Partlayışdan sonra Beyrut qiyama qalxdı
Beyritda hökumət binalarını ələ keçirən ketləvi etiraz aksiyalarının iştirakçılarına qarşı polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etdi. Onlar isə daşlarla və “Molotov kokteylləri” ilə cavab verdilər.
Toqquşmaların nəticəsində, Aljazeera telekanalının məlumatına görə, bir polis əməkdaşı öldürülüb, 700-dən çox adam yaralanıb. 20 nəfər saxlanılıb.
Səbəb nə oldu?
İğtişaşlara səbəb Beyrut limanın tamamilə məhv edildiyi, şəhərdə binaların üçdə birinin dağıldığı, 130-dan çox insanın öldüyü, yüzlərlə yaralının və itkin düşənin olduğu, on minlərlə insanın evsiz qaldığı az qala 3 min ton ammonium-nitratın partlayışı olub.
• Rəy: yeni nəsil bütün dünya boyunca qiyama qalxıb
Partlama təhlükəsi olan ammonium-nitrat Beyrut limanına 7 il əvvəl gətirilib – o zaman selitr Batumidən Mozambikə gedən gəminin göyərtəsində müsadirə edilmişdi. Müsadirənin səbəbi gəmi sahibinin borcları idi.
Livan və Beyrut hakimiyyətləri dəfələrlə selitrin limanda saxlanılmasıın təhlükəli olması barədə xəbərdarlıq ediblər, lakin bütün xəbərdarlıqlar qulaqardına vurulub.
Partlayışın siyasi nəticələri
Baş verənlərdən sonra təxminən 7 min nəfər Beyrut küçələrinə çıxıb.
Etirazçılar baş vermiş faciədə məmurları ittiham edirlər, onların məsuliyyətsizliyi, bacarıqsızlığı və korrupsiya partlayışa gətirib çıxarıb.
Bu günə qədər 16 hökumət qulluqçusu tutulub, onlar baş verənlərə məsul şəxs kimi şübhəli qismində saxlanılıblar.
Nümayişçilər xarici işlər və iqtisadi inkişaf nazirliklərini ələ keçiriblər.
Bundan sonra Livan ordusu XİN-i ələ keçirmiş etirazçılar qrupunu oradan çıxara bilib.
Polis və ordu gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edir.
Döyüş güllələrindən istifadə ilə bağlı təsdiq olunmamış xəbərlər gəlməkdədir.
Etiraz çoxdan yetişirdi
Livan çoxdan bəri siyasi və iqtisadi böhran içindədir.
Bu ölkədə əsas etnik qruplar olan xristianlar, sünni müsəlmanlar, şiə müsəlmanlar və druzlar üçün siyasi kvota sistemi fəaliyyət göstərir. Bu qrupların nümayəndələri növbə ilə ölkəni idarə edirlər. Hakimiyyətə gələrkən onlar irəli çəkildikləri şəxslərin gözləntilərini ümumi maraqları qurban verərək doğrultmalıdırlar.
Nəticə kimi dövlət idarəetmə sisteminin kollapsı və çox dərin iqtisadi böhran yaşanır.
Əlavə şərtlər
Əlavə amil Fransa prezidenti Emmanuel Makronun Beyruta səfəri oldu. Bu ölkə tarixən Livanda xüsusi rola malik olub və onu müstəmləkə kimi idarə edib.
Makron ölkə rəhbərliyində dəyişikliklərin zəruriliyini bildirib, xüsusi beynəlxalq yardım proqramı vəd edib və beynəlxalq araşdırmanın aparılmasını tələb edib.
Beyrutda etiraz edənlərin əsas şüarlarından biri “Yaşasın Fransa!” olub.
Livanda vəziyyət tezliklə daha da qızışa bilər. Ölkə beynəlxalq tribunalın Livanın baş naziri Rafiq Həririnin qətli ilə bağlı iş üzrə hökmünü gözləyir. Bu cinayətdə iranyönümlü “Hizbulla” hərbiləşdirilmiş qruplaşmasının 4 fəalı ittiham olunur.
Xristianların və müsəlmanların yaşadığı Livan üçün bu, qeyri-sabitliyin əlavə amilinə çevrilə bilər.