Xokkey gözləyir
Buz meydançası kifayət qədər böyükdür, təxminən 700 kvadrat metrdir, xalq arasında hələ də pioner parkı kimi tanınan şəhər parkında yerləşir.
Bu buz meydançası çox böyük sevincə səbəb olub.
Meydança səhər saat ondan axşam saat ona qədər işləyir, Selsi cədvəli üzrə +10 dərəcəyə qədər havada ərimir. Gələnlər çox olur, düzdür, əsasən axşamlar, saat 5-6-dan başlayaraq, dərsdən və işdən sonra gəlirlər. Sürüşməyi az adam bacarsa da, çoxları öyrənmək istəyir. Hər halda konkilərlə bağlı problem yoxdur, konki icarə verən məntəqə işləyir, onları bir saatlıq cəmi 50 rubla [təxminən $ 80 sent] götürmək olar, bütün ölçülər də var.
Meydança Vladikavkaz şəhər administrasiyasının (Şimali Osetiya – Alaniya) vəsaiti hesabına tikilib. Sxinval meriyası ilə razılaşmaya əsasən, birinci yarım il ərzində Sxinval buz meydançasından pulsuz istifadə edə bilər. Sonra isə ya pullu olacaq, ya da Cənubi Osetiya onu almalı olacaq.
Yerli jurnalistlər bir nəfər kimi bu buz meydançasının birinci olduğunu, Sxinvalda əvvəllər heç vaxt belə bir meydançanın olmadığını yazırdılar. Əslində isə heç də belə deyilmiş.
Sxinval sakini Olqa Mixaylidi danışır:
“1930-cu il təvəllüdlü anam danışır ki, Sxinvalda böyük şəhər parkında buz meydançası olub. 1960-cı illərdə burada göl olub, indi “Şeytan çarxı”nın olduğu yerdə, qışda göl donurdu, yuxarı sinif şagirdləri də gəlib, qarı təmizləyir, buz düzəldirdilər. Burada insanlar həm konki sürür, həm də xokkey oynayırdılar. Konkilər o vaxt çox primitiv olub – xüsusi ülgücləri iplə çəkməyə bağlayırdılar, sonra da düşməsin deyə çubuqla bərkidirdilər”.
Amma bu xüsusi ülgüclər Tsxinval islah-əmək koloniyasında cəza çəkən yeniyetmələr tərəfindən hazırlanırdı. Cəzaçəkən yeniyetmələrin öz yaşıdları ilə belə bir əməkdaşlığı yaranırdı.
Parkda həm də kiçik xizək meydançası vardı.
Mən özüm 1974-cü ildə anadan olmuşam, lap erkən uşaqlığımdan bizim zirzəminin küncündə mismardan asılmış konkiləri xatırlayıram. Anam deyirdi ki, bu konkilər xalam oğlu Boryanındır. O, məndən 10 yaş böyük idi, amma onlardan kiminsə istifadə etdiyini xatırlamıram. Konkilər elə həmin yerdə asılı qalmışdılar, paslandıqdan sonra biz onları atdıq”.
Bu da Sxinval sakini Ofeliya Kumaritovanın xatirələri:
“Mənim bacım Yevgeniya məndən 10 yaş böyük idi və o nəslin xizəyə necə maraq göstərdiyini yaxşı xatırlayıram. O vaxtlar tez-tez xizək üzrə məktəblər arası yarışlar keçirilərdi. Bəzən bacımın xizəklərini götürüb bostanda gəzməyə çalışırdım, amma buna görə bacımdan kötək yeyirdim”.
Amma 1970-ci illərdə dünyaya gələn oğlum və onun nəsli artıq xokkeyə meyl edirdi. O vaxtlar şəhərdə məhəllə xokkey komandaları çox idi. Ya o nəsil böyüdü, ya da iqlim dəyişdi, amma Sxinvalda artıq xokkey oynamırlar”.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər