Boğucu maskalar – pandemiyanın görünməyən effektləri barədə
Hokumətin pandemiya ilə mübarizə apardığı, yoluxmaların sayını azaltmağa çalışdığı və insanları koronavirusdan ölümdən qorumağa can atdığı bir vaxtda yeni faciəyə gətirib çıxara biləcək yanaşı problem diqqətdən kənarda və nəzarətsiz olaraq artmaqdadır. Bu, emal edilməyən və zibilliklərdə qorxunc sayda peyda olan milyonlarla qoruyucu maska və əlcəklərdir.
140 ildən çox iş təcrübəsinə malik Amerika qeyri-hökumət təşkilatı olan ACS-in («American Chemical Society») hesabatına görə, bütün dünyada epidemiya dövründə hər ay 129 milyard maskadan və 65 milyard əlcəkdən istifadə olunur ki, bu özü artıq qlobal çirklənməyə səbəb olub.
Həmin problem bütün dünyada aktualdır, lakin biz ona Yerevanın misalında nəzər yetirəcəyik.
Bu, Yerevanın Nubaraşen rayonundakı zibillikdir. Zibil təpələrinin arasında burada nəhəng sayda maskalar və əlcəklər də var.
Bu zibilliyin daimi ziyarətçiləri də var ki, olmazın ehtiyac onları günlərinin çoxunu burada keçirməyə və zibillikdə eşələnməyə vadar edir. Bunlar müxtəli yaşlı insanlardır, aralarında qadınlar və kişilər, çoxlu uşaqlar da var.
Rəngarəng zibil təpələri zibilliyə yüzlərlə metr qalmış görünməyə başlayır, qoxu da elə həmin məsafədən hiss olunur.
Maskasız, amm qalın əlcəkli kişi plastik butulkalar dolu kisəni arxasınca sürüyür. Birdəfəlik istifadə üçün maskalara və əlcəklərə rast gəlib-gəlmədiyi ilə bağlı suala cavab verir: “Doludur!”
Ermənistanın tibb müəssisələrində maskaların və digər tullantıların toplanması və utilizasiyası qaydaları qanunla dəqiq tənzimlənir. Lakin hamı qaydalara riayət etsə belə, bunun heç nəyə köməyi olmayacaq.
Maskalar və əlcəklər cəmi iki-üç saat istifadə olunur. Onların tam dağılması üçün isə 450 ildən çox zaman tələb olunur.
Ermənistanda əhalinin sayı təxminən 3 milyon nəfərdir. Hər kəs gündə orta hesabla bir-iki maskadan istifadə edir. Nəticə olaraq, bu, nəhəng həcmdə zibil deməkdir.
Hazırda yerdə atılıb qalmış birdəfəlik qoruyucu maskalara, əlcəklərə və dezinfeksiyaedici vasitələr üçün plastik konteynerlərə harada desəniz rast gəlmək mümkündür – mərkəzi küçələrdən tutmuş dağlara və meşələrə qədər. Keləkli günlərdə isə onlar Yerevan keçələrinin üzərində dəstə ilə uçuşurlar.
Qaydalara görə utilizasiya necə aparılmalıdır
Hələ 2008-ci ildə Ermənistan səhiyyə nazirliyi maskalar və əlcəklər də daxil olmaqla, şəxsi qoruyucu vasitələrin dəqiq utilizasiya qaydalarını hazırlayıb – toplanması, dezinfeksiyası, sterilizasiyası və/və ya məhv edilməsi, nəql olunması və basdırılması.
Yerevan Dövlət Universitetinin zoologiya kafedrasının baş laborantı, bioloq Manan Asikyan deyir ki, maskalar və əlcəklər çoxdan bəri təbiət üçün təhlükədir, sadəcə olaraq, indiyə kimi onlardan əsas etibarilə laboratoriyalarda və xəstəxanalarda istifadə olunurdu ki, bu yerlərdə onlarla davranış mədəniyyəti mövcuddur:
«İnsanlara izah olunmalıdır ki, bu cür tullantılara münasibət şüurlu olmalıdır. Əgər bunları ayrı-ayrı konteynerlərdə toplamaq mümkün deyilsə, ən azı zibil yeşiyinə atsınlar, hara gəldi deyil».
Heyvanları boğan maskalar və əlcəklər
Təbiətin və ümumiyyətlə, həyat mühitinin çirklənməsi maska və əlcək tullantılarının yaratdığı yeganə problem deyil.
«İnəklər, atlar, donuzlar, toyuqlar, quşlar, balıqlar – bu heyvanlar həmin əşyaları çox vaxt yeyirlər. Əlbəttə ki, bunlar həzm olunmur. Əksər hallarda həmin əşyalar udlaqda, qida borusunda ilişib qalır və heyvanlar boğula bilər. Əgər udsalar belə, mədələri ilə bağlı böyük problemlər yananır.
İribuynuzlu heyvanlar maskaları birtəhər də olsa, udub həzm etmək iqtidarındadırlarsa da, misal üçün, balıqlar buna qabill deyillər və onlar daha həssas, zəifdirlər. Bundan əlavə, maskalar və əlcəklər quşların yuvasına düşə bilər ki. bu da müvafiq nəticələrə gətirib çıxarır», – Manan Asikyan deyir.
Maska və əlcəklərin istehsalında plastikdən, eyni zamanda polipropilendən və poliuretandan istifadə olunur. Bioloq Asthik Yezekyan deyir ki, əlcəklər maskalara nisbətən daha toksikdir.
Onun fikrincə, onlar bitkilərə və ağaclara deyil, məhz heyvanlara daha böyük təhlükə törədirlər. Ağacları bu vəziyyətdən xilas edən torpaqdakı mikroelementlər və su ilə qidalanmalarıdır.
Tibbi tullantılar Ermənistana artıq hansı zərəri burub? Hələlik hakimiyyətin cavabı yoxdur
Nələrin edilməsinin lazım olduğunu müzakirə etmək üçün artıq vurulmuş zərərin miqyasının hansı ölçüdə olması barədə dəqiq məlumatların olması vacibdir. Lakin ətraf mühit nazirliyində cavab veriblər ki, maskaların ətraf mühitə mənfi təsiri ilə bağlı heç bir tədqiqat aparmayıblar və sualı şərh etməkdən boyun qaçırıblar.
«Tibbi maskaların ətraf mühitə mənfi təsiri müəyyən zaman keçdikdən sonra öyrənilməlidir. Və bu […] elmi-tədqiqat institutlarının vəzifəsidir. Müvafiq elmi tədqiqatlar olarsa, nazirlik müvafiq addımlar atacaq», – nazirliyin cavab məktubunda deyilir.
Tibbi maskalar Ermənistanda, ümumiyyətlə, emal edilmir, ölkədə belə ixtisaslaşdırılmış müəssisələr yoxdur. Lakin bununla belə. onların alışı və istehsalı çox fəal şəkildə aparılır.
İstehsal
İqtisadiyyat nazirliyinin təqdim etdiyi məlumata görə, 2019-2020-ci illərdə maska istehsalı ilə əsas etibarilə “Tavuş Tekstil” və “Salyus” müəssisələri və bir sıra kiçik müəssisələr məşğul olub.
Lakin onların nə qədər maska istesal etdikləri və bundan sonra nə qədər istehsal edəcəklərini nazirlikdə bilmirlər. Məlum olub ki, orada bu cür statistika ümumiyyətlə toplanmır – belə ki, Ermənistan qanunvericiliyi “maska” tipli məhsulların fiziki istehsal və satış həcmi haqqında vergi orqanlarına məlumatların təqdim edilməsini tələb etmir.
İdxal
Ermənistanın dövlət gəlirləri komitəsi ölkəyə nə qədər maskanın gətirilməsi ilə baöğlı suala cavab verə bilmir, çünki onlar üçün “maska” deyilən ayrıca xüsusi mal təsnifatı mövcud deyil.
Buna görə də, sənədlərdə “malın adı” yerində sahibkarlar tərəfindən sərbəst şəkildə qeyd aparılır və bu da malın təsnif edilməsinə imkan vermir.