Valideynlərin zamanı yetişdi. Uşağı necə müdafiə etməli
Mahatma Qandi bu günkü Gürcüstanda yaşasaydı və məhdud imkanları olan insanlarla ünsiyyəti görsəydi onun məşhur: “Əvvəlcə sənə məhəl qoymurlar, sonra sənə gülürlər, sonra səninlə mübarizə aparırlar, daha sonra da sən qalib gəlirsən, – kəlamına daha bir neçə söz əlavə edərdi.
Qandi görərdi ki, zülmkarlar çoxdan öz strategiyasını dəyişiblər və bu gün daha böyük ustalıq və məharətlə hərəkət edirlər. Onlar daha ağıllı davranır, masqaraya salmaq və məhəl qoymamaq siyasətindən imtina ediblər. İndi onlar özlərini mərhəmətli kimi göstərir və ittiham edirlər. Həm də bunu elə edirlər ki, sanki sənin üzündən daha güclü və dərin narahatlıq keçirirlər.
Misal üçün, bəzi kişilər qadın üzərində dominantlığı qadının özü üçün böyük xoşbəxtlik kimi qələmə verirlər.
Övladı autizmdən əziyyət çəkən ana ictimai nəqliyyatdan istifadə etmək qərarına gələndə ona qarşı münasibət də eyni ssenari ilə inkişaf edir. Əvvəlcə pıçıltı eşidilir: “Ay, yazıq, zavallı. Sonra uşaq şıltaqlıq və ya qeyri-adi bir hərəkət edəndə, mütləq bir-iki “bilici ortalığa çıxıb, belə uşaqları ictimai nəqliyyata mindirməyin düzgün olmadığına, çünki uşağın özünün əziyyət зəkdiyini və narahat olduğunu deyir (mərhəmət). Elə həmin dəqiqə də “bu cür uşağı ictimai nəqliyyata mindirdiyin üçün pis valideyn olduğunu deyəcəklər (ittiham). Sonra da elə sənin öz xeyrin üçün (!) nəqliyyatdan düşməyini tələb edəcəklər.
Bu heç də uydurma və ya hardansa oxunan əhvalat deyil. Autizm xəstəliyi olan uşağın anası Eka 2014-cü ildə Tbilisidəki ictimai nəqliyyatda belə bir vəziyyətə düşüb. Balaca Salome ayağı ilə qabaq oturacağa bərkidilmiş taxtanı vurmağa başlayanda, sürücü anadan övladının bu hərəkətinə son qoymağı tələb etdi. Eka ona başa salmağa çalışdı ki, autist uşaqların stereotip hərəkətlərinin qarşısı əmrlərlə alınmır, onları zor gücü ilə buna məcbur etmək isə yolverilməzdir, amma sürücü onun bu sözlərinə məhəl qoymadı.
2013-cü ildə Mari də oxşar vəziyyətə düşüb.
Mari və Eka tez təslim olmağa hazırlaşmırdılar. “Kimin xoşuna gəlmirsə, özü avtobusdan düşə bilər, – deyə cavab verdilər. Bu cür cavabdan sonra “mərhəmət açıq və birbaşa aqressiyaya keçdi – sürücü Ekanın üstünə qışqıraraq, uşağı ilə birlikdə avtobusdan rədd olmağı tələb etdi.
Hər iki faktı valideynlər ictimailəşdirsələr də, heç bir reaksiyaya nail olmadılar, heç kim məsuliyyətə cəlb olunmadı.
2016-cı ildə hər şey bir daha təkrar olundu: Ekanı övladları ilə birlikdə yenidən avtobusdan düşməyə məcbur etdilər. Bu dəfə ətrafdakıların göstərdiyi aqressiya bir az da şiddətli oldu.
Belə bir vəziyyətə düşən valideyn nə etməlidir?
Bu təkcə Mari və Ekanın problemi deyil. Minlərlə məhdud imkanları olan uşaqların valideynləri gündəlik həyatda daima müxtəlif xarakterli zorakılıq və ayrı-seçkiliklə üzləşirlər. Sadəcə başqalarından fərqli olaraq, Eka və Mari bu mövzuda danışırlar.
Valideynlər bilməlidir ki, yuxarıda qeyd olunan zorakılıq forması çox geniş yayılıb və biz bunu “acıma adlandırırıq.
İndi valideynlərin zamanı çatıb. Onlar cəmiyyətdə tolerantlığın inkişafına öz töhfələrini verməlidirlər. İlk növbədə, onlar sakit tonla zülmkarlara izah etməlidirlər ki, bu cür uşaqların xüsusi tələbatları var və onların davranışına qarşı münasibətdə böyük səbr tələb olunur; onların tələbləri isə qanunaziddir, çünki demokratik və hüquqi ölkədə hamı bərabərhüquqludur.
Alınmadı? Onda sakitcə “112 telefon nömrəsinə, ombusmenin “qaynar xəttinə və insan hüquqlarının müdafiəsi üzrə qeyri-hökumət təşkilatlarının nömrələrinə zəng vurmaq lazımdır.
Məhdud imkanlı uşağın hüquqlarının müdafiəsi ciddi məsələdir, biz buna öz işimizdə vəzifələrimizin icrasına yanaşdığımız kimi yanaşmalıyıq: planlaşdırmaq, həyata keçirmək, nəticələri yenidən yoxlamaq və onları geniş yaymaq.
Bu prosesdə çox vacibdir ki, valideynlər ətrafdakıların acıma və şəfqət hissinə aldanmasınlar. İlk baxışdan, acıma da mərhəmətdir və heç bir normal insan bu hissdən məhrum deyil. Amma daha diqqətli baxış zamanı aydın olur ki, acıma insan zəifliyidir. Adətən vəziyyətin qurbanına çevrildiyimizi və ya faciə yaşadığımızı düşünən insanlar halımıza acıyır.
Ən yanlış olan da məhz bu münasibətdir, qalan problemlər də bundan yaranır. Məhdud imkanlar bədbəxtlik deyil, faktdır. Necə ki, mənim qadın olmam faktdır. Qadın kimi dünyaya gəldiyimə görə mənim halıma acımaq olar? Ya da bu mərhəmət mənim nəyimə gərəkdir ki, qadın olduğum üçün məni alçaldır.
Deməli, sizi “mərhəmət hissinin təsiri altında ictimai nəqliyyatdan qovurlarsa, bu ikili zorakılıqdır. Onlar sizi alçaldır, guya sizin öz xeyriniz üçün hüquqlarınızı pozurlar. Nə böyük riyakarlıq!
Məhdud imkanlı uşaqları ictimai nəqliyyatda gəzdirən valideynləri məzəmmət etmək məsələsinə gəlincə. Maraqlıdır, bu “məsləhətçilər hansı alternativi təklif edə bilərlər? Uşağı evdə bağlayıb, taksi və ya şəxsi avtomobildə gəzdirmək? Şəxsi avtomobildən istifadə etmədiyi üçün insanı məzəmmət etməkdən betər nə ola bilər ki? Bu insanın kasıblığını üzünə vurmaq kimidir.
Mütləq yadda saxlamaq lazımdır ki, siz bu transformasiya olunmuş zorakılıq formasına tabe olmayıb, ictimai nəqliyyatda yolunuzu davam etdirmək qərarına gəldikdə, bütün ətrafdakılar tərəfindən gördüyünüz “mərhəmət tez bir zamanda aqressiyaya çevriləcək, Mari və Ekanın başına gələn kimi.
Məhz bundan sonra da Mahatma Qandinin sitatına inansaq, sizin qalib gələcəyiniz müharibə başlayır. Qalib gələcəksiz, çünki ictimai nəqliyyat və ümumiyyətlə ictimai hər şey xüsusiyyətlərimizdən asılı olmayaraq, hamımıza məxsusdur.
Əsası susmamaq və mübarizədən imtina etməməkdir. Mübarizənin həmişə mənası var. Zənci qadınlar Klodett Kolvin və Roza Parks 1955-ci ildə Montqomeridə avtobuslarda qüvvədə olan irqçi qaydalara riayət etsəydilər, ABŞ-da bu günkü azadlıq və hüquq bərabərliyi standartları xeyli daha gec reallaşardı.
12.09.2016