Feyk-xəbərlər “informasiya silahı” kimi: Ermənistan və Azərbaycan sərhədində son eskalasiya haqda
2020-ci il iyul hadisələri zamanı hibrid müharibələrinə xas olan əvvəllər tətbiq edilməyən yeni “informasiya alətlərindən” istifadə olunub.
2020-ci il iyulun 120dən Ermənistanın Azərbaycanla sərhədində silahlı toqquşmalar başlayıb. Beş gün davvam edən fəal hərbi əməliyyatlar nəticəsində Ermənistan tərəfi beş, Azərbaycan tərəfi isə on iki nəfəri itirib. Dağlıq Qarabağ ətrafında nizamlanmamış münaqişəyə görə ölkələr arasında münasibətlər gərgin qalır.
Sərhəddə gedən hərbi əməliyyatlarla paralel davam edən informasiya müharibəsi eyni dərəcədə gərgin idi. Həmin günlərdə Ermənistanın informasiyaların həqiqiliyini yoxlamaqla məşğul olan media ekspertləri sosial şəbəkə istifadəçilərinə fəal şəkildə haker hücumları və dezinformasiya axını ilə bağlı xəbərdarlıq edirdilər.
- Ermənistandan rəy: niyə Azərbaycan mediası Qarabağla bağlı “sensasiyalar” dərc edir?
- Azərbaycan parlamentinin press-relizində səhvlərin düzəldilməsi ilə bağlı diplomatik xəta
- Koronavirus: epidemiya haqda miflər özündən daha tez yayılır
Botlardan istifadə
Sərhəddə eskalasiya zamanı informasiya müharibəsinin yeniliyi botlardan istifadə oldu. Şəbəkədə “Tavush bot” səhifəsi yaranıb.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Samvel Martirosyan bildirir ki, səhifə hərbi əməliyyatların getdiyi sərhədyanı Tavuş vilayətinin administrasiyası adından dezinformasiya yayamağa çalışıb. Bu halda ekspertlər sadəcə qubernatorun komandası ilə əlaqə saxlayıblar ki, “Tavush bot” səhifəsinin yerli hakimiyyətə aidiyyatının olub-olmamasını dəqiqləşdirsinlər.
“Əvvəllər heç vaxt Azərbaycan tərəfinin belə botlardan [botlar adətən feyk xəbərlərin yayılması üçün istifadə olunur] istifadə etməsinin şahidi olmamışam. Qubernatorun komandası səhifə ilə bağlılığını təkzib edəndən sonra botun yaydığı məlumatlardan görünürdü ki, informasiya casusluğu və propaqanda yayılması cəhdləri baş verir. Və aydın idi ki, bu botun yaradılmasında və idarə olunmasına xarici qüvvələr cəlb olunub”.
Şəxsi məlumatların istifadə olunması
Media ekspert Samvel Martirosyan həmçinin hələ iyunda başlayan şəxsi məlumatların sızması haqda da danışır. Söhbət koronavirusa yoluxan, onlara təmasda olan şəxslərin, o cümlədən də yerli kredit təşkilatının müştərilərinin şəxsi məlumatlardan gedir.
“Faktiki olaraq 10 000-ə qədər insanın məlumatları istifadəyə açıq olub. Telefon nömrələrinin sızması da baş verdiyi üçün bu məlumatların istifadə olunduğu ehtimal edilir. WhatsApp və Viber əlavələrində telefon terroru həyata keçirilib”, – Martirosyan deyib.
SMS-məlumatlar
İnformasiya manipulyasiyası üçün yeni mexanizmlərdən biri mobil rabitə abunəçilərinə yalan informasiyadan ibarət SMS-lərin göndərilməsi olub.
Azərbaycanlı hakerlər Ermənistanın Müdafiə Nazirliyi adından “sərhəddə vəziyyət gərgindir, ordu itkilər verir” məzmunlu məlumat yayıblar.
Daha diqqətli olanlar məlumatın latın əlifbası ilə və səhvlərlə yazıldığına diqqət yetiriblər. Bu şübhəli idi, çünki Ermənistanın Müdafiə Nazirliyi məlumat göndərdiyi zaman həmişə erməni şriftlərindən istifadə olunur.
Baş nazir aparatı bu məlumatı təkzib edib. Müdafiə Nazirliyi yalnız rəsmi platformalara etibar olunması çağırışı ilə vətəndaşlara SMS göndərib.
Video “oyunu”
Dezinformasiya yaymağın başqa formasından istifadə cəhdi də olub – həqiqi videonun yalan interpretasiyası.
Fövqəladə vəziyyət rejimi zamanı polisin “VETO” hərəkatının yaradıcısı, “Açıq Cəmiyyət” fondunun fəaliyyətini və İstanbul konvensiyasının ratifikasiya olunmasını kəskin tənqid edən radikal fəalı həbs etməsini əks etdirən kadrları Azərbaycann tərəfi guya cəbhədən qaçan erməni zabitin həbsi kimi təqdim etməyə çalışıb.
Məsələ burasındadır ki, saxlanıldığı zaman Narek Malyanın üst geyimi hərbi formaya bənzəyir.
İnformasiyanı necə yoxlamalı?
İyul hadisələri zamanı xəbərlərin həqiqiliyinin yoxlanılması üçün hansı metod və alətlərdən istifadə olunduğu haqda “Banak.info” (erməni dilində “banak” ordu deməkdir) saytının koordinatoru David Torosyan danışıb.
O deyib ki, bəzən sadəcə Gppgle və ya Yandex axtarış sistemlərindən istifadə etmək kifayət edirdi.
Ermənistanı tərəfinin “itkilərini” təqdim etmək üçün əsasən Suriyada bombardmanı əks etdirən fotolardan istifadə olunub.
Fotonun Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrə aidiyyatının olmadığına əmin olmaq üçün Yandex foto-axtarış sistemindən istifadə edilib.
Azərbaycanın “haqqın.az” saytında guya erməni əsgərlərini daşıyan avtomobilə zərbə endirilməsini əks etdirən video dərc olunub.
Həmin axtarış sistemlərinin – Google və Yandex-in köməyi ilə videonun hələ 2019-cu ildən internetdə yayıldığı və Əfqanıstanda çəkildiyi məlum olub.
Amma elə hallar olurdu ki, insanların özlərinin informasiyanı yoxlaması çətin olurdu – “Banak.info” saydının koordinatoru David Torosyan deyir.
“Yerli mobil rabitə operatorlarının məlumat bazalarını sındıraraq, “mil.am”, yəni Ermənistanın Müdafiə Nazirliyinin rəsmi saytı adından səhər saat dörd-beş radələrində, insanlar hələ əsasən yatdığı zaman onlayn tərcüməçilər vasitəsilə tərcümə olunmuş, aşkar səhvlərlə dolu məlumat yayılıb. Söhbət ondan gedirdi ki, hərbi əməliyyatlar gedir, vətənən müdafiəsi üçün könüllüllərə ehtiyac var. Döyüşə bilməyənlər qan verməyə çağırılırdı. Bu cür məlumatlar sutkanın bu saatlarında daha çox panikaya səbəb olur. Və bu saatlarda bunun yalan, ya doğru olsuğunu yoxlamaq da çətindir”.
Ekspertlərin işi
Media ekspertlər dezinformasiyanın praktiki olaraq bütün hallarına operativ reaksiya verirdilər.
Növbəti feykin yayılması haqda dərhal məlumatlandıranlardan biri Facebook-da mox sayda izləyicisi olan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Samvel Martirosyan olub.
O, haker hücumuna məruz qalan erməni istifadəçisinin səhifəsinin fotosunu da birinci dərc edib. Burada artıq Ermənistan tərəfinin itkiləri ilə bağlı yalan informasiya yerləşdirilmişdi və deyilirdi ki, hökumət bu məlumatları gizlədir.
Ermənistanın “Mediamaks” nəşrinin baş redaktoru David Alaverdyan deyir:
“İndi biz artıq təxminən təsəvvür edirik ki, genişmiqyaslı müharibə halında hansı formada informasiya mübarizəsi bizi gözləyir və bu halda hansı alətlərdən istifadə olunacaq”.
Ənənəvi “silah”
Tavuş hadisələri zamanı informasiya müharibəsinin ənənəvi “silahından” – media və qeyri-hökumət təşkilatlarının saytlarına, dövlət qurumlarının rəsmi səhifələrinə (gov.am, primeminister.am, mfa.am, ena.am, Hetq.am, Tert.am sə sairə) DDOS-hücumlardan da istifadə olunub.
Bu da ciddi planlaşdırılmış xarakret daşıyıb – infirmasiya təhlükəsizliyi üzrə mütəxəssislər hesab edir.
Azərbaycan tərəfinin mütəşəkkil və koordinasiya olunmuş addımlarının müəyyən istiqaməti olub – informasiya təhlükəsizliyi sahəsində konsaltinqlə məşğul olan Cyberhub təşkilatın həmtəsisçisi Artur Papyan deyir:
“Onların məqsədi Ermənistanın rəsmi və xəbər saytlarının işini pozmaq yolu ilə Ermənistan tərəfinin informasiyanı beynəlxalq mediaya çatdırmasına mane olmaq, o cümlədən də Twitter –də heşteq vasitəsilə, Azərbaycan tərəfinin mövqeyinin səsləndiyi Rusiya nəşrlərindəki məlumatlarla Bakının nəzər nöqtəsini beynəlxalq xəbər seqmentinə yaymaqdır”.
Ekspertlərin sözlərinə görə, sərhəddə hərbi əməliyyatlarla paralel gedən informasiya müharibəsi zamanı Ermənistanın informasiya təhlükəsizliyi sahəsindəki çatışmazlıqlar ortaya çıxıb.
Problemlərdən biri koordinasiya olunmuş və stabil kiber-təhlükəsizliyin təmin edilməsidir. Həm fərdi, şəxsi, həm də müxtəlif dövlət qurumlarına aid olan və ya onlar tərəfindən nəzarət edilən məlumatların daha etibarlı müdafiəyə ehtiyac olduğu aydın olyub.
“Ermənistan sadəcə zaman-zaman pz müdafiəsini təkmilləşdirməlidir. Həm dövlət qurumlarının saytlarının, həm də fərdi saytların təhlükəsizliyinin dəstəklənməsi üçün mütəmadi iş aparılmalıdır”, – informasiya təhlükəsizliyi üzrə ekspert David Alaverdyan hesab edir.
Müəllifin təklif etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düçməyə də bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqıını özündə saxlayır.