Uşaqlar “yoxa çıxır...”
Özünüz baxın, 1999-cu ildə Azərbaycanda hər 6-ci ailə 4 və ya daha çox uşaq böyüdürdüsə, 2009-cu ildə isə bu rəqəm 12- ci ailəyə qədər yüksəldi. Vətəndaşların siyahıya alınması hər 10 ildən bir aparıldığına görə 2015-ci il üçün heç bir informasiya yoxdur
Facebook sosial çəbəkəsində insanlara – niyə Azərbaycan uşaqların az olduğu gələcəyə doğru gedir? –sualını verdik. Cavablar aşağldakı kimi oldu.
1. Cünki dövlət ailələrə yardım etmir
Uşaq dünyaya gəlir- ailə 90 manat (87 dollar) yardım alır. Və bununla da bitdi! Başqa heç bir yardım yoxdu.
“ Mən 4 ekiz uşaq atasıyam. Onlar dünyaya gələndə çox sevinmişdim. 3 qız bir oğlan. Onlardan başqa 3 yaşında qızımız da var. Evim 15 kv.m-dır- bir otaq və balaca mətbəx. Özüm maşın yuyuram. Bu daimi iş deyil. Hər uşaq üçün 90 manat aldım. Bu pula nə edim? Bu məbləğ heç uşaqların yemək və pampers puluna da çatmır.
Rəşad oğlunun adını dövlət başçısının şərəfinə İlham qoyub. Qızlarını isə prezidentin xanımı və qızlarının şərəfinə Mehriban, Arzu və Leyla adlandırıb. O, ümid edir ki, uşaqların adları onlara daha yaxşı gələcək vəd edəcək.
2. Çünki sosial imtiyazlar yoxdur
Bir çox iştirakçılar sovet dönəmində çoxuşaqlı ailələrə növbədən kənar mənzillərin verilməsini xatırlatdı. ( Xatırlamayanlar üçün qeyd edək ki, sovet dönəmində mənzili pulla almaq mümkün deyildi və mənzil növbələri bəzən illər 10 illər boyu uzanırdı- JAMnews). Çoxuşaqlı analar işdə güzəştli qrafiklə çalışır və daha çox maaş alırdı.
3. Qadınlar qorxur, ya da sadəcə çox uşaq istəmirlər
Günel Mövlud bir uşaq anasıdır. İkinci uşaq barədə düşünmür. “ Məsələ sadəcə ailənin maddi durumu ilə bağlı deyil. Kasıb qadın düşünür ki, çox uşağı tərbiyə edə bilməyəcək, varlı isə öz gözəlliyini itirmək istəmir. Axı, hər doğuşdan sonra bədən quruluşu deformasiyaya uğrayır.
4. Atalar uşağın tərbiyəsində kömək göstərmirlər
Şəhla Abusəttar Yaman: “Qadın maşın deyil ki. O özünə zaman və diqqət ayırmalıdır. Bizdə uşağın tərbiyəsi ilə bağlı bütün məsələlər qadının məsuliyyətindədir. Əgər kişilər bu məsuliyyəti paylaşmağa hazır olsalar, bəlkə o zaman qadınların da düşüncəsi dəyişdi.
5. Cəmiyyət çoxuşaqlı ailələrə birmənalı yanaşmır
Zəngilan rayonundan olan 85 yaşlı Münəvvər Kazımova 6 uşaq anasıdır. O, bu günə qədər də öz “qəhrəman ana statusu ilə fəxr edir. Deyir ki, onun hər kəsin həsrətini çəkdiyi xüsusi sənədi – “kitabçası vardı. “Bu gün isə bir çox insan çoxuşaqlı ailədən gəldiyini söyləməyə utanır. O insana “aşağı səviyyəli insan kimi baxılır, – Münəvvər Kazımova deyir.
Nə etməli?
Deputat Fazil Mustafa deyir ki, müharibə şəraitində yaşayan ölkədə çoxuşaqlı ailələrə olan münasibətin dəyişilməsi olduqca vacibdir. “Əlbəttə ki, imtiyazlar artırılmalıdır. Çoxuşaqlılığın təbliğatı aparılmalıdır ki, gənclərin çoxlu övlad sahibi olmağa marağı yaransın.
Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət komitəsi qarşıdakı məsələlərin həllini vacib sayır.
1. Tərbiyəsində 10 və ya daha artıq 18 yaşına qədər uşaq olan analar üçün “Qəhrəman ana titulunun yenidən bərpa olunması.
2. Çoxuşaqlı ailələrdən olan uşaqlara pulsuz dərsliklərin verilməsi..
3. Ali məktəblərin ödənişli bölümlərində təhsil alan uşaqlara güzəştlərin edilməsi.
4. Çoxuşaqlı ailələrə pulsuz dərman yardımının edilməsi.
5. İctimai nəqliyyatın çoxuşaqlı ailələr üçün ödənişsiz edilməsi
6. Çoxuşaqlı ailələrin sanatoriyalara göndərilməsi.
7. Çoxuşaqlı ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün xüsusi sistem yaratmaq.
Lahiyənin rəhbərləri qeyd olunan təkliflərin hansı büdcədən maliyyələşəcəyini qeyd etmirlər. Güman ki, parlamentin işinə qarışmaq istəmirlər. Qeyd edəki, ki lahiyə artıq parlamentin müzakirəsinə təqdim edilib.