Aİ Ermənistana maliyyə yardımını artırır
2018-ci il inqilabından, başqa sözlə, hakimiyyət dəyişikliyindən sonra Avropa İttifaqı Ermənistanda islahatların maliyyələşdirilməsini artırıb. 2019-cu ildə Aİ-nin Ermənistana təqdim etdiyi məbləğ ötənilkindən çoxdur.
• ABŞ Ermənistana maliyyə yardımını artıracaq
• Ermənistan – əcnəbilər üçün liman
«2019-cu ildə Aİ tərəfindən dəstək 40 milyon avro həcmində qiymətləndirilir. Həmçinin 25 milyon avro həcmində əlavə fond nəzərdə tutulur», – bunu Avropa inteqrasiyası üzrə parlament komissiyasının iclasında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.
Avropa İttifaqı hansı islahatları dəstəkləyirdi
2014-cü ildən bəri Avropa İttifaqı Ermənistana təxminən 120 milyon avro məbləğində maliyyə yardımı təqdim edib.
Maliyyələşmə ölkənin iqtisadi inkişafına, innovasiyalara, qanunçuluğun möhkəmləndirilməsinə və biznes mühitinin inkişafına yönəlmiş proqramlara təqdim olunurdu. Avropa İttifaqı seçkilərin keçirilməsinə və beynəlxalq əlaqələrin və nəqliyyat infrastrukturunun inkişafına, həmçinin energetika sahəsinin effektivliyinin artırılması proqramları üçün dəstək göstərirdi.
İndi hüquqi sistemin və təhsil sisteminin islahatlarının dəstəklənməsi nəzərdə tutulur.
2014-cü ildən Ermənistan İnvestisiya qonşuluq fondu vasitəsilə qrantlar şəklində 70 milyon avro alıb. Ümumilikdə, Aİ-nin Ermənistana investisiyalarının həcmi 400 milyon avrodan çox təşkil edib.
Əməkdaşlığın möhkəmlənməsi
Hələ əvvəlki hakimiyyət dönəmində Avropa İttifaqı ilə əməkdaşlıq ölkə üçün əhəmiyyətli hesab olunurdu. 2017-ci ilin noyabr ayının 24-də Aİ və Ermənistan arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş imzalanmışdı.
2018-ci ilin aprel ayının 11-də o, ölkə parlamenti tərəfindən ratifikasiya olunmuşdu. Özü də bu, erməni deputatları tərəfindən yekdil olaraq bəyənilmiş azsaylı sənədlərdən biri olmuşdu. Sənəd Avropa Parlamenti tərəfindən də bəyənilib. Saziş 2018-ci ilin iyun ayının 1-dən qismən qüvvəyə minib. Yekun olaraq o, Aİ-yə daxil olan 28 ölkənin hamısı tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. Hazırkı ana qədər bunu 13 ölkə edib.
Viza rejiminin liberallaşdırılması
Ermənistan hakimiyyəti ən vacib məsələlər sırasında viza rejiminin liberallaşdırılması da var. Avropa inteqrasiyası üzrə parlament komissiyasının iclasında XİN başçısı Zöhrab Mnatsakanyan deputatlara deyib:
«Bu məsələ gündəmin ən vacib məsələləri sırasındadır. Bu kontekstdə komissiya və şura vasitəsilə həm Aİ-də, həm də Avropa İttifaqının üzvü olan ölkələrin köməyi ilə iş aparılır. Biz Ermənistanda vizaların liberallaşdırılması üzrə dialoqun başlanmasının təmin edilməsi məqsədilə yaradılmış potensialın, imkanların ekspert qiymətləndirilməsi üçün üzv-ölkələrlə dialoqu təmin etməyə çalışırıq».
Ermənistanla Avropa İttifaqı arasında tərəfdaşlıq və mobillik haqqında sənəd hələ 2011-ci ildə imzalanıb. Tərəflər öhdəlik götürüblər ki:
- Aİ və Ermənistan arasında vətəndaşların mobilliyinin artırılması,
- miqrasiya axınlarının daha yaxşı idarə olunmasının təmin edilməsi,
- qanunsuz miqrasiyanın qarşısının alınması və azaldılması.
Bununla əlaqədar daha bir saziş – vizaların verilməsinin sadələşdirilməsi haqqında saziş imzalanıb. O, 2014-cü ilin yanvar ayında qüvvəyə minib. Viza rejiminin liverallaşdırılması üzrə sazişin yerinə yetirilməsini tənzimləyən Birgə komitənin iclarlası hər il qeydə alıblar ki, bu sazişləriun şərtləri yerinə yetirilir. Bu da imkan verib ki, Aİ və Ermənistan arasında vizasız rejim haqqında dialoqun başlanması həddinə yanaşılsın.