Üç ağac kənd sakinləri ilə ekoloqları üz-üzə qoyub
Azərbaycanlı eko-aktivistlər Qax rayonunun kənd qəbiristanlıqlarından birində ağacların qırılmasına etiraz edir. Kənd sakinləri bu addımlarını ağacların qəbirlərin üstünə açması riski ilə izah edib və aktivistləri tənqid atəşinə tutublar. Ekoloqlar bu haqda məlumatı sosial şəbəkələrdən silsələr də, məsələyə dövlət qarışıb.
- Azərbaycanda növbəti ov qalmaqalı: brakonyerlərin bələdçisi nazirliyin əməkdaşıdır?
- Ermənistanda böyük şirinsulu Sevan gölü yenə çiçəkləyib
Nə baş verib?
Bu günlərdə eko-aktivistlərin Facebook səhifəsində Qax rayonunun Zəyəm kənd qəbiristanlığında üç nəhəng ağacın kəsilməsi haqda məlumat yerləşdirilib. Yerli sakinlər bu addımlarını artıq qocalmış açacların qəbirlərin üstünə aşması riski ilə izah ediblər.
Bəzi sosial şəbəkə istifadəçiləri kənd sakinlərinin tərəfini saxlayıblar və qeyd ediblər ki, qəbir daşları çox bahadır və nəhəng ağaclar onların üstünə aşarsa, heç kim onların maddiziyanını kompensasiya etməyəcək.
Kənd sakinləri isə onların kəndini “biabır etdikləri” üçün eko-aktivistləri tənqid ediblər və bildiriblər ki, ağacların məhz harada qırıldığını qeyd eləmək lazım deyil. Bu hücumlar intensiv xarakter alandan sonra faktla bağlı məlumat Eco-front hərəkatının səhifəsindən silinib.
İş prokurorluğa göndərilib
2021-ci il aprelin 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, qurumm əməkdaşları tərəfindən Qax rayonunun Zəyəm bələdiyyəsinin nəzarətində olan ərazidə üç ağacın kəsilməsi faktı təsdiqlənib.
“Təbiətə 6600 manat [3882 ABŞ dolları] həcmində zərər vurulub. Göstərilmiş məbləğ cinayət məsuliyyətinin tərkibidir və tərtib olunmuş akt üzrə materiallar prokurorluğa göndərilib”, – nazirliyin məlumatında deyilir.
“Nazirlik ancaq şikayətlər üzrə işləyir”
Eco-front hərəkatının lideri Cavid Qara hesab edir ki, Azərbaycanda ekoloji problemlərin əsas səbəblərindən biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəsaitinin olmamasıdır.
“Dövlət televiziyasının büdcəsi Ekologiya Nazirliyinin büdcəsindən çoxdur. Optimallaşdırma adı altında qurumun potensialını dəfələrlə azaldıblar, həm əməkdaşların sayında, həm də, məsələn, yanacaqlla təminatda çatışmazlıq var.
Ətraf mühitin mühafizəsi üzrə bütün işlər şikayətlər üzərində qurulub. Təbiətin mühafizəsinin normal təşkili üçün resurslar yoxdur”, – Qara qeyd edir.
Onun sözlərinə görə, nazirlik hətta orta səviyyəli biznesmenlər qarşısında da gücsüzdür.
“Qırmızı Kitaba daxil olan növlər taleyin ümidinə buraxılıb, onların tam məhv edilməsini gözləmək qalır. Heç bir strategiya, hətta bu strategiyanı hazırlamaq üçün resurs da yoxdur.
Ciddi ümummilli etiraza ehtiyac var. Biz reytinq dalınca qaçmırıq və artıq vaxt itirmək olmaz. Oturub düşünmək lazımdır. Biz nə edə bilərik ki, ekoloji böhrandan çıxmaq üçün hakimiyyəti ciddi işə başlamağa inandıraq”, – o əlavə edib.
Şərhlər
Kənd qəbiristanlığında ağacların qırılmasında günahkar olanların cərimələnməsi haqda qərar sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirə mövzusuna çevrilib. Bəzi şərhləri təqdim edirik:
“Başa düşmürəm, kəndin adını qeyd eləməyin nə deməkdir? İnsanlar bu hadisənin harada baş verdiyini bilməlidirlər”.
“Onları cərimələmək yox, 6600 ağac əkdirmək lazım idi”.
“Bəzən ehtiyac insanları ağacları qırmağa vadar edir. Mən xatırlayıram ki, 90-cı illərdə Naxçıvanda qaz yox idi və meşələr kütləvi şəkildə qırılırdı. Ürək ağrısı ilə bunu müşahidə edirdim və bu, mənim ən kədərli uşaqlıq xatirələrimdən biridir”.