Dərmanlar yoxa çıxıb
Noyabr ayında feysbuk azərbaycanlı istifadəçilərin qəzəbli şərhləri ilə dolub-daşdı: vətəndaşlaın istifadə etdikləri dərmanların demək olar ki, yarısı apteklərdən yoxa çıxıb.
“Bu necə ölkədir? İki saatdır şəhərin bütün apteklərində Nikson və Deklaberl dərmanları axtarıram – heç yerdə yoxdur. Demək olar ki, 20 aptekdə olmuşam. Hamısının bir cavabı var- hökümət dərman qiymətlərini aşağı salıb, buna görə də onları ölkəyə gətirmək sərf etmir. Bəs xəstə insanlar nə etsin? Bunu düşünən var?!!
“Bir həftə əvvəl poliklinikada bir qoca baş həkimlə mübahisə edirdi ki, bu həkimlər mənə aptekdə olmayan dərmanları yazıblar.
Bu hadisə ona görə yadımda qalıb ki, həmin qoca əsəbindən bütün var gücü ilə “mən indi nə edim, bu dərmanlar heç yerdə yoxdur. Ölüm ya gedim həkimi öldürüm? qışqırırdı.
Həqiqətən də mən qorxdum. Axı ümidsiz, xəstə qoca hər şeyi edə bilər. Mən onları günahlandırmıram, amma bu məsələ həllini tapmalıdır.
Məsələ burasındadır ki, Azərbaycanın Tarif şurası hal-hazırda ölkə ərazisində dərmanların qiymətinin müəyyənləşdirilməsi ilə məşquldur. Siyahıda təsdiqlənmiş 3010 dərman növü var, qalanlarının qiyməti 2015-ci ilin sonuna kimi öz təsdiqini tapacaq. Yeni siyahıda bir çox dərmanların qiyməti iki hətta üç dəfə ucuzlaşdırlırb. Yeni qiymətlərlə dərman satmaq apteklərə sərf etmədiyi üçün bu dərmanların bir çoxu ölkəyə gətirilməyib. Sosial şəbəkə istifadəçiləri və forumların iştirakçıları yazır ki, tapılmayanlar içərisində xroniki xəstələr üçün olduqca əhəmiyyətli olan dərmanlar var. İndi bu dərmanları almaq üçün qonşu ölkələrə getmək lazım olacaq.
Milli Məclisin deputatı Ali Məsimli bildirir ki, dərmanların qiymətinin ucuzlaşması ölkə iqtisadiyyatına və vətəndaşların ailə büdcəsinə müsbət təsir göstərəcək.
“Bildiyimiz kimi, yaşlı insanların əksəriyyəti əmək haqqının, işləməyənlər isə təqaüdünün çox hissəsini dərmanlara xərcləyir. Dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi qiymətin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq ki, bu da öz növbəsində Azərbaycanın az təminatlı ailələrinin büdcəsinə müsbət təsir göstərəcək.
Disput.az forumunda gedən müzakirələrdən belə məlum olur ki, əhali bu dəyişiklikdən məmnun qalmayıb:
“Dövlət qiymətləri salmaqla əhalinin qeydinə qaldığını göstərmək istəyir. Lakin yaddan çıxarır ki, dərmanların hazırlanmasında müəyyən standartlar mövcuddur və heç də bütün istehsalçılar bu standartlara uyğun dərman istehsal etmir.
Bu halda dərman istehsal edən ölkələri birinci, ikinci, üçüncü qruplara bölmək və ölkənin səviyyəsinə görə dərmanın qiymətini və ya başqa aspektləri təyin etmək lazım deyil. Bu dərmanların necə təsir göstərəcəyini isə bilmirik. Dərman satışı ilə məşqul olan şirkətlərin bir çoxu bazardan gedib. Qalanlar isə çətinliklə də olsa işləməyə davam edirlər. Distrubyutorlar istehsalçılardan ilkin qiymət ilə dövlətin təyin etdiyi qiymət arasında olan fərqin ödənilməsini tələb edir.
Fransa, Slovenya, Ukrayna, Macarıstanda ya da başqa yerdə yerləşən istehsalçı isə anlaya bilmir ki, nə üçün Azərbaycandakı “ağıl oyun-nun (ya da onun yoxluğunun) əvəzini ödəməlidir?
Bu səbəbdən də bir çox istehsalçılar buradakı fəaliyyətinə son qoyur.