Artıq Putin Rusiyada ömürlükdür, ruslar isə federasiyada əsas xalqdır. Konstitusiya dəyişdi
1 iyul 2020-ci ildə ümumxalq səsverməsi başa çatdıqdan sonra Rusiya konstitusiyası geriyə dönüşü olmadan dəyişdirildi. Əsas nəticə 68 yaşlı prezident Vladimir Putin daha 16 il hakimiyyətdə qalmaq imkanı əldə etdi.
Vahid paket şəklində təklif olunan 269 dəyişiklik Rusiyanın özündə və xaricdə kəskin tənqidlərə səbəb olub. Səsvermə müşahidəçilər olmada və çox qəribə şəraitdə – maşınların qük yerlərində, meşədə kötük üzərində keçirilib.
Rusiyanda konstitusiya dəyişiklikləri ilə bağlı heyrətamiz səsvermə qızışıb. 269 dəyişikliyə siyahı şəklində harda oldu səs verilir. Əsas mövzu Putin üçün daha iki prezidentlik müddətidir.
Rəsmi məlumata əsasən, seçicilərin 77,9 faizi dəyişikliklərin lehinə, 21,27 faizi isə əleyhinə səs verib. Seçici fəallığı 65 faiz təşkil edib.
Müstəqil media, çox sayda ekspertlər və cəmiyyətin böyük hissəsi səsvermənin qeyri-legitim və saxta olduğunu bəyan edir.
Rusiya üçün nə dəyişib?
Əsas dəyişiklik əvvəlki bütün əvvəlki prezidentlik müddətlərinin sıfırlanması və hamıya ilk dəfəymiş kimi prezidentliyə namizədliyini irəli sürmək imkanının verilməsidir.
Bu o deməkdir ki, artıq 20 ildən çoxdur ki, hakimiyyətdə olan hazırkı prezident Vladimir Putin daha iki müddətə prezident seçilə və bu kürsüdə 2036-cı ilə qədər qala bilər.
Aşağıdakı düzəlişlər də diqqət çəkib və qalmaqala səbəb olub:
• Rus xalqı “dövlət formalaşdırandır”, buna görə də rus dilinə xüsusi status verilir;
• Nikah kişi və qadın arasında ittifaqdır;
• Ölkənin əsas qanununa tanrı anlayışı daxil edilib: “Bizə tanrı tərəfindən nəsihət edilən əcdadların xatirəsi”.
Ən fəal səsvermə iştirakçıları Çeçenistan və Tuva respublikalarının sakinləri olub. “Lehinə” səs verənlər arasında da onlar liderdir.
Dəyişikliklərin “əleyhinə” səs verən RF-nin yeganə regionu Nenentsk Muxtar Vilayətidir. Moskvada da dəyişikliklərin əleyhdarlarının qələbə qazandığı ayrı-ayrı məntəqələr var.
Niyə müstəqil ekspertlər və jurnalistlər əmindirlər ki, səsvermə saxtalaşdırılıb?
Rusiyada “ümumxalq səsverməsi” anlayışımım xatırlandığı qanun yoxdur.
Müşahidəçilər və jurnalistlər məntəqələrə buraxılmayıb. Elan olunub ki, bu tədbir koronavirus pandemiyası şərtlərində təhlükəsizliyin təmin edilməsi üçündür.
Sosial şəbəkələrdə və mediada səsverməni tamaşa ilə müqayisə edirlər.
Müxalifətçi fəal Dmitri Qudkov, bir çoxları kimi səsvermə davam etdiyi bütün həftə boyu Moskvada və Peterburqda məntəqə çıxışlarında sorğu keçirib və bu exitpoll nəticələri ilə MSK-nın açıqladığı rəqəmləri müqayisə edib.
“Putin ən azı Rusiyanın bu iki əsas şəhərində dəqiq uduzub, amma qalan regionlarda da nəticələr saxtalaşdırılıb”, – o, “Nastoyaşee vremya” nəşrinə bildirib.
Moskvada və Peterburqda bütün həftə boyu təkadamlıq piketlər keçirilib, çünki koronavirus pandemiyasına görə bütün toplantılar qadağan edilib. Amma piketlərdə çox insan iştirak etməyib, müxtəlif dəyərləndirmələrə görə, onlar 500 nəfərə qədər olublar.
Moskvada səsvermənin son günündə polis Qızıl Meydanda özünəməxsus etiraz iştirakçılarını saxlayıb – insanlar yerdə uzanaraq bədənləri ilə Putinin prezidentlik səlahiyyətlərinin bitəcəyil il ifadə edən “2036” ədədini əmələ gətiriblər.
Bu səsvermə üçün xüsusi yaradılan “Pozuntular xəritəsi” iyulun 1-də 1800-dən çox müraciət qeydə alıb. Medial və sosial pozuntuları dəstəkləyən foto və videolar paylaşırlar.
Saransk şəhərində qutuya kütləvi bülleten atılmasını təsadüfən səsvermə haqda telereportaj zamanı canlı efirdə göstəriblər.
Çox vaxt insanlar onların yerinə artıq səs verildiyinə şahid olublar. Həmçinin müşahidəçilər məntəqələrdən qovulduqlarından və işlərinə maneə törədildiyindən şikayətləniblər.
İş yerlərindən kütləvi səsverməyə məcbur edilməsi və seçicilərin bilavasitə seçki məntəqələrində satın alınması faktları da yer alıb.
O cümlədən də bütün 16 yaşına qədər övladı olan Rusiya vətəndaşlarının hesabına səsvermə günü 10 min rubl [140 dollara yaxın] köçürülüb.
Bununla belə hamı anlayır ki, pozuntiuları rəsmən bildirmək də mümkün deyil, çünki səsvermə seçki məcəlləsi ilə tənzimlənməyib.
Şərh
Aleksey Navalnı, Rusiya müxalifətinin liderlərindən biri
“Putin sadəcə hamını alçaltdı. Biz Afrikadan betər görünürük. Belə biabırçılıq əksər üçüncü dünya dövlətlərində baş vermir. Biz də bu nəticəni heç vaxt tanımayacağıq.
Səsvermə saxtadır, amma bu, ölkədə baş verənlərin açıq ifadəsi oldu: Vladimir Putin korrupsionet dostlarından və həmkarlarından ibarət qrupla hakimiyyəti ələ keçirib və Rusiyanın ömürlük hökmdadı olmaq istəyir.
Bir neçə ölkə [Tacikistan, Özbəkistan, Peru, Burkina-Faso, Seneqal, Burundi – Navalnının siyahısı] eyni bu cür prezidentlik müttədinin sıfırlanmasını həyata keçirib. Və onların hamısının bir ortaq yanı var: bunlar geridəqalmış, inkişaf etməmiş, əhalisi çox kasıb ölkələrdir. Bu ölkələr deqradasiya edir. Orada əməkhaqları cüzidir. Əhali daha yaxşı həyat ardınca oradan çıxıb gedir.
Və heç bir şübhə yoxdur ki, Putin bizi eyni yolla aparır. […]
Dəyişikliklərlə bağlı bütün şanslar ilk növbədə bizim hər birimizin təbliğat işindən asılıdır.
20 faiz fəal və ən normallar televizor qarşısında oturanların 20 faizinə əks-təbliğat tətbiq etməlidir. Bunun ardınca Putinin reytinqi o dərəcədə düşəcək ki, onun rejimi buna dözməyəcək.
Bunu çox yaxşı anlamaq lazımdır.
Rejimin əsası satılmış məhkəmələr və polis, təbliğatçılar, seçkidə yalandır, ilk növbədə isə beyinlərii yuyulmuş real insanlardır. Onlar Putinə dəstək reytinqi, səs və onun hesab etdiyi kimi bizim səslərimizi zorla almaq haqqı verirlər.
Putin elə bu reytinq üzərində hökmranlıq edir”.