Cənubi Osetiyada “sərhədi qanunsuz keçməkdə” mühakimə olunan gürcü həkim azad edilib
Cənubi Osetiyada “dövlət sərhədini qanunsuz keçməkdə” ittiham olunaraq saxlanılan və bir il doqquz ay müddətinə məhkum olunan gürcü həkim dekabrın 28-də azad edilib. Cənubi Osetiyanın “Osinform” informasiya agentliyinin məlumatına əsasən, həkim Cənubi Osetiya prezidenti Anatoli Bibilov tərəfindən əfv edilib.
“İstintaq altında olduğu zaman Qaprindaşvili hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib, həbsdə saxlanma rejiminə qeyd-şərtsiz əməl edib.
İstintaqın gedişatında 1989-1992, 2004 və 2008-ci illərdə hərbi cinayətlər törətmiş şəxsləri üzə çıxarmaq məqsədilə saxlanılmış şəxsə Cənubi Osetiya əhalisinə qarşı soyqırım hallarını, o cümlədən də Zar və Eredvi faciələrini qeydə almış sənədli video-materiallar nümayiş olunub.
Onun qeyd olunmuş hadisələr zamanı insanların həlak olduğu ərazilərə səfərləri təşkil olunub.
Qaprindaşvili təqdim olunmuş materiallara maraq ifadə edib. Sxinval üzrə tanışlıq səfəri zamanı o, xoş məram nümayiş etdirib, təklif olunan təamlardan imtina etməyib, osetin mətbəxini tərifləyib.
Məhkəmə iclasının gedişatında “öz hərəkətləri ilə yaratdığı narahatlığa görə” üzr istəyib, “rahat saxlanma şəraitinə görə” osetin xalqına minnətdarlığını bildirib”, – “Osinform” yazır.
Azad olunandan sonra ilk bəyanatında Vaja Qaprindaşvili Gürcüstan hakimiyyətinə, o cümlədən də hökumətə, parlamentə, DİN-ə və Dövlət Təhlükəsizliyi Xidmətinə onun azad edilməsi üçün göstərdikləri səyə, həmçinin onu fəal şəkildə dəstəkləyən ailəsinə və bütün hər kəsə minnətdarlığını bildirib.
Onun sözlərinə görə, o, “özünü yaxşı hiss edir” və daha sonra saxlanılmasının və Sxinvalidə saxlanmasının təfərrüatları haqda danışacağına söz verib. Qaprindaşvilini azad edilməsi münasibətilə Gürcüstan prezidenti Salome Zurabişvili təbrik edib. Xarici işlər naziri David Zalkaliani bəyan edib ki, həkimin azad edilməsi Gürcüstan hakimiyyətinin fəaliyyətinin nəticəsində mümkün olub.
Gürcüstanın Ortopedlər Assosiasiyasının prezidenti Vaja Qaprindaşvili noyabrın 9-da gürcü-osetin münaqişəsi zonasında saxlanılıb. Sxinvalidə bildirirlər ki, o, “dövlət sərhədini pozub və Osetiya tərəfinə keçib”.
Həbs olunanda sonra Qaprindaşvili özünü təqsirli bilməyib. Gürcüstan hakimiyyətinin və mediasıın məlumatına əsasən, Sxinvalidə məhbəsdə saxlaılarkən, o, bildirib ki, münaqişə zonasında dövlət sərhədi yoxdur və o, heç bir cinayıt törətməyib.
Sxinvali Qaprindaşvilini əməlini təxribat və yaxşı planlaşdırılmış aksiya adlandırıb. Həmçinin Osetiya hakimiyyəti səs yazısı yayıb və bildirib ki, bu səs yazısı Vaja Qaprindaşvilinin Gürcüstan xüsusi xidmət orqaları ilə əməkdaşlığına dəlalət edir.
Vaja Qaprindaşvilinin necə və niyə Sxinvaliyə gedib çıxdığı haqda hələ də heç bir şey məlum deyil.
Noyyabrın 9-dan sonra Qaprindaşvili Sxinvali təcridxanasında saxlaılıb. Dekabrın 20-dəsxinvali məhkəməsi onu bir il doqquz ay azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Beynəlxalq qurumlar da həkimin azad edilməsi məsələsində Gürcüstan hakimiyyəti ilə fəal şəkildə qarşılıqlı iş görürdü.
Tbilisidə Qaprindaşvilinin qeyd-şərtsiz azad edilməsi tələbi ilə etiraz aksiyaları keçirilirdi. Fəalların fikrincə, Gürcüstan hakimiyyəti həkimi həbsdən azad etmək üçün kifayət qədər səy göstərmirdi.
____________________________________________________________________________________________
• Avqust 2008. Cənubi Osetiya ətrafında müharibə. Hər şey necə oldu?
____________________________________________________________________________________________
Gürcü-osetin münaqişə zonasından mütəmadi olaraq Rusiya hərbçiləri tərəfindən Gürcüstan vətəndaşlarının “dövlət sərhədinin pozulması” ittihamı ilə saxlanması haqda məlumatlar gəlir.
2008-ci ilin avqustunda Cənubi Osetiya ətrafında Gürcüstan-Rusiya müharibəsindən sonra Rusiya hərbçiləri münaqişə zonasını bütün perimert üzrə nəzarətə götürüb. İnzibati sərhəd boyu “dövlət sərhədi” və “Cənubi Osetiya” yazılnış bannerlər yerləşdirilib. Sərhədin özü bəzi yerlərdə tikanlı məftillə çəpərlənib.
Rusiya və Osetiya tərəfi bu prosesi “borderizasiya” adlandırır. Onların nümayəndələrinin sözlərinə görə, sərhəd müəyyən edilərkən, onlar müharibədən əvvəlki köhnə sovet dövrünə aid xəritələri əsas götürürlər. Axalqori rayonunda onlar sərhədi elə çəkiblər ki, bütün yaşayış məntəqələri Cənubi Osetiya tərəfində qalıb.
Gürcüstan tərəfi bu prosesi “sürünən işğal” adlandırır və bəyan edir ki, Rusiya tərəfi hər dəfə Gürcüstan torpaqlarının yeni hissələrini zəbt edir.
Gürcü kəndlərində tikanlı məftil çox vaxt elə çəkilib ki, kəndi iki hissəyə bölüb. Nəticədə onlarla ailə tikanlı məftilin o biri tərəfində qaldığı üçün torpaq sahələrindən məhrum olub, doğmalarının məzarlarını ziyarət edə bilmir.