Göydən üç alma düşdü
Kukla artistləri Edqar Tatikyanla Qoar Arakelyanın evində heç bir əşya işsiz qalmır. Gec və ya tez onların hər biri tamaşalardan birində özünə rol tapacaq. Azca fantaziya kifayət edir ki, adi bir oxlov zurnada, ələk isə barabanda ifa etsin, ya da paltar qurutma qurğusu Yeni il hədiyyələri üçün gözəl səbətə çevrilsin.
Ər-arvad yerli dostlarından köhnə paltarlar götürəndə heç kimin ağlına gəlmirdi ki, köhnə cins və ya ətəkdən Andersonin “Donuz çobanı nağılının qəhrəmanları: son dəblə geyinən kral, gözəl şahzadə və incə prinses alına bilər.
Ər-arvad ikisi də ixtisasca rejissordular, onlar 2012-ci ildə Yerevandan Qarabağa köçdülər və Stepanakert dövlət dram teatrında işləməyə başladılar. Buradaca onlar ilk dəfə “Bremen musiqiçiləri kukla tamaşasını qoydular. İki il sonra onlar özlərinin “Üç alma adlı qastrol edən truppalarını yaratdılar. Qoar kuklaları hazırlayır, Edqar isə pyeslər yazır.
“Mənim uşaqlığım bapbalaca Exeqnadzor şəhərciyində keçib. Müharibədən sonrakı illərdə mən dünyada kukla teatrının mövcud olduğunu bilirdim, amma heç olmasa bir tamaşa görmək mənə nəsib olmadı. Mən böyüdüm, amma necə ürəkdən kukla tamaşasına baxmaq istədiyimi xatırlayıram. Bizim truppa elə etmək istəyir ki, bu gün hər bir xüsusən də kəndlərdə yaşayan uşağa bir qədər möcüzə və nağıl bəxş edilsin. Biz heç olmasa onların bir gününü nağıla çevirmək istəyirik, – Qoar danışır.
Möcüzə belə yaranır: əvvəlcə Qoar nağılın qəhrəmanını yaradır, sonra da süngər və kleyin vasitəsiylə öz ideyalarını reallığa çevirir. Edqar isə həmin vaxt hələ hazır olmayan kuklalarla zarafat edə-edə məşq edir.
Tamaşa artıq hazır olandan sonra ər-arvad hardansa pul tapır (misal üçün, erməni diasporasından, bəzən də xeyriyyə fondlarından ianələr alırlar) və unudulmuş Qarabaş kəndələrinə yola düşürlər.
Bütün tamaşaların premyeraları mütləq uzaq kəndlərdə, adətən belə bayramların heç vaxt keçirilmədiyi yerlərdə baş tutur..
Teatr rekviziti və kuklalarla dolu ağ “Niva hər dəfə sərhədyanı, uzaq kəndlər və internatlardan olan uşaqlara yeni nağıl gətirir. Bu tamaşalarda biletlər olmur, daha doğrusu, onları satmırlar, eləcə pulsuz tamaşaçılara paylayırlar.
“Ötən il Yeni il ərəfəsində “Awesome Faundation tərəfindən verilən pula sərhədyanı kəndlərdə biz mənim Andersonun “Donuz otaran nağılı əsasında qoyulan “Şahzadə qızın yüz öpüşü tamaşasını göstərdik. Artıq ikinci ildir ki, Los-Ancelesdəki “Erməni şəbəkəsi təşkilatı ilə əməkdaşlıq çərçivəsində ildə bir neçə dəfə Stepanakert və Berdzorun internatlarında çıxış edirik. Bu il Londonda yaşayan həmvətənimiz Tiqran Aleksanyanın dəstəyilə biz daha bir tamaşaya kukla hazırlamaq üçün texnika və vasitələr aldıq, – Edqar danışır.
Edqar və Qoar Stepanakertdə teatr açmaq istəyirlər və burada biletlər satılacaq, əldə edilən pula isə ər-arvad kəndlərə qastrol edəcəklər.
Yeni ilə qədər isə “Qar adam Yeni il tamaşası üçün rekvizitlə yüklənən ağ “Niva kəndləri gəzəcək. Axrda da bütün nağıllarda olduğu kim, göydən üç amla düşəcək: biri nağılın müəllifinin, ikincisi nağılı danışanın, üçüncüsü də qulaq asanın.