Şərh: Gürcüstan – adi feodalizm
Ölkənin faktiki rəhbərinin oğlunun və baş nazirin ehtimal olunan danışığının gizli səs yazısı ətrafındakı hadisələr bir daha göstərdi ki, Gürcüstan hakimiyyəti özünü xalq qarşısında hesabatlı hesab etmir.
Bir çox insanlar bu günlərdə Gürcüstanın baş nazirinin qalmaqallı səs yazısını heç cür şərh etməməsindən təəccüblənmiş görünür.
Bu səs yazılarında milyarder, keçmiş baş nazir və Gürcüstanın iqtidar partiyasının rəhbəri Bidzina İvanişvilinin səsinə bənzər səslə bir şəxs hazırkı baş nazir İrakli Qaribaşvili və Dövlət Mühafizə Xidmətinin rəisi Anzor Çubinidzenin səslərinə bənzər səsli şəxslərəBera İvanişvili haqda sosial şəbəkələrdə təhqiramiz şərhlər yazanların cəzalandırılmasını tapşırır və onlardan gördükləri işlərlə bağlı hesabat tələb edir.
Söhbətin məzmunundan bəlli olur ki, cəzalandırılanlardan bir qismi azyaşlı məktəblilərdir.
Bu hadisənin əsas məğzi də bundan ibarətdir.
- Ağaclar və flaminqo hakimiyyətin rəmzi kimi. Gürcüstanlı oliqarxın “həvəsi” nə ilə nəticələndi?
- Oliqarxın doğma kəndi – gürcü arzusu haqqında əfsanə
“Ümumxalq seçimi” ilə hakimiyyətə gəlmiş partiyanın təyin etdiyi baş nazirinictimaiyyətə qarşı hesabatlı olacağını və onun legitim maraqlarını təmin edəcəyini gözləmək çox sadəlövhcədir.
Bu ölkədə daha nə baş verməlidir ki, hətta ən infantil və sadəlövh vətəndaş Gürcüstanda demokratik ölkələrdə olduğu kimi bir hakimiyyətin olmadığına inansın?
Gürcüstanda baş nazir, prezident, parlament spikeri adlanan insanlar var. Amma bütün bunlar sadəcə real məzmunla dolu olmayan fiksiyadır.
Çünki bu insanlar cəmiyyət, onları seçən vətəndaşlar qarşısında məsuliyyət hiss etmirlər.onların vəzifələriŞ rifahları, uğurları ictimai fikirdən asılı deyil.
Bütün bunlar bir nəfərin iradəsindən asılıdır və onlar yalnız onun və ailəsinin qarşısındaməsuliyyət daşıyırlar, son günlər bu, yenidən özünü göstərdi.
Beranın gisli səs yazıları ilə bağlı hadisə Gürcüstanın son bir neçə ildə yaşadığı reallığı acımasızca ifşa etdi.
Gürcüstan artıq klassik anlamda dövlət deyil. Gürcüstan bir nəfərin, bir ailənin xidmət personalının köməyilə idarə etdiyi feadal mülkiyyətdir. Və bu personal bircə anlıq belə özünü cəmiyyətin maraqlarını nəzərə almağa və cəmiyyət qarşısında hesabat verməyə borclu hiss etmir.
Çünki feodal sistemdə knyazlar və onların saray əhli təbəələr qarşısında hesabat vermirlər. Hakimiyyət nümayəndələri öz rollarını və bu ölkənin statusunu belə görürlər.
Və bu da hər şeydə özünü biruzə verir – komendant saatında necə vaxt keçirmələrindən tutmuş bir çox layiq olmadıqları üstünlüklərdən istifadə etməklərinə və ya “müqəddəs” ailə haqda Facebook-da “yanlış” fikir bildirən insanların təqibinə qədər.
Bu azğın insanlar dairəsi və ya feodal sarayındakı kamarilla yaxşı vaxt keçirir, əsasən də büdcə hesabına, bir-birlərini medallarla təltif edirlər, cəmiyyət və ictimai problrmlər isə hansısa başqa planetdə mövcudluğunu sürdürür.
Bu gün Gürcüstan sınaqdan keçir – ölkənin Aslan Abaşidze dövründə (1991-2004) Acara kimi paşalığa sevrilməsi ilə barışacaqmı, yoxsa vaxtilə Gürcüstanı regionun “demokratiya mayakına” çevirən demokratiya sahəsindəki kiçik nailiyyətlərin arxasında duracaq?