Homofobiya ilə alver
Referendum
Bu yaxınlarda Gürcüstan Mərkəzi Seçki Komissiyası ölkədə eyni cinsin nümayəndələri arasında nigahların mümkün leqallaşdırılması haqda referendumun keçirilməsini təklif edən təşəbbüs qrupunun ərizəsini qəbul etdi.
Gürcüstan vətəndaşlarına verilən sual belə səslənir: “Gürcüstanda bir cinsin nümayəndələri arasında nigaha icazə verilməsini istəyirsiz ya yox?.
Amma MSK-dan keçən qeydiyyatın heç bir mənası yoxdur – referendumun həqiqətən baş tutması üçün fəallar 200 min imza toplayıb, onları Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Komissiya səsləri hesablayandan sonra sənədi ölkə prezidentinə göndərməlidir, o da referendumun keçirilib-keçirilməyəcəyiylə bağlı qərar qəbul edəcək.
Və lazımi sayda imzaların toplanmayacağı hamıya gün kimi aydındır.
Eyni cinsli insanların nigaha girmək haqqı ilə bağlı tələbi konstitusiya məhkəməsinə özünü LGBT hüquqlarının müdafiəçisi kimi təqdim edən Gürcüstan vətəndaşı Georgi Tatişvili daxil edib. Məhz bundan sonra da təşəbbüs qrupu yığıldı və referendumun keçirilməsini tələb etdi. Referendumun təşəbbüskarlarından biri olan Zurab Tolorayanın dediyinə görə, məqsəd bu mövzunu birdəfəlik qapatmaqdır.
“Biz bu mövzuda olan söhbətlərə son qoymaq istəyirik. Axı biz Gürcüstanın demokratik ölkə olduğunu deyirik. Belə olan halda cəmiyyətin özü bu cür münasibətlərin onun üçün nə qədər keçərli olması ilə bağlı qərar qəbul etməlidir, – Toloraya jurnalistlərə izah edir.
Amma LGBT üzvləri və onların hüquqlarını qoruyan təşkilatların özləri alverdən danışır. “Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə olan fırıldaqçı, – Georgi Tatiaşvilini hüquq müdafiəçisi Baya Pataraya belə xarakterizə etdi.
“Hər şey onun üçün edilir ki, Gürcüstan əhalisi “əxlaqsız Qərblə dindaş Rusiya arasında “düzgün seçim etsin. – Pataraya hesab edir.
Konstitusiyaya dəyişikliklər
Bu kampaniya Konstitusiyaya dəyişiklərlə bağlı hökumət təşəbbüsü ilə üst-üstə düşdü, həmin dəyişikliklər də LGBT-ya aid idi. Konstitusiyaya təklif olunan dəyişiklikliyə əsasən, burada məhz kimin nigaha girmək hüququna malik olması göstəriləcək.
“Nigah kimi vacib dəyərin müfafizəsi ölkə Konstitusiyası səviyyəsində təmin olunmalıdır, – baş nazir Georgi Kvirikaşvili bildirib.
Gürcüstan Konstitusiyasının 36-cı maddəsinin 1-ci bəndini bu cür ifadə etmək təklif olunur: “Qadınla kişi arasında ailə qurmaq məqsədiylə könüllü ittifaq olan nigah. Hazırda qüvvədə olan versiyada bu paraqraf potensial həyat yoldaşlarının cinsinin göstərilməsini nəzərdə tutmurdu ki, bu da islahatın təşəbbüskarlarının fikrincə, maddənin sərbəst interpretasiyası üçün imkan yaradır.
Düzdür, ölkənin mülki məcəlləsi nigahın “qadınla kişi arasında könüllü ittifaq olduğunu dəqiqləşdirir və eyni cinsin nümayəndələrinin nigaha girməsini qadağa edir.
Seks və seçkilər
Politoloq Ramaz Sakvarelidze hesab edir ki, son vaxtlar LGBT ilə bağlı aparılan bütün söhbətlər bilavasitə seçkiqabağı kampaniya ilə əlaqədardır.
“Cəmiyyətdə Avropaya qarşı müxtəlif fobiyalar yetişdirilir. Misal üçün: hakimiyyət həddən artıq üzü yola olsa, Avropa bazarımızı daralda bilər və mallarımız oradan birdəfəlik itəcək. Cəmiyyətdə həm də Avropanın pravoslav kilsəsinin nüfuzunu məhdudlaşdıracağı ilə bağlı qorxular da var. Bu qorxuların siyahısında eyni cinsin nümayəndələri arasında nigahların leqallaşdırılması da var. Bütün bu fobiyalar təbliğat maşınının məhsulundan başqa bir şey deyil, – Sakvarelidze hesab edir.
Gürcüstanda oktyabrda baş tutacaq parlament seçkilərinə hazırlıq bütün gücü ilə davam edir. Hakim partiya parçalanmaq həddindədir və “cinsi məsələ yeganə birləşmək cəhdi olmasa da, hər halda koalisiyada konsensusun müşahidə olunduğu az məsələlərdən biridir. Ənənəvi dəyərlərin qorunması məsələsi hələ elektorat arasında polulyardır.
Siyasət və ayrı-seçkilik
Fəaliyyətləri LGBT məsələləri ilə bağlı olan qeyri-hökumət təşkilatları artıq bu mövzu ətrafında siyasi spekulyasiyaları dayandırmağa çağıran br neçə bəyanatla çıxış ediblər. Konstitusiyanın bu şəkildə dəyişdirilməsi azadlıq və bərabərlik ideyalarına ziddir və daha böyük marginallaşmaya və LGBT-nin hüquqlarının tapdalanmasına aparır, – bu sahədə nüfuzlu təşkilatlar sayılan “İdentoba, “LGBT-Gürcüstan və s. təşkilatlar tərəfindən bu yaxınlarda imzalanan bəyanatlardan birində deyilir.
Onların misal gətirdiyi statistikaya görə, əksər Avropa ölkələri eyni cinsin nümayəndələri arasında nigahlara qarşı liberaldır. Az hissəsi isə əksinə – müəyyən məhdudiyyətlər qoyur. Avropada bu cür ölkələrin sayı 14-dür, onların arasında Azərbaycan, Ukrayna, Ermənistan var, Gürcüstan da yəqin ki, yaxın gələcəkdə onların sıralarına daxil olacaq.
Gürcüstanda özünü LGBT hesab edən insanların sayını təxmin etmək çətindir. Hətta hüquq müdafiəçiləri də ancaq təxmini statistikadan istifadə edirlər. Bunun başlıca səbəbi ondadır ki, LGBT-nin böyük əksəriyyəti təhlükəsizliklərini qorumaq üçün bu cəmiyyətə aidiyyətlərini gizlədirlər.
Qadın Təşəbbüslərinə Dəstək Qrupunun (WSIG) tədqiqatına görə, LGBT cəmiyyətinin əksər nümayəndələri polisə etibar etmir və təbii ki, ehtiyac yarandığı halda ona kömək üçün müraciət etmirlər. Hətta döyülmə hallarında da zərərçəkmiş LGBT nümayəndələrinin ancaq 30 faizi polisə müraciət edib.
Gürcüstanda LGBT-yə qarşı ayrı-seçkilik nə deməkdir
“Sorğu iştirakçılarının üçdə biri etiraf edir ki, həyatlarında azı bir dəfə özlərinə qarşı fiziki zorakılıqla qarşılaşıblar və bu bilavasitə onların seksual oriyentasiyası ilə bağlı olub, – WSIG tədqiqatında deyilir. Həmin sənəddə “başqa oriyentasiya səbəbindən müntəzəm olaraq psixologi təzyiqlə üzləşən adamların da faizi göstərilir – 83 faiz.
LGBT-yə qarşı son zamanların ən aqressiv çıxışı 2013-cü ildə törədilən dava oldu – o vaxt beynəlxalq homofobiyayla mübarizə gününə həsr olunan azsaylı aksiyaya Tbilisidə kilsə tərəfindən təşkil edilmiş kontraksiya ilə cavab verdilər.
Onun əksər iştirakçıları ruhanilər tərəfindən idarə olunan Tbilisi kilsələrinin dindarları oldu. Bu çıxışlar misli görünməmiş qəddarlıqla nəticələndi: təxmin edilən geyləri təkcə dindarlar deyil, din xadimləri də qovurdu; bir çoxları daş, dəmir parçalar və əllərinə keçən digər əşyalardan da istifadə etdilər.
Ruhanilərdən birinin silahlandığı taburet 17 may 2013-cü il aksiyasının özünəməxsus simvoluna çevrildi. Zərərçəkənlərin sayı 17 nəfərə çatdı; polis ancaq bir neçə iştirakçını həbs etdi, onarın hamısı da cərimə ilə canlarını qurtardılar.
Dərc olunub: 25.04.2016