Azərbaycan məhkəmələrindəki kobud qanun pozuntuları
Qanun pozuntusu Azərbaycan məhkəmələrində baş verən ən vacib problemlərdən biridir. Aşağıdakı hallar demək olar ki, bütün məhkəmə proseslərində baş verir:
Müşahidəçilər məhkəmə zalına buraxılmır
Yəni, hadisələr bəzən elə cərəyan edir ki, məhkəmə prosesini öz vəzifə salahiyyətlərinə uyğün olaraq dinləməyə gələn jurnalistlər, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri zala buraxılmır.
Bu tip hallar böyük səs-küyə səbəb olan jurnalistlər Xədicə İsmayılovanın, Seymur Həzinin, hüquq müdafiəçisi Leyla Yunus və digər tanınmış şəxslərin məhkəmələrində baş verib. Bələdçilər 50 nəfər üçün nəzərdə tutulmuş zallara ən çox halda 5-6 adam buraxıb
Bunun səbəbini soruşan jurnalistələt isə məhkəmə zalında yerin olmadığı bildirilir.
Hüquqşunas mövqeyi: “Belə halların baş verməsi məhkəmə prosesinin ədalətli gedişatını və çıxaracağı qərarı şübhə altına qoyur,- Samira Ağayeva, dəfələrlə məhkəmə dinləmələri zamanı özü də bir çox hallarda qapı arxasında qalan hüquqşünas deyir. Bu isə öz növbəsində qanunun əsas prinsiplərindən biri olan məhkəmələrin obyektivlik və tərəfsizliyinin pozulması kimi qiymətləndirilməlidir.
Məhkəmənin tərəflərə olan münasibəti öncədən qərarlaşdırlmış şəkildədir
Məhkəmələrdə tez –tez rast gəlinən problemlərdən biri də yalnız bir tərəfin bütün şikayət və vəsadətlərinin təmin olunmasıdır. Bir qayda olaraq tələbləri qəbul olunan tərəf ittiham tərəfi, bütün tələbləri rədd olunan isə müdafiə tərəfidir. Məsələn, jurnalist Xədicə İsmayılıovanın məhkəməsinə hazırlıq dinləmələri zamanı jurnalisin vəkilləri 8 vəsadət qaldırmasına baxmayaraq, onların heç biri qəbul olunmayıb. Oxşar vəziyyət hüquq müdafiəçisi İntiqam Əliyevin məhkəməsində də baş vermişdir.
Hüquqşünas mövqeyi: «Məsələn, Xədicə İsmayılovanın məhməsində biz ona qarşı olan ittihamların absurd və əssasız olduğunu sübut edən dəllilərə malik idik. Bizdə şahid ifadələrinin saxtalaşdılımasına dair sübutlar var idi. Lakin, məhkəmə o dəlillərin heç birinə əhəmiyyət vermədi. Beləliklə də qanun kobud şəkildə pozulur
Günahsızlıq prezumsiyası kobud şəkildə pozulur
Məhbuslar dəmir barmaqlıqlar arxasında saxlanılır. Hüquqşünaslar bunu şəxsiyyətin alçaldılması və özünü müdafiə hüququnun pozulması kimi qiymətləndirilər. Onların arqumentləri sadədir: İnsanın günahı sübüta yetirilməmiş onu dəmir qəfəsə salmaq onun haqqında qeyri-obyektiv münasibət formalaşdırır.
Daha aydın desək, qəsdən günahkar kimi göstərilir. Bundan əlavə bu tip hallarda müttəhimin öz vəkili ilə məsləhətləşməsi hüququ da əlindən alınır. Vəkillər bir çox hallarda məhkəmədən öz müdafiə etdikləri şəxslərin dəmir qəfəsdən azad edilib onların yanında əyləşdirilməsini tələb edirlər. Lakin bu tələblər nadir hallarda yerinə yetirilir.
Hüquqşunas mövqeyi: “Müttəhimin dəmir qəfəsdə saxlanılması alçaldılması ilə yanaşı ona qarşı təyziq vasitəsidir. Özünüz düşünün o özünü harada daha güəndə və rahat hiss edə bilər, qəfəsdə ya öz vəkilinin yanında? hüquqşunas Arif Kazımov deyir.
Məhkəmə sistemi – icra orqanlarından aslı vəziyyətdədir
Azərbaycan məhkəmələri icra hakimiyyətlərinin təsiri altındadırlar. Bir çox hallarda məmurlar məhkəmənin tələblərini qulaq ardına vurur və məhkəmə dinləmələrinə gəlməkdən imtina edirlər. Bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general Emin Şəkinskinin adı keçən cinayət işinə baxılırdı. İş üzrə təqsirləndirilən şəxslərin vəkilləri bildirdilər ki, elə suallar var ki, generalın nümayəndəsi onları cavablandıra bilməz, mütləq özü də gəlib onlara cavab verməlidir. Məhkəmə bu vəsatəti təmin etdi. Amma Emin Şəkinskini məhkəməyə gətirmək mümkün olmadı. Növbəti iclasda hakim özünün əvvəlki iclasda qəbul etdiyi qərara hörmətsizlik edərək, bildirdi ki, məhkəmə onun iştirakı olmadan davam etdirilsin.
Hüquqşünas mövqeyi: vəkil Xalid Bağırov düşünür ki, bu situasiyadan yeganə çıxış yolu islahatlar keçirməkdir. Lakin, strukturların bunu etməyə gücü çatmadığı üçün məhkmələr hələ də polisin nəzarətində olmağa davam edir. Xalid Bağırov bildirir ki: “ Bizim məhkəmələrin nəinki hansısa naziri, hətta hansısa icra orqanında şöbə rəisi vəzifəsində olan şəxsi sorğuya çağırmağa gücü çatmır.