Yaxşı menecer necə olmalıdır?
Niyə bəzən hətta ən yaxşı mütəxəssislərin rəhbərliyi altında belə komanda gözə çarpan nəticə vermir, başqa menecerlərin işçilərinin fəaliyyəti isə daha motivasiyalı və səmərəli görünür. Google axtarış sisteminin cavabı belədir.
Google şirkətinin statistika şöbəsinin mütəxəssisləri konkret olaraq hansı keyfiyyətlərin rəhbəri yaxşı menecerə çevirdiyini müəyyən etmək tapşırığı aldılar.
Google statistikləri iki il ərzində Oxygen adı altında tədqiqat aparıblar. Aparılan minlərlə müsahibə zamanı Google şirkətinin əməkdaşları, müştərilər və şirkətin meneceri ilə ünsiyyətdə olan insanlar sorğu edildi.
400 səhifəlik tədqiqat Google-dan ənənəvi olaraq, inqilabi kəşf gözləyənlər üçün tamamilə gözlənilməz oldu.
Hər şey tam gözlənilən kimi idi. Məlum oldu ki, işçilər yaxşı mütəxəssis olan meneceri deyil, işçi ilə təkbətək söhbət üçün vaxt ayıra bilən, problemlərinin həllində şəxsən köməklik göstərən, sual qoyub, cavabdan qaçmayan, işçilərin həyatı ilə maraqlanan və onların karyera etməsinə kömək edən təmkinli rəhbərləri daha çox qiymətləndirirlər.
Tədqiqatı və aparılan təhlilin nəticələrindən sonra Google şirkətinin mütəxəssisləri yaxşı menecerə hava-su kimi lazım olan 8 əsas qaydanı müəyyən etdilər:
Yaxşı pedaqoq olun
- Tapşırıqlarınız aydın və anlaşılan, qoyduğunuz qiymət isə konkret və konstruktiv olmalıdır.
- Həmişə tənqid və tərifin balansını qoruyun. İş prosesinin bu iki kopmonentinin mütləq olduğunu nəzərə alın. Ancaq tənqid etməyi bacarırsızsa, çətin kimsə sizi yaxşı menecer hesab etsin.
- Müntəzəm olaraq işçilərinizlə şəxsən görüşün. Onların güclü tərəflərini nəzərə alaraq, konkret tapşırıqlar verin. Yaxşı menecer hər bir işçisinin güclü və zəif tərəflərini bilməlidir. Yaxşı menecer işçisinin güclü tərəfini elə bir şəkildə üzə çıxarır ki, onun zəif tərəfi arxa planda qalır.
Yaxşı menecer komandasına etibar edir və heç vaxt mikromenecmentlə məşğul olmur
- İşçilərinizə maksimum azadlıq verin. Öz işlərini görməyə imkan verin. Onları bürokratiya və məhdudiyyətlərlə yükləməyin.
- Elə eləyin ki, işçilər istənilən vaxt sizə məsləhət üçün müraciət edə bilsinlər.
- İşçilərinizin inkişaf etməsi üçün şərait yaradın – onlara ciddi problemlərin həllini etibar edin. Hər şeyi öz bildiyi kimi həll edən menecer pis menecerdir.
İşçilərinizin nailiyyətlərinə və şəxsi rifahlarına maraq göstərin
- İşçilərinizin həyatı ilə maraqlanın, necə yaşadıqları, işdən kənar vaxtlarında nə ilə maraqlandıqlarını öyrənin.
- Yeni işçilərə qarşı diqqətli olun və onlara uyğunlaşmaqda kömək edin.
Yaxşı menecer həmişə səmərə verir və nəticəyə istiqamətlənir
- İşçilərinizin hansı kollektiv nəticəyə gəlmək istədiyinə və qoyulan məqsədə necə nail ola biləcəklərinə diqqət yetirin. Onlara prioritetləri düzgün müəyyən etməyə kömək edin və səlahiyyətlərinizdən maneələrin aradan qaldırılması üçün istifadə edin.
- Söhbət görülən işin nəticəsindən gedəndə, “sevimli olmağa çalışmayın, tələbkar olun.
Yaxşı menecerin gözəl kommunikasiya bacarığı olmalıdır. O, dinləməyi bacarmalıdır
- Münasibətlər ikitərəfli prosesdir. Siz və işçiləriniz bir-birinizin fikir və mülahizələrini eşitməyi bacarmalı, informasiya ilə bölüşməlidirlər.
- Açıq diskussiyalar yaradın. “Breynştorminq yəni “beyin hücumu həyata keçirmirsiz? Deməli, pis menecersiz.
Yaxşı menecer işçilərinin karyera yüksəlişinə kömək edir
- İşçilərinizin peşəkarlıq səviyyəsi yüksəlmirsə, bu təkcə onların problemi deyil. Nəyi düz etmədiyiniz barədə düşünün
Şirkətin strategiyası məsələsini heç vaxt unutmayın: həmişə “gəminin hara üzdüyünü xatırlayın
- Sizin dəqiq planınız olmalıdır. Hətta ən mürəkkəb vəziyyətdə belə özünüzün əsas məqsədləriniz və strategiyanızı unutmayın
- İşçilərinizi şirkətin məqsəd və strategiyalar prosesinə cəlb edin.
Yaxşı menecer işçilərinə həmişə ağıllı məsləhətlə kömək etməyə hazır olan öz işinin peşəkarıdır
- Lazım olduğu vaxt siz sıravi işçi kimi qollarınızı çırmalayaraq, için qulpundan yapışmalısız.
- Siz işin niyə ləngidiyini, nə mane olduğunu, bu və ya digər konkret işdə hansı çətinliklərin olduğunu müəyyən etməyi bacarmalısız.
Dərc olunub 15.07.2016