2015-ci il necə keçdi?
1. İyunun 13-dəki daşqın
Tbilisidə baş verən fəlakət təkcə Gürcüstanı deyil, bütün dünyanı sarsıtdı.
20 ölən, 2 itkin düşmüş insan, 154 evsiz qalan ailə, 800 zərər çəkən, 56 milyon lari həcmində ziyan – bu, Vere çayının iyunun 13-ü gecə daşması nəticəsində baş verən təbii fəlakətin tükürpədən statistikasıdır.
Su axınının götürüb apardığı evlər və avtomobillər, su basmış heyvanxana və onun sakinləri olan vəhşi heyvanlar Tbilisinin mərkəzində.
Estakadanın yaxınlığında gəzişən begemot beynəlxalq mətbuatın diqqət mərkəzinə düşdü.
İyunun 13-ü sözsüz ki, Gürcüstan üçün yola saldığımız ilin ən faciəvi günü oldu.
Bu begemot 13 iyundakı xaos və təbii fəlakətin simvoluna çevrildi.
2. “Rustavi-2nin işi
Bu müxalif yönlü teleşirkətin ətrafındakı vəziyyət onun keçmiş sahibi, biznesmen Kibar Xalvaşi məhkəməyə iddia verərək, tekeşirkətin səhmlərinin 100 faiz payını tələb edəndən sonra gərginləşdi.
Xalvaşi bildirir ki, 2006-cı ildə Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili onu teleşirkətdən vaz keçməyə məcbur etdi və indi də o özünün qanunsuz şəkildə əlindən alınan mülkiyyətini qaytarmağa çalışır.
“Rustavi-2nin menecmenti, telekanalda işləyən jurnalistlər və cəmiyyətin böyük hissəsi hesab edir ki, hakimiyyət Xalvaşidən istifadə edərək, telekanalı ələ keçirmək istəyir ki, qabaqda gələn parlament seçkiləri ərəfəsində informasiya meydanını təmizləyə bilsin.
Bir neçə həftə ərzində ictimaiyyət nümayəndələri və sıravi vətəndaşlar məhkəmə zalı qarşısında “Rustavi-2nin müdafiəsi üçün aksiyalar keçirdilər. Birinci instansiya məhkəməsi işi Xalvaşinin xeyrinə həll etdi. 2016-cı ildə bu işlə bağlı qərarı Appelyasiya məhkəməsi çıxaracaq. O vaxta qədər isə telekanalı əvvəlki menecment idarə edir.
“Rustavi-2yə dəstək aksiyası
3. Əfv komissiyası ətrafında qalmaqal
Gürcüstan prezidenti yanında əfv komissiyasının sədri Aleksandr Elisaşvili hakim siyasi koalisiyanın nümayəndələrini – Gürcüstan parlamentinin vitse-spikeri Manana Kobaxidxe və insan hüquqları üzrə parlament komitəsinin sədri Eka Beseliyanı ona təzyiq etməkdə və korrupsiyada ittiham etdi.
Elisaşvili bildirir ki, Kobaxidze və Beseliya onu əfv olunanların siyhısına “kokain işi ilə bağlı olan məhbusları da daxil etməyi məcbur edirdilər. Hazırda Tbilisi Sakrebulonun (şəhər məclisinin) müstəqil depulatı olan Elisaşvili bildirir ki, əvf əvəzində Beseliya və Kobaxidze yarım milyon lari almalıydılar.
“Gürcü arzusundan olan deputatlar bu ittihamları qəti şəkildə inkar edir və bildirirlər ki, Elisaşvili böhtana görə cavab verməli olacaq.
Siyasi müxalifət isə artıq bu işi “hələ Gürcüstanda tayı-bərabəri olmayan siyasi qalmaqal adlandırdı.
İş üzrə istintaq aparılır, amma hələ ki, heç bir nəticə yoxdur. “Bu işin nəticəsində kimsə həbsxanaya düşəcək, – siyasi müxalifətin nümayəndələri bildirir.
4. Viza rejiminin liberallaşdırılması
Dekabrın 8-də Avropa Komissiyası Gürcüstanla vizasız rejimin tətbiqini dəstəklədi. Bu o deməkdir ki, ola bilsin, artıq 2016-cı ilin yayından başlayaraq, Gürcüstan vətəndaşları Avropa İttifaqı ölkələrinə vizasız gedə biləcəklər.
Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız girişinini mümkünlüyünü Tbilisidə “müstəqil Gürcüstanın tarixində ən vacib hadisə adlandırdılar.
5. Larinin dəyərdən düşməsi və inflyasiya
Larinin qiymətdən düşməsi tendensiyası artıq 2014-cü ilin axırında hiss olunurdu, baxmayaraq ki, 2015-ci ildə gürcü milli valyutası öz rekordunu qıraraq, dollara nisbətdə özünün rekord minimumuna çatdı. 2015-ci ildə lari 36 faiz ucuzlaşdı.
“2015-ci il son 17 il ərzində ən uğursuz il oldu. Əvvəlki illərlə müqayisədə əhali çox kasıbladı, – iqtisadiyyat məsələləri üzrə ekspert Roman Qotsiridze deyir.
Bununla belə, dövlət müəssisələri məmurlarının mükafat və əmək haqlarına əlavələri kəsilməyib.
Misal üçün, Ədliyyə Nazirliyində mükafat və əmək haqlarına əlavələrin həcmi 206, Cəzaların İcrası və Probasiya Nazirliyində 412, Mədəniyyət Nazirliyində 1509 faiz artıb.
6. Baş nazirin istefası və yeni baş nazir
İlin axırına yaxın Gürcüstana yeni baş nazir gəldi. Georgi Kvirikaşvili bu vəzifəni ondan əvvəlki baş nazir İrakli Qaribaşvili dekabrın 23-də özünün istefası haqqında bildirəndən sonra tutdu.
Qaribaşvili istefasının konkret səbəblərini açıqlamadı.
Politoloqların bir qismi bu dəyişiklikləri “Gürcü arzusu siyasi koalisiyasının və ölkə hakimiyyətinin reytinqinin aşağı düşməsi ilə bağlayırlar. Onların fikrincə, Qaribaşvilinin istefası ilə bağlı qərarı ölkənin keçmiş baş naziri Bidzina İvanişvili qəbul edib. Hazırda o heç bir rəsmi vəzifə tutmur, amma məhz o, ekspertlərin fikrincə, qeyri-rəsmi olaraq, ölkəni idarə edir.
Gürcüstanın yeni baş naziri Georgi Kvirikaşvili