nəzərdən keçirilib.
- Yerevanda paralel reallıqlar: müxalifət və hakimiyyət yenə də eyni zamanda mitinq keçirib
- Vətəndaş müharibəsi astanasında? Yerevanda eyni zamanda iki mitinq keçirilib: müxalifətin və hakimiyyətin
1lurer.am saytının işıqlandırması
Dövlət tərəfindən maliyyələşdirilən İctimai Televiziyanın saytından başlayaq – 1lurer.am. 1 mart ərəfəsində baş nazir Nikol Paşinyan Facebook səhifəsində mitinq təşkili haqda bildirib və vətəndaşları iştiraka dəvət edib.
Bu çağırış dəfələrlə Birinci kanalın (İctimai televiziyanın) efirində səslənib, daha sonra efirin video-yazısı sayta yerləşdirilib. Mitinq və ardınca baş tutan yürüş İctimai televiziya vasitəsilə əvvəldən axıra qədər canlı yayımlanıb. Proses zamanı İctimai televiziya canlı efirdə zaman-zaman Baqramyan prospekdində gedən müxalifətin mitinqinidi yayımlayıb.
Axşam əsas xəbər buraxılışının 17 dəqiqəsi Paşinyanın çıxışına və onun iştirakı ilə gedən mitinqə həsr olunub.
Müxalif “Vətənin Xilası Naminə Hərəkatın” mitinqinə 5 dəqiqə alrılıb, üstəlik ayrıca video-sıra ilə yox, əsasən reportyorun şərhi ilə təqdim olunub.
Paşinyan publika qarşısına çıxan kimi Respublika meydanında davam edən mitinq fasiləsiz yayımlanmağa başlayıb, ta ki, baş nazirin çıxışı bitənə və yürüş başlayana qədər. Yürüş zamanı Baqramyan prospektindən efirə qoşulub, hər iki mitinq eyni zamanda nümayiş olunub.
Paşinyanın mitinqi İctimai televiziyada həm də dronla çəkilən videomateriallar vasitəsilə də yayımlanıb.
Teleefirlərdən və canlı yayımlardan başqa 1lurer.am saytında Paşinyanın çıxışının ayrı-ayrı hissələri və mitinq iştirakçıları ilə müsahibələr də dərc olunub.
168.am saytının işıqlandırması
168.am hakimiyyətin mitinqini baş nazirin Facebook səhifəsindən canlı yayımı nümayiş etdirərək işıqlandırıb. Buna qədər saytda Respublika meydanında yürüşdən əvvəlki vəziyyəti təsvir edən iki müxtəlif rakursdan videomateriallar yerləşdirilib. Baş nazirin təhlükəsizliyini təmin edən snayperlərə xüsusi diqqət yetirilib.
Bundan başqa baş nazirin çıxışlarından hissələr yayımlanıb, onlardan bəzilərinin başlıqları Paşinyanın təhrif olunmuş sitatlarından ibarət olub.
Həmin sitatlardan biri.
Burada təqdim olunan fikirlər onun çıxışı zamanı müxtəlif vaxtlarda səslənib, amma birləşdirilərək bütöv sitat kimi təqdim olunub: “Biz bütün mümkün səhvlərtə yol vermişik, amma təslim olmaq niyyətində deyilik, heç vaxt təslim olmayacağıq”.
Bu halda Paşinyan saytda təqdim olunduğu kimi: “Yarı-prezident idarə üsuluna keçməyin variantı olmalıdır”, elan etmir, əslində o qeyd edir ki, “Yarı-prezident idarə üsuluna keçmək mümküün variantlardan biri olmalıdır”.
Hakimiyyətinaksiyasının işıqlandırılması zamanı 168.am bəzi hallarda Mediaport Telegram kanalına istinad edir.
Qeyd etmək lazımdır ki, 168.am Ermənistan media sahəsininköhnə nəşrlərindən biridir, 2006-cı ildən fəaliyyət göstərir, Mediaport isə 44 günlük Qarabağ müharibəsindən bilavasitə sonra, 2020-ci il noyabrın 11-də yaradılıb. Bir qayda olaraq bu resurs arqumenti olmayan informasiyaları yayır. Aşağıda əvvəlcə bu kanalda, sonra isə 168.am saytında yayılan belə bir material təqdim olunub.
168.am Mediaport-a istinadən yazır ki, Yerevanın inzibati rayonlarından birində insanlara Nikol Paşinyanın mitinqində iştirak etmək üçün pul paylanılır, halbuki dərc olunan video-materialda biz bunu görmürük.
Daha sonra inzibati rayondan bildirilib ki, video-materialda BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən aztəminatlı ailələrə yardım təqdim edilməsi prosesi əks olunub.
Dejavu Telegram kanalına istinadən 168.am saytı hakimiyyətin mitinqində iştirak etmələri üçün insanların regionlardan Yerevana aparılması haqda səs yazılarını da yayıb. Bir çox media resursları bu yazıları yayıblar, onlardan birinin həqiqiliyini Eçmiadzin şəhərinin mer müavini Arsen Petrosyan təsdiqləyib.
168.am jurnalistləri mitinqdə iştirak etmək üçün Lori regionundan Yerevana yollanan insanları çəkiblər.
Müxalifətin mitinqini 168.am izdihamlı adlandırıb. Hakimiyyətin mitinqinə gəlincə, nəşr yenə də Mediaport kanalına istinadən bildirib ki, “Paşinyanın yürüşündə polislər adi insanlardan daha çox olub” və polislərin vətəndaşları müşayiət etdiyi qısa video-çarx nümayiş etdirib. Amma video-materialda mitinq iştirakçıları görünmür, polisin sayını vətəndaşların sayı ilə müqayisə etmək olmur.
Məsələn, 1lurer.am kadrlarında fərqli görünür:
168.am müxalifətin mitinqini müxalif “Vətənin Xilası Naminə Hərəkat” nümayəndələri vətəndaşları keçiriləcək mitinqlə bağı məlumatlandırmaq üçün Yerevandakı Müqəddəs Anna kilsəsinin yanından toplaşan andan işıqlandırmağa başlayıb. Bu canlı yayım bir saatdan çox davam edib. Müxalifətin “Millət, ordu, qələbə” şüarı altında keçirilən mitinqi də canlı yayımlanıb və 168.am efirində yayım 3 saat 23 dəqiqə davam edib.
Müxalifətin aksiyasının təsvirində tez-tez “meydan insanlarla doludur”, “izdihamlı mitinq”, “Baqramyan prospekti alovlarla dolub-daşır” və sairə ifadələrdən istifadə olunub.
Müxalifətin mitinqini işıqlandırarkən 168.az yazır ki, regionlardan və paytaxtdan zorla Paşinyanın mitinqinə gətirilən vətəndaşların çoxu müxalifətin mitinqinə qoşulub. Amma nə müvafiq video-materialda, nə də fotolarda bu informasiyanı təsdqiləyən heç bir fakt yoxdur. 1lurer.am saytından fərqli olaraq 168.am müxalifətin aksiyasını yuxarıdan çəkilişlər vasitəsilə göstərir və toplaşanlaın sayına dair daha dəqiq təsəvvür yaradır.
Canlı yayımlardan başqa 168.am saytı müxalifətin mitinqində çıxış edən Vazgen Manukyan, İşxan Saqatelyan, Yuri Xaçaturov, Seyran Ohanyan və digər şəxslərin ayrı-ayrı çıxışlarını da dərc edib.
Azatutyun.am saytının işıqlandırması
“Radio Azatutyun” (Azadlıq Radiosu) səhər efiri zamanı ötən gün insanları martın 1-də Respublika meydanında toplaşmağa çağıran Nikol Paşinyanın çıxışını yayıb. Gündüz sayt həm hakimiyyətin, həm müxalifətin aksiyasına toxunub.
Axşam efiri zamanı 18:00-da “Radio Azatutyun” müxbirləri canlı yayımda hər iki mitinqdəki vəziyyəti qısaca təqdim ediblər.
“Radio Azatutyun” canlı yayım vasitəsilə hər iki tərəfin yürüşünü nümayiş etdirib.
Bununla belə, qeyd etmək lazımdır ki, Nikol Paşinyanın çıxışı zamanı parallel yayım olmayıb. Bundan başqa, hakimiyyətin mitinqi “Radio Azatutyun” Youtube kanalına tam variantda yerləşdirilib.
Xəbərlərin əsas buraxılışında hər iki mitinq ümumiləşdirilmiş formada təqdim edilib.
“Radio Azatutyun” müxbiri hakimiyyətin təşkil etdiyi mitinqdə iştirak etmək üçün onlarla avtobusla insanların Yerevana daşındığı Lori rayonunda olub. Bu insanların sözlərinə görə, onlar həm indiki, həm də əvvəlki hakimiyyətin mitinqlərində iştirak ediblər.
Nəşr həmçinin inzibati resurslarda istifadə ilə bağlı ittihalar mövzusuna da toxunub, bununla bağlı həm hakimiyyətin, həm də müxalifətin fikrini dərc edib.
Vəziyyəti ümumiləşdirərək qeyd etmək olar ki, Ermənistanın ən çox oxunan nəşrləri bu iki mitinqi bərabər işıqlandırmayıb. Bəziləri bu və ya digər tərəfin mitinqində çox, və ya əksinə az insanın iştirakını vurğulamaq üçün manipulyativ metodlara əl atıb. İnzibati resurslardan sui-istifadə, dövlət qulluqçularının regionlardan Yerevana gəlməsi haqda bütün media resursları bəhs etməyib.
Yaya növbədənkənar parlament seçkilərinin təyin olunduğunu və seçkiqabağı kampaniyanın sərt keçəcəyini nəzərə alaraq siyasi vəziyyətin balanslı işıqlandırılması xüsusilə aktual və mühüm problemə çevrilir.