Belarusda küçələrdə daha çox adam var, zorakılıq isə daha azdır. Lukaşenkodan sonra nələr olacaq – rəylər
Belarusda prezident seçkilərindən bir həftə sonra saxtalaşdırılmış seçkilərə və güc strukturlarının misli görünməmiş zorakılığına qarşı çoxminlik etirazlar. Daha sonra nə gözləməli?
Demək olarmı ki, Aleksandr Lukaşenkonun sayılı günləri qalıb? Bu halda gələcək necə olacaq və bu halda Rusiyanın fəallaşmasını gözləməyə dəyərmi?
Ekspertlərin və jurnalistlərin rəyləri.
Belarusda etirazlar həftəsindən sonra nə baş verir?
Belarusda yeddi mindən çox adamın tutulmasına və onlara qəddar işgəncələrin verilməsinə baxmayaraq, Minskdə və başqa şəhərkərdə hər gün 20-50 min nəfər küçələrə çıxır.
Avqustun 14-də Minskdə bütün bu günlərin ən iri aksiyası keçirilib və Hökumət evinə qədər 20 minə yaxın insan yürüş edib. İlk dəfə idi ki, insanları dağıtmırdılar, xüsusi təyinatlılar aşağı endirilmiş qalxanlarla durmuşdu, qızlar milis əməkdaşlarını qucaqlayır və onlara gül hədiyyə edirdilər.
Jurnalistlər deyirlər ki, bir neçə məmur sonradan həmin gülləri toplayır və Leninin meydandakı heykəlinin önünə qoyurdular.
Belarus DTK-sının pilləkənlərində “Üzr istəmək azdır” sözləri ilə memorial yaradılıb. Bu barədə “Euroradio” xəbər verib.
Dinc aksiyalar Belarusun bütün, hətta ən kiçik şəhərlərində belə keçirilib. Qrodno şəhərində mitinqə təxminən 30 min nəfər çıxıb.
• Belarus: etiraz edənlərin qorxunc işgəncə və döyülmə şahidlikləri, ümumi tətil başladı
• «Lider yoxdur, heç lazım da deyil» — Belarusda toqquşmalar, üçüncü gün. Analiz, foto, video
Əsas tələb – 2020-ci ilin avqustun 9-da yenidən seçilmiş prezident Aleksandr Lukaşenkonun istefası və yeni seçkilərin keçirilməsidir.
Yeddi min saxlanılandan təxminən iki min nəfəri sərbəst buraxılıb. Təcridxanalarda işgəncələr haqqında daha çox şahid ifadələri meydana çıxır.
Avqustun 15-də Minskdə həlak olmuş fəal Aleksandr Taraykovskini dəfn edirlər.
Tətildə onlarla iri dövlət zavodları və özəl biznes iştirak edir. Belarusun ən nəhənf müəssisəsi – Minsk traktor zavodunun fəhlələri avqustun 14-də şəhərdə “Qoyun deyilik, rəiyyət deyilik. Biz MTZ-nin işçiləriyik və biz 20 deyil, 16 min nəfərik” şüarları ilə yürüş keçiriblər.
Dövlət kanallarının jurnalistləri və hüquq-mühafizə orqanlarının əməkdaşları işlərindən çıxırlar.
Etirazların iştirakçılarının seçkidə qalib gəlmiş Belarus prezidenti hesab etdikləri Svetlana Tixanovskaya Litvada mühacirətdən hakimiyyətin ötürülməsi üzrə Koordinasiya şurasının yaradılması təklifi ilə çıxış edib.
O təklif edib ki, bu şuraya ölkədə sayılıb-seçilən şəxslər daxil olsun və onlar beynəlxalq ictimaiyyətə keçid dövrünün təşkili üçün kömək edilməsi məqsədilə müraciət etsinlər.
Avropa İttifaqı Belarus hakimiyyəti barəsində sanksiyaları razılaşdırmaqda davam edir, lakin artıq bəyan olunub ki, Avropa Belarusdakı prezident seçkilərinin nəticələrini tanımır.
«Nədir, heyvan, dəyişiklik istəyirsən?» — işgəncələr və beynəlxalq araşdırma
Təcridxanalarda baş verənlərlə bağlı daha çox şahid ifadələri toplanmaqdadır.
Tut.by onlayn nəşri pasiyentlərin icazəsi əsasında Minskdəki xəstəxanada çəkilmiş qorxunc fotoları dərc edib. İnsanlar hiddətlənirlər ki, məhkəmə tibb ekspertləri onları ziyarət etmir ki, aldıqları xəsarətlər rəsmən qeydə götürülsün və istintaqa başlanılsın.
Rusiyalı fəal İqor Roqova kəllə-beyin travması diaqnozu qoyulub. O deyir ki, onu “Nədir, heyvan, dəyişiklik istəyirsən?” sözlərini deyərək döyüblər.
Qrodnolu jurlalist Ruslan Kuleviçin hər iki qolunu sındırıblar.
“Belsat” nəşrinin jurnalisti Yelena Duboviki Minskdəki təcridxanada üç sutka ərzində döyülmədən sonra yumurtalığın partlaması diaqnozu ilə xəstəxanaya yerləşdiriblər.
Rəsmi məlumatlara görə, xəstəxanalara 150 nəfər yerləşdirilib.
Lukaşenko “alkoqoliklərlə tənbəllər” haqqında danışır və kömək üçün Putinə müraciət edir
Avqustun 14-də Avropa parlemantinin deputatları Robert Bedron və Petras Auştreviçus Belarusa buraxılmayıb. Onlar jurnalistlərlə və zorakılıqdan zərər çəkmiş xəsarət alanlarla görüşmək istəyirdilər.
Elə həmin gün prezident Lukaşenko “xaricdən gələn adamları” Belarusda etirazların təşkilində ittiham edib.
«Buraya Polşadan, Hollandiyadan, Ukraynadan, bu “Açıq Rusiya”dan, Navalnının ətrafından gəlirlər», – Lukaşenko deyib.
Sosial şəbəkələrdə bununla bağlı məsxərəyə qoymalar olur və istifadəçilər bildirirlər ki. Lukaşenko etirazların iştirakçılarının dairəsini genişləndirib – bu vaxta qədər o bildirirdi ki, küçələrə yalnız “alkoqoliklər və işsizlər” çıxır.
Fəhlələrin narazılığını o “20 tənbəlin qiyamı” kimi qiymətləndirmişdi.
Kütləvi iğtişaşların təşkilinə görə 90 cinayət işinə başlanılıb, barəsində iş açılmışların arasında etiraz günlərində çox populyarlaşmış “Nexta” telegram kanalının qurucusu Stepan Putilo da var. O, Polşada yaşayır, əgər Belarusa gələrsə, 15 il müddətinə həbs oluna bilər.
Avqustun 15-də Lukaşenko bildirib ki, Belarusdakı etirazlarla əlaqədar Putinlə əlaqə saxlayacaq. Onun sözlərinə görə, əgər ölkədə rejim “duruş gətirə bilməsə”, bütün müttəfiq dövlətlərin ərazisindən “bu dalğa keçəcək”.
Güc strukturlarının törətdikləri barədə nəhəng sayda foto və videolarla bağlı isə deyib ki, bunlar səhnələşdirilmiş kadrlardır və feykdir.
«Bizi dinc aksiyalar və nümayişlərlə yuxuya vermək lazım deyil. Biz dərinlikdə nə baş verdiyini görürük. Biz bunu çox yaxşı görürük. Sonrası da ki, biz rəngli inqilabların metodiki göstərişlərini oxumuşuq axı».
Gələcəkdə nələr olacaq? Analiz
Lukaşenkonun dövrü bitib?
Qarşıdurmanın güclənməsi başa çatıb və hazırda baş verənlər artıq xalqın sevincinin başlanğıcıdır. Belarus, demək olar ki, Aleksandr Lukaşenkonu yola salır, – politoloq Dmitri Bolkunets belə hesab edir.
«Aydındır ki, o, artıq güc ssenarisinə keçməyəcək, anlayıb ki. bu, Belarus cəmiyyətinin qəbul etdiyi ssenari deyil… Yaxın günlərdə, həftələrdə, düşünürəm ki, ümid edirəm, bu baş verəcək, Lukaşenko öz postunu tərk etməyə məcbur olacaq, çünki insan kütləsini o, heç nə ilə susdura, aradan qaldıra bilməyəcək. İnsanlar ondan yorulublar, insanlar dəyişiklik istəyirlər.
Lukaşenko artıq milləti birləşdirməyə qadir olan lider deyil, ona heç bir etimad yoxdur, o, öz etimadını tamamilə itirib. Hesab edirəm ki, onun həyatındakı ən əsas hərəkəti indi olacaq – bu, istefaya getməkdir», — politoloq bildirib.
Rusiya hələlik ona görə qarışmır ki, Belarusdakı maraqlarına toxunulmayıb
«İttifaq dövlətinə təhlükə olan kimi Rusiya dərhal müdaxilə edəcək», — populyar analitik “Kremlyovski bezBaşennik” telegram-kanalındakı şərhin müəllifi belə hesab edir.
«Moskva üçün ən əlverişsiz ssenari Lukaşenkonun Ukrayna variantı ilə devrilməsi olacaq. Bununla bağlı olaraq, o cümlədən etirazçılara təzyiqlərin azaldılmasının zəruriliyi ilə əlaqədar Belarus hakimiyyəti, doğrudan da, daimi olaraq rusiyalı həmkarları ilə məsləhətləşir.
Vəziyyətin sonradan daha da pisləşəcəyi təqdirdə Lukaşenko Belarusla Rusiyanın inteqrasiyasının yol xəritələrinin tam razılaşdırılması haqqında elan edə bilər. Bundan sonra İttifaq dövləti dəfələrlə daha sıx dialoqa başlayacaq, Rusiya isə Belarus əhalisinin iqtisadi dəstəklənməsində daha intensiv iştirak edəcək».
«Rusiya üçün indi əsas olan Lukaşenkodan tez bir zamanda aralanmaqdır. “Beşinci kolon” və Qərbin oyunları haqqında spekulyasiyaları dayandıraraq, ölkədə hakimiyyətin ötürülməsi ilə bağlı danışıqlar prosesinı qoşulmaqdır», — politoloq Dmitri Drize belə hesab edir.
Lukaşenko üçün oyun bitib, o uduzub, – rusiyalı politoloq Liliya Şevtsova deyir. Onun fikrincə, Rusiya onun dəstəklənməsindı maraqlı deyil.
«Yalnız Rusiyaya ümid etmək qalır ki, o da ya xilas edəcək, ya da məhv edəcək.
Bəs Lukaşenko Moskvanın nəyinə lazımdır? Birincisi, onun rejiminin maliyyələşdirilməsi Rusiya büdcəsi üçün yükdür. İkincisi, hakimiyyəti işğal etmiş şəxsi dəstəkləməklə Moskva çətin ki, Belarusda rusiyayönümlü əhval-ruhiyyəni möhkəmləndirsin. Üçüncüsü, Lukaşenkonun xilası Putinin Qərblə münasibətləri normallaşdırılması şanslarına zərər verir. Dördüncüsü, İttifaq dövləti ideyası ilə vidalaşmaq lazım gələcək. Çətin ki, Kreml bir dövlət çərçivəsində güllə altına atılan əhalisinin olmasını istəməyə risk etsin. Bəs indi belarusları yenidən tövləyə necə salasan?!
Lukaşenko bundan sonra ölkəsində sabitliyi qoruyub saxlaya bilməyəcək. Moskva düz yaxınlığında barıt çəlləyi qazanır. Kreml düşünməlidir ki, hakimiyyəti oğurlamış və özünə Kremlin əlini dişləməyi rəva görən biri ilə necə davransın. Zəifləmiş və vəhşiləşmiş. xalqın dəstəyini itirmiş Lukaşenko Moskva üşün başağrısıdır».