Azərbaycanda koronavirusa yoluxanların sayı artıb – 76 yeni yoluxma
Paylaşmaq
Paylaşmaq
Ötən sutka ərzindəAzərbaycanda koronavirusa yoluxma halları kəskin artıb. 76 yeni yoluxma halı qeydə alınıb. Bununla yanaşı 28 nəfər sağalıb.
Beləliklə, yoluxanların ümumi sayı 2060 nəfərə çatıb, onlardan 1508 nəfər sağalıb, 26 nəfər ölüb.
Nazirlər Kabineti mətbuat xidməti bu statistikanın “ümidverici olmadığını” bildirib. Məmurlar deyirlər ki, əgər ticarət və iaşə obyektləri instruksiyalara əməl etməsələr, bu, karantin rejiminin yumşaldılmasına mane ola bilər.