MDF: Gürcüstanda Qərb əleyhinə təbliğatın əsas vurğuları – qorxu və çarəsizlik
Media İnkişafı Fondu (MDF) və BMT-nin Gürcüstan Assosiasiyası (UNAG) Gürcüstanda Qərb əleyhinə təbliğat üzrə hesabat açıqlayıb. 2019-cu il üzrə monitorinqin nəticələrini əks etdirən hesabatda deyilir ki, 2016-cı illə müqayisədə Gürcüstanda Qərb əleyhinə təbliğat səviyyəsi iki dəfə yüksəlib.
Tədqiqat əsnasında bu təbliğatın sxemi açılıb: insanlara əvvəlcə qorxu və çarəcislik yeridilir, sonra isə çıxış yolu təklif edilir.
Tədqiqatda deyilir ki, bütün 2019-cu il müddətində Qərb əleyhinə təbliğat Rusiya ilə müharibənin təkrarlanması ehtimalı haqda car çəkirdi, paralel olaraq izah olunurdu ki, bu zaman nə ABŞ, nə Avrioa Gürcüstana kömək etməyəcək, buna görə də çıxış yolu Rusiya iıə münasibətləri düzəltməkdədir, bunun üçün isə Tbilisinin neytrallıq elan etməsi və Rusiya ilə birbaşa dialoqlara başlaması lazımdır.
Monitorinqin və analizin gedişatında aşağıdakı tendensiyalar üzə çıxarılıb:
● 2016-cı illə müqayisədə Amerika və NATO əleyhinə mesajlar əhəmiyyətli dərəcədə artıb.
Qərb əleyhinə mesajların tematikası: mənbə – MDF
ABŞ-a münasibətdə iki istiqamət aktualdır:
1. Anakliyada dərinsulu liman layihəsinin iqtisadi cəhətdən əsasının olmaması və onun ABŞ üçün sırf hərbi-militarist təyinatı daşıdığı haqda fikir yeridilirdi.
2. Gürcüstanda Amerika hərbi bazasının yerləşdirilməsinin məqsədəuyğun olmadığı – prezident Salome Zurabişvili bu ssenarini Rusiyanın təhriki adlandırmışdı, bu da rusiyayönlü aktorlar üçün yaxşı əsas olmuşdu.
● Paralel olaraq rusiyayönlü bəyanatların sayı artıb, o cümlədən də Gürcüstanın xarici siyasət kursunun dəyişməsi ilə bağlı, guya bu, Kremllə birbaşa dialoq yolu ilə münaqişələrin nizamlanmasına imkan verəcək.
Avropa İttifaqı/Avropa əleyhinə mesajlar ötənilki səviyyədə qalıb, vizasız rejim tətbiq olunduğu 2017-ci illə müqayisədə isə əhəmiyyətli dərəcədə azalıb. Avropa əleyhinə mesajların azalması ola bilər ki, Avropaya inteqrasiyanın növbəti mərhələlərinin fəal müzakirəsinin hələ başlamaması ilə əlaqədardır.
Mənbələr
Qərb əleyhinə mesajların əsas mənbələri media, partiyalar və siyasətçilərdir. 2018-ci illə müqayisədə siyasətçilərin şərhləri iki dəfə çoxalıb. Ola bilər ki, bu, “Gürcüstan Vətənpərvərlərinin Alyansının” ABŞ və NATO əleyhinə kampaniyası ilə bağlıdır
Media
Qərb əleyhinə mesajların əsas mənbələri sarasında sadalanır: Kremllə əlaqəli olan “Gürcüstan və dünya” (“Грузия и мир”), “Sakinforumi” internet məşrləri, “Obyektivi” teleşirkəti, əsas rusiyayönlü siyasi partiyalar “Gürcüstan Vətənpərvərlərinin Alyansı” və özlərini etnimilliyyətçi kimi təqdim edən, amma çox vaxt Kreml mediasının narrativlərini təkrarlayan “Asaval-dasavali” və “Alia” qəzetləri.
Partiyalar
Şübhəsiz lider “Gürcüstan Vətənpərvərlərinin Alyansıdır”. Onun ardınca “Vahid Demokratik Hərəkat”, “Neytral Sosialist Gürcüstan” və “Gürcüstan İdeyası” gəlir.
- Peyvənddən imtina, homofobiya, Rusiyaya qarşı rəğbət – kilsə Gürcüstanın qərbyönlü kursuna mane olurmu?
- Gürcüstandan Twitter-ə hücum. Tədqiqatçılar hökumətyönlü “trollar” aşkarlayıb
Narrativlərin strukturu
Qərb əleyhinə narrativlərin strukturu üçpilləlidir: qorxu və çarəsizlik səpmək və çıxış yolunun harada olduğunu izah etmək.
Qorxu
Rusiyanı qıcıqlandırmamaq
“Gürcü arzusu” 2012-ci ildə seçkiqabağı kampaniya zamanı NATO və Aİ-ə qəbul məsələsini bəyan etməklə yanaşı, açıq şəkildə Gürcüstanın Qərblə Rusiya arasında ziddiyyətlər yaratmamalı olduğunu bildirmişdi. Həmin tesiz 2019-cu ildə Avrasiya İnstitutu və “Gürcüstan Vətənpərvərlərinin Alyansı” tərəfindən səsləndirilib.
NATO-ya inteqrasiya, Amerikanın hərbi bazasının Gürcüstanda yerləşdirilməsi, o cümlədən də dərinsulu Anakliya limanının inşası – bu mövzuıar Rusiyanın maraqlarına zidd adlandırılıb. 2020-ci ilin əvvəlində hökumət Anakliyada liman inşası üzrə konsorsiumla müqaviləni pozdu.
Müharibənin yenidən başlanması qorxusu
2008-ci ildə müharibənin Amerikanın təhriki ilə başladıldığı, ABŞ və Qərb tərəfdaşlarının Gürcüstan və Rusiya münasibətlərinin normallaşmasında maraqlı olmadığı, Gürcüstanın NATO-da üzvlüyünün və Gürcüstanda Amerika hərbi bazasının yerləşdirilməsinin ölkəni poliqona çevirəcəyi və ölkənin “suriyalaşmasına” səbəb olacağı ilə bağlı fikirlər yayılır.
Biodiversiyalar qorxusu
Gürcüstan cəmiyyətində bu fobiya əsasən Luqar laboratoriyası ilə əlaqədar yayılıb. Rusiyanın biodiversiya mənbəyi kimi təqdim etdiyi bu laboratoriya artıq uzun müddətdir ki, Rusiyaya rahatlıq vermir.
Milli kimliyi itirmək qorxusu
Bu fobiya Rusiyanın ekspansiv və missioner xarici siyasətini nəzərdə “rus dünyası” konsepsiyasına əsaslanır. Qərb dəyərlərinin pravoslavlıqla bir araya sığmadığı, Qərbin Gürcüstanı mənəvi deqradasiyaya sürüklədiyi və bunun fiziki işğaldan qat-qat daha ağır olduğu fikirləri yayılırdı.
Ümidsizlik – “Qərb müdafiə etməyəcək”
Əvvəlki illərdə olduğu kimi Qərbin, NATO-nun Gürcüstana görə Rusiya ilə münasibətləri korlamayacağı, ABŞ-ın etibarlı tərəfdaş olmadığı , bunun da Suriyada kürdlərin müdafiəsi məsələsində sübuta yetirildiyi fikri yeridilirdi.
Demokratiya, suverenlik uydurmadır
Qərbin ikili standartları, Gürcüstanın reallıqda müstəqil ölkə olmadığı, Sovet İttifaqında olduğu kimi ABŞ-ın və digər ölkələrin də onun daxili işlərinə qarışdığı fikirləri yeridilirdi.
İyunun 20-də baş verən işğal əleyhinə etiraz həm Rusiya hakimiyyəti, həm də daxili aktorlar tərəfindən ABŞ-ın, daha doğrusu, ABŞ müdafiə nazirinin keçmiş müşaviri Maykl Karpenderin təşkil etdiyi aksiya kimi təqdim olunub.
ABŞ-ın Gürcüstanın daxili işlərinə qarışması haqda harrativ rusiyayönlü “Gürcüstan Vətənpərvərlərinin Alyansı” tərəfindən də dilləndirilib, onlar Tbilisidə ABŞ səfirliyi qarşısında aksiya təşkil ediblər. Həmin partiya tədqiqatları və hesabatlarında iqtidar partiyasının lideri Bidzina İvanişvilinin fəaliyyəti ilə bağlı mənfi dəyərləndirmələrin yer aldığı NDI və IRI institutları əleyhinə kampanilar da başladıb.
İki Qərb: liberalizm uduzur
Həm hakimiyyətin, həm də Rusiyanın maraqlarını müdafiə edən aktorlar hər vəchlə Qərbinin iki üzünün olduğu ideyası üzərində dayanır. Bir tərəfdən hökumətyönlü media Makkeyn İnstitutunun konfransında Gürcüstan hakimiyyətinin tənqidini Gürcüstan müxalifətinin və Donald Trampın opponentlərinin işi kimi dəyərləndirirdi.
Digər tərəfdən isə müxtəlik aktorlar mühafizəkar və liberal Qərbi ikiyə bölürdü və liberal Qərbin uduzacağını öngörürdülər.
Çıxış yolu nədir?
● Neytrallıq
Qorxu və ümidsizlik yaymaqla paralel olaraq Gürcüstanın xarici siyasət kursunun yenidən nəzərdən keçirilməsi və neytrallığın elan olunması ideyaları da səslənirdi. Bu kampaniyanın əsasən “Gürcüsyan Vətənpərvərləri Alyansı” tərəfində aparılırdı.
● Rusiya ilə birbaşa dialoq
“Gürcüstan Vətənpərvərləri Alyansı” artıq birinci il deyil ki, Abxaziya və Cənubi Osetiya problemlərinin nizamlanması üçün Rusiya ilə birbaşa dialoqun tərəfdarı kimi çıxış edir, bu isə danışıqların Cenevrə formatından imtina deməkdir. Bu, Rusiyanın işğalçı ölkədən gürcü-abxaz və gürcü-osetin danışıqlarında vasitəçiyə çevrilməsinə gətirib çıxara bilər.
● Rusiya iqtisadiyyatından asılılıq stabilliyə aparır
İyunun 20-d
Belə bir fikir yayılırdı ki, baş tutan “işğal əleyhinə aksiya” Rusiya ilə son illərdə nail olunan iqtisadi münasibətlərin stabilliyinin pozulmasına səbəb ola bilər. Eyni zamanda Gürcüstanın tarixən və iqtisadi cəhətdən Rusiyadan asılı olduğu fikri möhkəmləndirilirdi.
● Eyni dinli Rusiya
Pravoslav Rusiyanın messionizm ideyasına əsasən ayrı-ayrı din xadimləri və “Gürcüstan və dünya” nəşri müraciət edib.
● Saxtalaşdırılmış və manipulyasiya olunan məzmunlar
Faktların təkrar yoxlanılması zamanı “Mif Detektorları” onlayn portalı 2019-cu ildə informasiyaların 199 saxtalaşdırılması və manipulyasiyası halını üzə çıxarıb. “Gürcüstan və dünya” (31), “Sputnik Gürcüstan” (17) və “Sakinformi” (16) nəşrləri, sosial mediada “Stalin” (10) və “Alt-info” (9), partiyalar arasında “Gürcüstan Vətənpərvərləri Alyansı” (24) digərlərindən fərqlənib.
Statistikanın saxtalaşdırılması və rəqəmlərlə manipulyasiya çox vaxt iqtisadiyyat və miqrasiya ilə bağlı məsələlərə aid olub; manipulyasiya edici müsahibələr çox vaxt Gürcüstanın NATO-ya inteqrasiyası ilə bağlı olub; “konspiroloji nəzəriyyələr” ən çox səhiyyə və biotəhlükəsizlik məsələləri ilə bağlı yayılıb, tarixin saxtalaşdırılması isə daha çox sovet dövrü ilə əlaqəli olub.
2016-cı illə müqayisədə Gürcüstanda Qərb əleyhinə təbliğat iki dəfə artıb.