Gözəl adlı ziyanverici
Filloksera 20 hektardan artıq üzüm bağını məhv etdi
Armavir vilayətinin Norapat icmasının sakini Aşot Saakyan acıq və təəccüb içindədir. O, ona görə acıqlıdır ki, tezliklə hamı öz bağlarının becərilməsinə başlayacaq, o isə yox. Təəccübünə səbəb isə odur ki, fillokseraya görə onun bağını məhv etdilər, bu zərərvericininin sonradan yoluxduruğu sahələr isə əl dəyilməmiş qaldı, sahiblərinə öz bildikləri kimi hərəkət etmək imkanı verdilər.
Aşotun sözlərinə görə, tezliklə üzümçülər qazma və üzüm tənəyinin budanmasına başlayacaqlar, onunsa 3 il ərzində öz sahəsinə yaxın durmağa belə ixtiyarı yoxdur.
Aşot və onun üç qonşusuna məxsus olan 6,5 hektarlıq məhv edilmiş üzüm bağının ərazisi indi müşahidə altındadır – buraba üç illik karantin elan edilib. Ancaq bu müddət bitəndən sonra bağ sahiblərinə öz sahələrini becərmək icazəsi veriləcək.
Bağların məhv edilməsi ilə bağlı müqaviləyə əsasən, dördüncü il torpaq sahibləri bir illik bitkilərin yetişdirilməsi ilə məşğul ola bilərlər və ancaq beşinci ildə onlara yeni bağ salmaq icazəsi veriləcək.
İlk dəfə Ararat vadisində üzüm fillokserası 2009-cu ildə Qay icmasının üzüm bağının 3,5 hektar sahəsində meydana çıxdı. Bu zərərverici haqqında regionda hələ heç nə bilmirdilər, mütəxəssislər vəziyyəti öyrənib, müəyyən etdilər ki, yoluxma ocaq xarakteri daşıyır. Yoluxmuş bağ sahiblərinə dövlət səviyyəsində üç il ərzində torpağı becərməyi qadağa etmək və onlara hər bir hektara görə hər il milyon dram (2 min dollara yaxın) pul təzminatı ödənilməsi haqqında qərar verildi.
Aşot, hökumətin qərarına əsasən, öz 1 hektarlıq sahəsinə görə təxminən 6 min dollar təzminat alıb, amma bu, onu heç də sevindirmir. Onun sözlərinə görə, bir il ərzində orta hesabla o 17-20 ton üzüm alırdı. Ən pus halda hətta o alverçilərdən bütün üzümün hər kilosuna görə 150 dram (30 sent) alsaydı belə, ildə 6 min dollara yaxın pul qazana bilərdi, yəni üç il işsiz dayanmaya görə aldığı qədər.
Sonradan filloksera ocaqları Armavirin digər icmalarında da aşkar edildi. Nəticədə Ahavnatun, Qay və Norapat icmalarında 20 hektardan çox bağ sahəsi məhv edildi.
Xəstəliyə yoluxmuş üzümlükləri belə məhv edirdilər
Filloksera nədir
Filloksera adi gözlə görünməyən üzüm mənənəsidir. Onların kök, yarpaq, qanadlı və iki cinsli formaları var. Fillokseranın kök forması üzüm tənəyinin köklərində yaşayır. Ermənistanda daha aqressiv olan və müalicəsi mümkün olmayan kök fillokserası aşkar edilib. Filloksera çox sürətlə inkişaf edir və yoluxma ocağından 50 kilometr yaxın radiusda yayıla bilir.
Fillokseranın sürfəsi üzüm tənəyinin kökündə qışlayır, yazda isə oyanır və onun şirəsini sorub çıxarır. Hər dişi filloksera 45-225 yumurta qoyur və ildə 5-6 nəsil törədir. Xəstəlik torpağın müxtəlif qatlarında, 10 santimetrdən 4,5 metrə qədər olan dərinlikdə inkişaf edə bilir. Filloksera ancaq üzümlüklərdə yayıla bilən yoluxucu xəstəlikdir, çünki ancaq tənəyin kökündə inkişaf edə bilir.
Armavir vilayətində 7 min hektara yaxın üzümlük var
Hazırda yoluxma ocaqları vilayətin bir çox icmalarında aşkar edilib, amma buna dövlət yanaşması dəyişib – indi bağların məhv edilməsi mütləq deyil.
İş orasındadır ki, yoluxma ərazisi o qədər böyükdür ki, dövlət bütün bağları məhv edib, pul təzminatı ödəmək iqtidarında deyil.
Mütəxəssislər fikir içindədirlər
Kənd Təsərrüfatına Dəstək Vilayət Mərkəzinin direktoru Leva Aleksanyan əmindir ki, bağların məhv edilməsi ancaq erməni üzüm növlərinin sonrakı mövcudluğunu deyil, həm də erməni çaxırı və konyakının populyarlığını sual altına qoyur.
Dövlət Ərzaq Təhlükəsizliyi Xidmətinin Armavir vilayət mərkəzinin rəisi Aleksan Mkrtçyan isə əmindir ki, biz bu xəstəliklə mübarizə aparmağı və onunla yaşamağı öyrənməliyik. Mərkəz rəisi fillokseranın vətəni hesab olunan ABŞ və bir sıra digər Avropa ölkəsinin təcrübəsinə istinad edir. Onlardan nümunə götürməli olsaq, onda Ermənistanda fillokseraya davamlı üzüm sortlarının yetişdirilməsi vaxtı artıq çatıb.
Kənd Təsərrüfatına Dəstək Vilayət Mərkəzi fillokseraya qarşı mübarizə aparmağa və erməni üzümünün ənənəvi sortlarını mümkün üsullarla saxlmağa çağırır. Mərkəzin ekspertlərinin firkincə, düzgün qulluq olunarsa, yoluxmuş bağ 25 il ərzində bar verə bilər.
Dövlət Ərzaq Təhlükəsizliyi Xidmətinin Armavir vilayət mərkəzinin mütəxəssislər hesab edir ki, bağlar saxlanıldığı halda məhsuldarlıq ildən ilə düşəcək, beləliklə də yenə də erməni çaxırı və konyakının istehsalı azalacaq. Onlar fillokseraya davamlı olan sortların yetişdirilməsinə başlamağı təklif edirlər.
Fitosanitariya müfəttişinin sözlərinə görə, yeni sortlara keçid paralel olaraq həyata keçiriləcək. Yoluxmuş tənəklərin yanında təzə saplaqlar əkiləcək və yalnız 4-5 ildən sonra yoluxmuş tənəklər məhv ediləcək.
Həmin mərkəzin digər mütəxəssisi Artur Asatryan yeni və fillokseraya davamlı saplaqlarda erməni üzüm sortlarını calamağı təklif edir.
Erməni üzümü yoxsa hibrid?
Həm Kənd Təsərrüfatına Dəstək Vilayət Mərkəzi, həm də Dövlət Ərzaq Təhlükəsizliyi Xidmətinin Armavir vilayət mərkəzinin mütəxəssisləri əmindirlər ki, istənilən halda erməni üzümü sortu zərər çəkəcək.
Calama metodu üzümün xarici görünüşünü saxlayacaq, sortun dad və keyfiyyəti əsaslı dəyişikliklərə məruz qalacaqlar. Fitosanitariya üzrə müfəttiş Mexak Mkrtçyan izah edir ki, yoluxma faktı ilə barışmaq lazımdır, hazırda müzakirə olunan vəziyyətdən çıxış yollarının heç biri erməni üzüm sortunu qoruyub saxlamağa kömək etməyəcək, bu da çaxır və konyakın istehsalına da öz təsirini göstərəcək.
Fillokseranın monitorinqi, müəyyən edilməsi və onunla mübarizə üzrə dərs vəsaiti
Çıxış yolu kimi fillokseranın mövcudluğu ilə barışmaq olduğu üçün, ərzaqların təhlükəsizliyi xidmətinin fitosanitariya üzrə mütəxəssisləri vəsait işləyib hazırlayıblar və üzümçüləri yoluxucu xəstəliklə mübarizə aparmağı öyrədəcəklər.
Fitosanitariya üzrə müfəttiş Abraam Akopyan deyir ki, mübarizə metodları Avropa ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanıb. Bununla belə o, daha yumşaq iqlimi olan Avropa ölkələrinin təcrübəsinin Ararat vadisinin isti, yarı çöllük iqlimində yararlı olub-olmayacağını proqnozlaşdırmağa çətinlik çəkir.
Mütəxəssisləri xəstəliyin nə dərəcədə ciddi olmasını və miqyaslarını qiymətləndirməsi üçün 7 il lazım oldu
Nəticədə bir çox ailə zərər çəkdi. Üç illik təzminat problemi qismən belə həll etmir. Aşota yeni bağ salmaq üçün daha beş il və daha çox pul lazım olacaq. Bəs bu 5 il ərzində Aşot nəylə dolanacaq? Bu haqda dövlət fikirləşmir.