Abxaziyada kim kimə hörmət edir
Hakim koalisiyanın dayağı hesab edilən “Vahid Abxaziya partiyası öz yolu ilə getmək qərarına gəlib və Siyasi Partiya və İctimai Hərəkatların Əlaqələndirmə Şurasından çıxdıyını bəyan edib.
“Əlaqələndirmə Şurasının fəaliyyətinin ölkə əhalisinə elan edilən prioritet istiqamətləri tamamilə unudulub. İcra hakimiyyəti tərəfindən çoşğun fəaliyyətin imitasiyası həyata keçirilir – konstitusiya islahatları, eyni zamanda da hökumət orqanlarındakı islahatlar ləngidilir. İcra hakimiyyətinin fəaliyyəti cəmiyyətin tələblərinə getdikcə daha az cavab verir, – bu, “Vahid Abxaziya partiyasının siyasi şurasının media üçün yayılan xüsusi bəyanatında yer alan səbəblərdir.
Bu qərarı prezident Raul Xadjimbaya endirilən zərbə və koalisiyanın dağılmasının başlanğıcı adlandırmaq olar. Yəni “Vahid Abxaziya artıq Raul Xadjimbaya hörmət etmir və başqa fiqura dəstək verəcək. Amma belə tələsik nəticələr çıxarmaq da doğru deyil.
Siyasət haqqında ənənəvi abxaz təsəvvürləri indiyə qədər həqiqətən də özünəməxsus “portret demokratiyası üzərində qurulurdu. Yəni siyasətçinin nə və nə vaxt deməsi deyil, onun kim olması vacibdir. İndiyə qədər bu, əsas qayda idi və yeni yaranan siyasi koalisiyalar hansısa xüsusi ideologiya və ya özünün konkret proqramını təklif etməyə hazırlaşmırdılar belə. İndiyə qədər siyasi koalisiyadan ancaq ciddi iddiaları olan konkret şəxs ətrafında birləşmək tələb olunurdu. Siyasətçinin “lehinə və ya “əleyhinə dostluq etmək adi hal idi.
Sergey Baqapşın prezidentliyi dövründə də beləydi, o zaman onu “Amtsxara müharibə veteranları partiyası, özəyi ziyalılardan ibarət “Aytayra ictimai-siyasi hərəkatı, nomenklatur “Vahid Abxaziya və ona birləşən Müstəqil Həmkarlar İttifaqları Federasiyası kimi tam fərqli təşkilatlar dəstəkləyirdi.
Aleksandr Ankvabanın da vaxtında beləydi, bu zaman ondan narazı olan bütün siyasi oyunçular Siyasi Partiya və İctimai Hərəkatların Əlaqələndirmə Şurasının damı altında birləşdilər.İndiki abxaz dövlət başçısının vaxtında da indiyə qədər belə olub, ona qarşı çıxan müxtəlif yönlü müxalif qüvəllərini birləşdirən yeganə amil Xadjimbaya qarşı qərəzdir.
Amma görünür ki, son on beş il ərzində formalaşan bu ənənə artıq ciddi çağırışların təsiri altında dağılmaq üzrədir.
Bu, hər şeydən əvvəl neft hasilatı və rusiyalılar tərəfindən mülkün alınması ilə bağlı embarqonun götürülməsi ilə bağlıdır. Moskvanın birmənalı şəkildə təkid etdiyi hər iki bənd bir-birinə qarşı duran düşərgələrin özlərinin – yəni həm prezident yönlü Əlaqələndirmə Şurasının, həm də müxalifət blokunun daxilində ciddi fikir ayrılığına səbəb oldu. Və bu fikir ayrılığı həmin məsələlər ciddiləşəndən sonda (bu isə artıq lap yaxın gələcəkdə baş verəcək) bir az da güclənəcək. Gələn ildən qarışıq seçki sisteminə keçiddən sonda isə partiyaların ölkənin siyasi həyatında rolu əhəmiyyətli dərəcədə artacaq ki, bu zaman ancaq “portret simpatiyaları və antipatiyalarına görə qruplaşma oyunda qalmaq üçün kifayət etməyəcək.
İdeya və prinsiplərin yarışına keçid qaçılmazdır. Yarandığı gündən həmişə siyasi bazarın konyukturasına dəqiq reaksiya verən “Vahid Abxaziya artıq bunu hiss edib.
Partiyanın koalisiyadan çıxma səbəbi kimi rəsmi şəkildə indiki hakimiyyətin ünvanına səsləndirdiyi ittihamlar ötən il boyu müxalif qüvvələrin müraciət etdiyi ştampdır. Amma burada hər şeyi dəyişən bir nüans var. Və bu, ilk dəfə olaraq motivdir. “Vahid Abxaziya elə həmin müxalifətdən fərqli olaraq, konkret olaraq prezident Raul Xadjimbaya qarşı çıxış etmir. Onu məhz Raul Xadjimbanın siyasəti qane etmir.
- “Vahid Abxaziya partiyası 2004-cü ilin mart ayında ictimai-siyasi hərəkat kimi bir məqsədlə – 2004-cü il prezident seçkilərində müxalifətdən vahid namizəd irəli sürmək məqsədi ilə yaradıldı. O vaxt seçkilər təkrar keçirilməli oldu və 12 yanvar 2005-ci ildə səslərin mütləq çoxluğunu Baqapş (prezident) – Xadjimba (vitse prezident) tandemi aldı. Siyasi patiyaya “Vahid Abxaziya 2009-cu ildə çevrildi.