İndi bütün tələbələr bərabərdir
Bu yaxınlarda Azərbaycanın kütləvi informasiya vasitələri tələbələri təqaüdlərin artırılması haqqında xəbərlərlə sevindirdilər. Sonra məlum oldu ki, stipendiyaların artırılması baş vermədi, sadəcə akademik göstəricilərdən asılı olaraq, stipendiyanın həcminin müəyyən edilməsi qaydaları yenidən nəzərdən keçirildi. Misal üçün, bakalavrların təqaüdü onun semestr ərzində “qazandığı ballardan asılı olaraq 50, 80 ya da 95 manatdır. Magistratura və doktaranturada isə bu rəqəmlər müvafiq olaraq bir qədər daha yüksəkdir.
Qanuna dəyişikliklər ediləndən dərhal sonra məlum oldu ki, 2016-cı ilin fevral ayından etibarən ödənişli təhsil alan tələbələr də təqaüd alacaqlar (iş orasındadır ki, Azərbaycanın hətta dövlət ali məktəblərində tələbələrin bir hissəsi təhsilə görə pul ödəyirlər, qəbul imtahanlarında daha çox ball toplayan digər tələbələr isə pulsuz təhsil alırlar). Bu haqda Təhsil Nazirliyi elm və ali təhsil şöbəsinin müdiri Sülhəddin Gözəlov Azərbaycan prezidentinin tələbə təqaüdləri haqqında sərəncamını şərh edərkən məlumat verib. Yeni qaydalar həm dövlət, həm də bu il qəbul olunan özəl ali təhsil müəssisələrinin tələbələri şamil edilir.
Bu xəbər bütün ödənişli təhsil alan tələbələri sevindirdi. Milli Aviasiya akademiyasının ikinci kurs tələbəsi Nigar Əliyeva də bunların sırasındadır və indi təzə krossovka arzusu ilə yaşayır.
Bakı Slavyan Universitetinin ikinci kurs tələbəsi, gələcək ibtidai sinif müəllimi olan Viktoriya Sorokina əmindir ki, stipendiya birmənalı olaraq təhsil almaq üçün stimuldur.
Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsi olan Rəşad Zeynalov hesab edir ki, təqaüdü bir az da artırmaq lazımdır ki, o oxumaq üçün real stimula çevrilsin.
Milli Aviasiya Akademiyasının stipendiya alan tələbələri deyirlər ki, təqaüd oxumaq üçün ciddi stimuldur və onun nə qədər kiçik olmasından asılı olmayaraq itirməkdən qorxurlar. Sorğu apardığımız tələbələr arasında ancaq bir əlaçı qıza rast gəldik ki, o da öz təqaüdünü – 95 manatı – kosmetika və yola xərcləyir. Milli Aviasiya Akademiyası şəhərin mərkəzindən 25 kilometr aralıda yerləşir, buna görə də bu ali məktəbin tələbələrinin yol pulu paytaxtın digər ali təhsil müəssisələrinin tələbələrindən daha çox çıxır.
Azərbaycan regionlarından birinin sakini olan Ramin Osmanov Bakıda mənzil kirayələyir. 80 manatlıq stipendiyasını o yeməyə xərcləyir. Kirayə pulunu isə ona valideynləri göndərir.
Amma misal üçün ikinci kurs tələbəsi olan Aysel Quliyeva 50 manat həcmində olan minimal stipendiyasını valideynlərinə verir.
Tələbə Adəm Əbiyev ciddi şəkildə bukmeker kontorlarına aludə olub və demək olar ki, bütün təqaüdünü daha çox pul qazanmaq ümidiylə futbol matçlarına qoyur.
Sorğu edilənlər arasında kəsirlərə görə stipendiya almayanlar da tapıldı. Bu təqaüd minimal olsa da, onlar ötən semestrin səhvlərini düzəltməyə çalışırlar ki, bu məbləği öz büdcələrinə qaytara bilsinlər.