Qətlin ildönümü
Mehdiabad qəbiristanlığı şəhərdən xeyli kənarda yerləşir. Buna görə də bir il əvvəl öldürülən jurnalist Rasim Əliyevi anmaq istəyənlər üçün avtobus tutmalı oldular.
Rasimin məzarı qəbiristanlığın kənarında, ailəyə məxsus hasarlanmış yerdə yerləşir. Ətrafda alçaq şam ağacları və sarı Abşeron qumu var. Dözülməz isti var, kişilər üzlərinin tərini əl dəsmalı ilə silir.
Jurnalistin qətli şok verici bir xəbərdir. Azərbaycan mətbuatına qoyulan hörməti nəzərə alsaq, aşağıdakı mənzərə yaranır: jurnalistin sifarişlə öldürülməsi, ədalətsiz istintaq və cəzasız qalan qatil. Bir il əvvəl bu xəbər həm media işçiləri, həm də hüquq müdafiəçilərini sarsıtdı: Rasimi sosial şəbəkələrdə qınadığı futbolçu Cavid Hüseynovun dostları və qohumları ölənə qədər döyüblər. Faktiki olaraq, “Facebookdakı statusa görə öldürüblər.
Rasim bir sutka sonra Semaşko adına xəstəxanada vəfat edir, buna görə də onun ailəsi və müttəhimlərin ailələri həkimləri məsuliyyətə cəlb etməyi tələb edirdilər, amma Əliyevlər ailəsinin vəkili Fariz Namazlının bildirdiyinə görə, buna nail ola bilmədilər.
İş üzrə təqsirkar Elşən İsmayılov, Camal Məmmədov və daha üç nəfər elan edildi. Hamısı da 13 ildən 9 ilə qədər həbs müddəti aldılar. Cavid Hüseynovun özü 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası aldı.
İstintaq getdiyi müddətdə jurnalistlər diqqətlə prosesi izləyirdilər. Ən detallı məlumatı Rasimin işlədiyi ANN.Az xəbər portalı verirdi, o ANN TV-nin video-qrupuna rəhbərlik edirdi.
Avqustun 9-da qəbiristanlıqda Rasimin iş yoldaşları ilə bərabər başqa mediaların jurnalistləri, vətəndaş cəmiyyətinin nümayəndələri və hətta siyasətçilər də varıydı. Misal üçün, Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbər də ordaydı və o “bu faktiki olaraq, siyasi bir qətl idi, çünki Azərbaycanda müstəqil mətbuat və söz azadlığı hakimiyyətin daimi təzyiqi altındadırlar dedi.
“Rasim Əliyev kimi jurnalist və peşəkarın ölümü Azərbaycanın onsuz da qalmayan müstəqil mətbuatı üçün böyük itkidir, – Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qeyd edir. Əliyevin sözlərinə görə, dövlət özü elə bir şərait yaradıb ki, burada idmançılar elitadır, müstəqil mətbuat isə əksinə marginallaşıb.
Əliyev dövlətin mətbuata münasibətinin nümunəsi kimi, mərasimdə hakim partiya və Mətbuat Şurasının nümayəndələrinin iştirak etməməsini göstərib.
Azərbaycanda jurnalistlərin hüquqlarının müdafiəsi ilə rəsmi şəkildə məşğul olan yeganə təşkilat olan Mətbuat Şurası nümayəndələri ötən il də vida mərasiminə gəlmədilər.
Jurnalist, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Tatyana Kryuçkina: “Ötən il təşkilatımızın keçmiş sədri, jurnalist Rasim Əliyev öldürülüb. Onun ölümü, digər qətlə yetirilən jurnalistlərin ölümü kimi, axıra qədər araşdırılmayıb. Bu yaxınlarda müsahibəyə görə ANS telekanalı bağlandı. Ölkədə müstəqil telekanallar yoxdur və digər müstəqil KİV də demək olar ki, mövcud deyil.
Bir vaxtlar müxtəlif dövrlərdə Emin Hüseynov (hazırda siyasi miqrant) və Rəsul Cəfərovun (bu yaxınlarda azadlığa buraxılan siyasi məhbus) rəhbərlik etdikləri təşkilat olan RATİ jurnalistlərin və yardım üçün müraciət edən sadə vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul idi. İnişilki yayda polisin apardığı axtarışdan sonra təşkilatın ofisi bağlandı. Rasim Əliyevin özü də bundan sonra bir neçə dəfə özünün “Facebook səhifəsində bir neçə dəfə təhdid olunduğunu yazıb.
Rasimin ölümünün bilavasitə fəaliyyəti ilə bağlı olmadığına baxmayaraq, bir çox həmkarlarının fikrincə, siyasi vəziyyətin özü və müstəqil məhkəmələrin olmaması jurnalist həyatının qiymətləndirilməməsinə gətirib çıxardı. Yəni “peşələr reytinqində jurnalistlər dövlətin müdafiəsinə ümid edə biləcək insanlar deyillər. İdmançılara münasibət bu mənada fərqlidir. Hər halda əksəriyyət belə hesab edir.
Bununla belə, bu kədərli tarixlə bağlı ann.az saytında gedən yazıda işin istintaqının ölkə prezidentinin şəxsi nəzarəti altına götürülməsi barədə məlumat verilir.
Dərc edilib: 13.08.2016