Belarus: hakimiyyət represiyaları gücləndirir və “islahatlar” təklif edir
Belarus hökuməti müxalifətə qarşı aktiv repressiyalara başlayıb. Liderlərin saxlanılması davam edir – ölkədən deportasiya olunmaması üçün pasportunu cıran Mariya Kolesnikova həbsxanadadır. Güc qurumu əməkdaşları müxalifətin koordinasiya şurasının digər üzvlərini həbs edir. Xarici diplomatlar şuranın son üzvü Nobel mükafatı laureatı Svetlana Alekseyeviçi qorumağa gəlib. Ekspertlər bununla belə, Belarusda inqilabı dayandırmağın mümkün olmayacağını hesab edir.
Ən fəal liderlərdən biri həbsxanadadır
Ölkəni tərk etməkdən imtina edən Belarus müxalifətinin liderlərindən biri Mariya Kolesnikova Belarusu tərk etməkdən imtina edib. O, hazırda istintaq tədricxanasındadır. “Evroradio”nun verdiyi xəbərə görə, onun atası bundan xəbər tutub. Əvvəl onun harda olmağı barədə məlumat verilmirdi.
Müxalifətin kordinasiya şurasının üzvü Mariya Kolesnikova sentyabrın 7-də paytaxtın mərkəzində saxlanılıb, onu ölkədən çıxmağa məcbur etməyə cəhd ediblər. Amma o, pasportunu cırıb. Nəticədə onu yenidən Minskə gətiriblər.
Kolesnikova ilə bərabər şura üzvləri Anton Rodnenkov və İvan Kvartsov saxlanılıb. Artıq Rodnenkov və Kravtsovun olduğu Ukrayna ilə sərhəddə Kolesnikovanı Ukrayna tərəfə keçirmək üçün maşına mindiriblər. Amma Kolesnikova məcburi deportasiyadan qaça bilib.
«O maşına minəndə öz pasportunu gördü, əlinə aldı və cırdı. Bundan sonra o maşının pəncərəsindən çıxdı, çünki maşının arxa qapıları kilidlənmişdi», – «Novaya qazeta» ilə müsahibəsində Anton Rondnenkov baş verən hadisəni belə təsvir edir.
•Rusiyanın təbliğat desantı Belarusu işğal edib
•Belarusda hakimiyyət və müxalifətin qalib gəlmək üçün hansı şansları var? Təhlil
Həbslər davam edir, Nobel mükafatı laureatı öz növbəsini gözləyir
Koordinasiya mərkəzinin rəyasət heyətinin üzvü və hüquqşünas Maksim Znak sentyabrın 9-u səhər saatlarında Minskdə həbs olunub. O, “maskalar” sözünü yazmağı çatdırıb, telefonla isə “deyəsən kimsə bizə gəlib” deyə bilib, sonra telefon söndürülüb.
Sonra məlum olub ki, o, şura üzvlərinə qarşı qaldırılan “milli təhlükəsizliyə zərər verməyə yönəlik hərəkətlərə ictimai çağırış etmək” işi üzrə saxlanılıb.
Koordinasiya şurası Belarusun əsas prezidentliyə namizədi Svetlana Tixanovskayanın təşəbbüsü ilə yaradılıb. Bura 33 nəfər – siyasətçilər, fəallar, ziyalıların və fəhlələrin nümayəndələri daxildir.
Hazırda Belarusda şura üzvlərindən azadlıqda ancaq Nobel mükafatı laureatı, yazıçı Svetlana Aleksiyeviç qalır. Qalanları ya tutulub, ya ölkəni tərk etməyə məcbur olub.
«Əvvəlcə ölkəmizi oğrurladılar, indi ən yaxşılarımızı oğurlayırlar… Amma sıralarımızdan qoparılanların əvəzinə yüzlərlə başqaları gələcək. Koordiyasiya şurasi qalxmayıb. Ölkə qalxıb», – deyə Aleksiyeviç bildirib.
Svetlana Aleksiyeviç fikrini kiminsə yenidən onun qapısını döyməsi sözləri ilə bitirir.
Aleksiyeviçin müraciətinə Çexiya, Slovakiya, İsveç, Avstriya, Rumıniya və digər ölkələrdən xarici diplomatlar reaksiya verib. Onlar onu mümkün həbsdən qorumaq üçün mənzilinə gəliblər.
“Biz kimlərinsə, çox güman ki, təhlükəsizlik xidməti əməkdaşları və ya milisin onun qapısını döyməsi haqda siqnal aldıq. Düşündük ki, həbs oluna bilər”, – Litva səfiri bildirib.
Lukaşenko etiraf edir ki, “çox qalıb”, amma hələlik getməyə hazırlaşmır
Sentyabrın 8-də Belarus prezidenti Aleksandr Lukaşenko seçkilərdən və etirazların qəddarcasına dağıdılmasından sonra ilk böyük müsahibəsini verib – Rusiyanın əsas kanalları olan “Russia Tuday”, “Birinci kanal” və “Rusiya-1” kanalına.
«Bəli, ola bilsin, bir az çox qaldım. Ola bilsin, məni təkcə televizorda deyil, həm də ütüdə və çaydanda da göstərirlər. Amma ancaq mən indi Belarusu qoruya bilərəm», – deyə o, rusiyalı jurnalislərə bildirib. – “Mən belə asan getməyəcəm”.
Lukaşenko bildirib ki, müxalifıt tərəfindən yaradılan Koordinasiya şurası ilə danışmayacaq, “çünki, bu insanların kim olduğunu bilmir”.
O, əlavə edib ki, Konstitusiyada islahat aparmağa hazırdır, bundan sonra da növbədənkənar prezident seçkilərinin keçirilməsini istisna etmir.
Sentyabrın 8-də məlum olub ki, Belarus hakimiyyəti 2022-ci ildə Konstitusiyada islahat aparmağa hazırdır.
ABŞ və Avropanın reaksiyası
ABŞ Belarusda Koordinasiya şurası üzvləri Mariya Kolesnikova, Anton Rodnenkov və İvan Kravtsovun oğurlanması xəbərindən narahatdır, ABŞ dövlət katibi Mayk Pompeo bildirib.
“Biz öz liderlərini azad və ədalətli seçkilərdə seçmək hüquququ Belarus hakimiyyəti tərəfindən əsassız zorakılıq və repressiyalarla üz-üzə dinc şəkildə tələb edən Belarus xalqının cəsarətini yüksək dəyərləndiririk”, – deyə dövlət katibi bildirib.
O qeyd edib ki, ABŞ tərəfdaşları və müttəfiqləri ilə birlikdə Belarusda insan haqlarının pozulması və repressiyalarda əli olanların məsuliyyətə cəlb olunması üçün əlavə sanksiyaların tətbiqini nəzərdən keçirir.
Sentyabrın 9-da Polşanın baş naziri Mateuş Moraveski Varşavada keçmiş Belarus prezidentliyinə namizəd Svertlana Tixanovskaya ilə görüşüb.
«Biz heyranlıqla sizin mübarizənizi izləyirik, suveren və azad Belarus uğrunda mübarizədə qətiyyətinizə hörmətlə yanaşırıq», – deyə Mateuş Moraveski bildirib. O əlavə edib ki, tezliklə Polşa Belarus biznesi, tələbələr, müstəqil KİV və müxalifətə iqtisadi dəstək planını təqdim edəcək.
İnqilabı dayandırmaq mümkün deyil?
Belarus müxalifətinin nümayəndələri bildirir ki, nə hakimiyyətin konstitusiya islahatları ilə bağlı təklifləri, nə də repressiyalar etirazları dayandıra bilməyəcək.
«Biz görürük ki, rejim cəmiyyətin üzərinə təzyiqi azaltmağa çalışır, bu zaman da alver edir, bununla da onu sakitləşdirməyə çalışır. Amma bu, təsir etməyəcək, insanlar iki il gözləmək istəmir. Və yeni həbslər məğlubiyyəti ancaq tezləşdirə bilər, çünki bu vaxta qədər həbslər etirazı ancaq sürətləndirib», – «Novaya qazeta»ya müsahibəsində Koordinasiya şurasının Ukraynaya qovulan üzvü Andrey Rodçenkov deyib.
Belarus əsilli polşalı jurnalist və siyasi şərhçi Ruslan Şoşin Belarusdakı hadisələrlə Polşada kommunist rejiminin süqutuna səbəb olan hadisələr arasında paralel gətirir.
«Belarusda inqilabı dayandırmaq mümkün deyil, hakimiyyətə nifrət artır, insanlar məhəllələr, küçələr, şəhərlərlə çıxır. Lukaşenkonun ancaq iki variantı var: hərbi vəziyyət və ya dəyirmi masa. Və ya hərbi vəziyyət və sonra dəyirmi masa. Və ya Ukraynanın Maydanı», – Şoşin özünün Facebook səhifəsində yazır.