Azərbaycan manatını nələr gözləyir?
2015-ci ilin nəticələrinə görə Azərbaycanın iqtisadi göstəriciləri son illərdə, hətta dünyanın əksər ölkələrinin problem yaşadığı 2008-2009-cu illərlə müqayisədə, pisləşib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) fevral ayında şok qərar qəbul etdi. Bir gecənin içində milli valyuta olan manat ABŞ dollarına nisbətdə 30 faizdən artıq ucuzlaşdırıldı: 1 dollar – 0.78 manat səviyyəsindən 1 dollar – 1.05 manat səviyyəsinə qədər. Milli bank bunu Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ixracatının stimullaşdırılması zəruriyyəti ilə əlaqələndirdi.
Bu arqument bazar iştirakçılarını ruhlandırmadı; belə ki, Azərbaycan gəlirlərinin 90 faizini neft və qaz satışı təşkil edir. “Buludlu illərdə qeyri-neft sektorunu qlobal iqtisadiyatın kəskin neft qiyməti ucuzlaşması ilə qarşılaşdığı “quraqlıq illərinə hazırlamaq mümkün olmadı.
Manatın məzənnəsinə təzyiq göstərən karbohidrogenlərin qiymətinin ucuz olması və respublikanın valyuta ehtiyatlarının həcminin azalması əsas iki amillərdir. İlin aralıq nəticələri ümidverici deyil. Neftin qiyməti bir barrel üçün 50 dollardan az olaraq qalır, milli valyuta ehtiyatları üç dəfədən çox azalıb.
Bu göstəricilər həm yerli, həm beynəlxalq ekspertlərin devalvasiyanın ikinci dalğasının qaçınılmaz olduğunu proqnozlaşdırmağa şərait yaradır. Fikirlər arasında yeganə fərq: ARMB yenidən milli valyuta məzənnəsinin kəskin devalvasiyasına gedəcək, yoxsa yumşaq nəzarət olunacaq devalvasiyaya mı üstünlük verəcək?
Azərbaycan büdcəsinin 2015-ci il üçün doldurulması nəzərə çarpacaq problemlərlə keçdi. 2016-cı ilin büdcəsi isə 1/4 az olmaqla təsdiqləndi. Təməl rəqəm olan neftin qiyməti 50 dollar civarında gözlənilir. Lakin bazar bu səviyyəyə heç cür çatmayacaq. Bu yaxınlarda OPEK-in kvotalarının artması və İrana qarşı sanksiyaların ləğv olunmasını nəzərə alsaq, manatın məzənnəsinin daha da aşağı düşməsi təhlükəsi var.
Bütün ili ölkə bazarı silkələndi. ARMB-nın fevral qərarı yatırımlarını dərhal banklardan çıxartmağa və ya xarici valyutaya çevirməyə atılan əhali arasında təşvişə gətirib çıxartdı. Məsələn, dollarla yatırımların həcmi iki dəfə artdı. Bundan əlavə, bütün dövlət Tarif Şurasının (TŞ enerjidaşıyıcıları, nəqliyyat xidmətləri, çörək və siyahısı məhdud olan digər strateji məhsul və xidmətlərə nəzarət edir) nəzarət etmədiyi məhsul və xidmətlərin qiyməti artdı.
İdxalçılar qiymət artımını ölkəyə gətirdikləri məhsulların xarici valyuta ilə alındığıyla əlaqələndirsə də, yerli istehsalçılar (onlar əsasən qida və xidmətlər sektorunu təmsil edirlər) bunu aydın arqumentlərlə əsaslandıra bilmədilər. Nəticədə hakimiyyət spekulyasiya ilə mübarizə elan etdi; bu kiçik dalğalarla yerlərdə bir dəfəlik effekt versə də, ümumi bahalaşmanın qarşısın ala bilmədi.
Hakimiyyət korrupsiya və monopoliya ilə mübarizənin yeni və sərt fazasını da elan etdi. Bu da qısa zamanda uğurlu nəticələrə gətirib çıxara bilməzdi, belə ki, hər iki göstərilən məsələ bu problemlərlə mübarizə aparmalı olan insanların elə özü ilə bağlıdır. İqtisadiyyatın liberallaşdırılması oliqarxların pozisiyasının möhkəm olduğu mühitdə çətin bir prosessdir, hətta siyasi iradə nümayiş etdirilərsə belə.
Xüsusilə də ona görə ki, qeyri-neft iqtisadiyyatının inkişafı zəifdir. Məsələn, ölkə rəsmi olaraq ərzaq idxalından 45 faiz, dərman, paltar və məişət texnikası idxalından isə, demək olar ki, 100 faiz asılıdır. Azərbaycan kənd təsərrüfatı məhsullarından heç birinin yerli istehsalını 100 faiz təmin edə bilməyib.
Yaranmış problemlər xərclərin yenidən baxılmasına, ehtiyatların yoxlanılmasına və alternativ gəlir mənbələrinin axtarışına gətirib çıxartdı. Bu fonda beynəlxalq rezonans yaratmış Azərbaycan Beynəlxalq Bankıyla bağlı qalmaqal başladı. Bazarın lideri olan Azərbaycan Beynəlxalq Bankının bazarda payı 40 faiz təşkil edir. Bu maliyyə strukturu sistem əhəmiyyətli bank hesab olunur. Qalmaqal dövrünə qədər Azərbaycan Beynəlxalq Bankının payına kredit yatırımlarının 1/3 hissəsi və depozit yatırımlarının 1/4 hissəsi düşürdü.
Məlum oldu ki, bankın rəhbərliyi onlarla iş adamına əsas həcmi təyinatı üzrə xərclənməyən milliardlarla dollar verib. Bankın rəhbəri işdən çıxarlmış və artıq ilin sonunda həbs edilmişdi. Götürdükəri məbləğ ilə müqayisədə kiçik bir qism pul ödəmiş və borcun yerdə qalanını əldə etmək üçün buraxılmış “kredit oliqarxları da saxlanılmalarla üzləşdilər. Onların ikinci bir hissəsi hələ də həbsdədir.
2015-ci ildə iki nazirin – Milli Təhlükəsizlik Nazirinin və Rabitə və Yüksək Texnologiyalar Nazirinin, eləcə də onların çevrəsindən olan nüfuzlu şəxslərin işdən çıxarılması ilə bağlı ikinci iri qalmaqal yaşandı. Yüksək rütbəli məmurlar Cinayət Məcəlləsinin bir sıra maddələriylə ittiham olundu; iqtisadi baxımdan bu maddələrdən vacibi “vəzifədən sui-istifadədir. İttihamlara əsasən, Azərbaycanın xüsusi xidmət orqanlarının bir neçə generalı uzun illər iş adamlarından qanunsuz tələb etmələrlə və öz biznes imperiyalarını qurmaqla məşğul olublar. Bundan əlavə dövlət maliyyə vəsaiti “harasa yoxa çıxıb.
Hər iki qalmaqal nəticəsində ölkə iqtisadiyyatının adı çəkilən insanlar tərəfindən nəzarət edilən hissəsi çökdü. Yüzlərlə iş yeri bağlandı. Hələ ki, işsizlik artımı üzrə rəsmi göstəricilər yoxdur, lakin hətta vizual olaraq ciddi krizis nəzərə çarpır. Bakının az qala bütün küçələrində əvvəllər içində alver qaynayan əmlakın icarəyə verilməsi, dükanların bağlanması haqda elanlar görmək olur; hətta digər ölkələrdən alış-veriş üçün bura gələn və Cənubi Qafqazın ən böyük ticarət mərkəzləri olan “Binə və “Sədərək isə can üstədirlər.
Manatın devalvasiyası, onun ikinci dalğası, qiymət artımı, iş yerlərinin bağlanması, və ən əsası – ucuz neft qiymətləri- gələcək yaxın illərlə bağlı ümid vermir.Gələn il üçün nəzərdə tutulan dövlət xərclərinin 1/4-ni azaldan ölkə kəmərini sıxlaşdırır. Bir sıra ekspertlərin rəyinə görə, bu vəziyyət Azərbaycan qazının iri həcmdə Avropa bazarlarına çıxardılmağa başlanacaq 2020-ci illərə qədər davam edəcək. Təbii ki, dünya bazarında şərait dəyişməzsə və Azərbaycan neftinin barrelinin qiyməti optimal 80 dollar səviyyəsinə qalxmazsa.
P.S. Bu məqalənin dərc olunduğu vaxt Azərbaycan iqtisadiyyatı manatın devalvasiyasının ikinci dalğasını yaşadı, hansı ki, həm bank sisteminə, həm özəl sahibkarlığa, həm də əhalinin ümumi rifahına zərbə endirdi. Ölkə bu ili yeni xoşagəlməz sürprizləri gözləməklə yola salır.