Abxaziya və Cənubi Osetiyadakı proseslərə necə qoşulmaq olar
Sxinvali yaxınlığındakı kənd sakininin həyətində asılan müharibə dövründən qalma fincanlar. Müəllif Oliko Tsikarişvili. Bütün hüquqlar qorunur
2008-ci il beş günlük faciəvi müharibədən və Rusiya tərəfindən Abxaziya və Cənibu Osetiyanın dövlət müstəqilliyini tanımasından sonra bu iki ərazidə münaqişələr bir qədər səngidi və gərginlik azaldı.
Həmin vaxtdan sonra münaqişə tərəfləri Cenevredə 33 görüş keçirib, amma onların əsas nailiyyəti müəyyən mənada tərəflərin o qədər də əhəmiyyətli olmayan məsələlər üzrə danışıqlar aparmaq iqtidarında olması faktı oldu.
Abxaziya və Cənubi Osetiya paradoksal vəziyyətdədirlər. Rusiya onların müstəqillyini tanıyandan sonra bu iki regionun beynəlxalq təcridi gücləndi və onlar Rusiyadan bir az da çox asılı vəziyyətə düşdülər.
Rusiyaya bağlılıq Abxaziya və Cənubi Osetiya sakinləri üçün getdikcə daha çox mənfi nəticələrə gətirib çıxarır. Rusiyanın özündə onlara saymazyana yanaşırlar, “Qafqaz millətlərinin nümayəndələri adlandırırlar, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi isə Moskvadan maliyyə yardımının azalmasına gətirib çıxardı.
2014-cü ildə başlayan Ukrayna böhranından sonra vəziyyət bir az da pisləşdi. Abxaziya və Cənubi Osetiya Krımın Moskva tərəfindən ilhaqını və Rusiyanın Şərqi Ukraynaya müdaxiləsini dəstəkləməyə məcbur oldular.
Bu zaman Cənubi Osetiya əməlli-başlı canfəşanlıq göstərdi, Abxaziya isə hadisələrin bu cür cərəyan etməsinə daha az maraq göstərdi.
Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Rusiya tərəfindən tanınması onlara bir sıra üstünlüklər verdi. “2008-ci ilə qədərki dövrlə müqayisədə həyatınız yaxşılaşdımı? – sualına bir çoxları cavab verir ki, indi insanlar özlərini daha təhlükəsiz hiss edir, onların sosial dəstəyi var – indi orada Rusiyadakı kimi təqaüd alırlar.
Bu da Rusiya tərəfindən sürünən ilhaq bahasına başa gəldi.
Cənubi Osetiya üçün bu problem deyil. Hazırda Cənubi Osetiyada az sayda əhali yaşayır və çox güman ki, 30 mindən çox deyil. Artıq uzun illərdir ki, orada paytaxt Sxinvali deyil, Şimali Osetiyanın paytaxtı olan Vladikafkazdır və yerli əhalinin əksəriyyəti Şimali Osetiya ilə birləşmək ideyasını dəstəkləyirlər.
Düzdür, bu cür ssennari Moskva üçün daha çox minus gətirəcək.
Cənubi Osetiyada Krım ssenarisinin təkrarlanması (bu planın baş tutacağı halda) Rusiya ilə Qərbin qarşılıqlı münasibətlərini bir az da gərginləşdirəcək. Axı Qərbin Rusiyaya qarşı sanksiyaları məhz Krımın Rusiya tərəfindən bütün mövcud beynəlxalq normaları pozaraq, ilhaqının nəticəsi kimi tətbiq olunub. Bundan başqa, bu addım Moskvanın Tbilisi ilə hər hansı qarşılıqlı münasibətlər qurmaq imkanlarının üstündən xətt çəkəcək.
Rusiya, onun nifrət etdiyi prezident Mixail Saakaşvili hakimiyyətdən uzaqlaşdırılandan sonra Gürcüstanın yeni hökuməti ilə əlaqə qurmağa cəhd göstərir. Bununla belə, iki ölkə arasında diplomatik münasibətlər Moskvanın Abxaziya və Cənubi Osetiya üzərində faktiki nəzarəti üzündən bərpa olunmayıb. Əgər Rusiya Krım ssenarisi üzrə Cənubi Osetiyanı rəsmi şəkildə özünə birləşdirsə, Gürcüstan bir dəfəlik Rusiyaya arxa çevirəcək və Moskva uducağından zacağından xeyli daha çox uduzacaq.
Abxaziya Rusiya üçün xeyli daha problematikdir. Region daha çox pul tələb edir, Rusiyada isə belə bir fikir geniş yayılıb ki, abxazlar “naşükürdülər və Moskvanın göstərdiyi hərbi və maliyyə dəstəyini qiymətləndirmirlər.
Baxmayaraq ki, Rusiya hələ də Abxaziya üçün yeganə tərəfdaş və dost olaraq qalır, Abxaziyanın əksər siyasi elitası Moskvaya şübhəylə baxır. Abxaziya Surkovun 2014-cü ildə təklif etdiyi müqavilə layihəsini elə də dəstəkləmədi və Moskva üçün çox vacib olan bir məsələnin qəbul edilməsinə – xaricilərə (və ya başqa sözlə desək, rusiyalılara) Abxaziyada əmlak almq hüququnun verilməsinə qarşı durmaqda davam edir.
Bu günkü vəziyyət bu cür adlandırıla bilər: “heç kimin udmadığı vaxt. Belə olan halda nəsə etmək olarmı?
Siyasi səviyyədə bu sualın ancaq bir cavabı mümkün görünür – heç nə. Demək olar ki, bütün dünya ictimaiyyəti tərəfindən dəstəklənən Tbilisinin mövqeyi ilə Moskva tərəfindən dəstəklənən iki ərazinin mövqeyi üst-üstə düşmür.
Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın tərkibinə “qayıtmaq niyyəti yoxdur. Suxum, Sxinvali və Tbilisi arasındakı uçurum vaxt getdikcə daha da dərinləşir. Unutmaq lazım deyil ki, son dəfə vahid ölkə olaraq onlar müstəqil Gürcüstanın deyil, Sovet İttifaqının tərkibində olublar.
Gürcüstan etiraf etməlidir ki, Abxaziya üzərində yurisdiksiyasını bərpa edə bilməyəcək və buna görə də vəziyyətdən çıxış yolu axtarmalıdır.
Nə qədər paradoksal səslənsə də çox güman ki, Gürcüstan Abxaziyaya suverenitet və de-fakto müstəqilliyə nail olmaqda kömək etməlidir.
Daha güclü “müstəqil mövqeyi olan Abxaziya gələcəkdə Gürcüstanla mümkün müqavilələr və razılaşmalara açıq olacaq. Rusiyanın udduğu Abxaziya isə, harda ki rusiyalılar torpaq və mülk alırlar, Gürcüstan üçün tamamilə itirilmiş və uzaqlaşmış olacaq.
Əslində bu o deməkdir ki, Gürcüstan Abxaziyanı onun “neytral statusu əsasında xarici dünyaya inteqrasiyası üçün bütün imkanlarını dəstəkləməlidir. Bu imkanlar aşağıdakılar olmalıdır:
• Abxaziya sakinlərinə xaricə getməyə maneə törətməmək.
• Abxaziya tələbələrinə Avropada Avropa İttifaqının “Erazmus proqramı çərçivəsində təhsil almaq imkanı vermək.
• Türkiyəyə leqal olaraq Abxaziya ilə dəniz vasitəsiylə ticarət qurmağa və ola bilsin Suxumidə konsulluq və ya nümayəndəlik açmağa imkan vermək.
• Abxaziyada Avropa İttifaqının “informasiya ofislərinin açılması ideyasını dəstəkləmək.
Bu məqalə Qenrix Bell Fondunun Cənubi Qafqazdakı regional bürosu (HBF SC) tərəfindən Web Dossier project çərçivəsində hazırlanan mətnin qısaldılmış versiyasıdır. Mətnin əsli Qenrix Bell Fondunun saytında 26 noyabr 2015-ci ilda dərc olunub. Qenrix Bell Fondunun saytında bildirilir ki, “müəlliflərin söylədiyi fikirlər, baxışlar və bəyanatlar ancaq onlara məxsusdur və Fondun mövqeyini əks etdirməyə də bilərlər.