Azərbaycanlılar Türkiyə vətəndaşlığı üçün bu ölkəyə milyardlarla dollar sərmayə yatırıb
Paylaşmaq
Paylaşmaq
Son üç ildə 4808 nəfər Azərbaycan vətəndaşı Türkiyədə dəyəri 1 milyon dollar olan daşınmaz əmlak alıb. Bu, onlara həmin daşınmaz əmlakı üç il müddətində əllərində saxladıqları təqdirdə Türkiyə vətəndaşlığı almaq imkanı verir.
Beləliklə, bu müddət ərzində Azərbaycan vətəndaşları Türkiyəyə beş milyard dollara yaxın vəsait yatırıb (digər sərmayə növlərini saymasaq).
Türkiyədə daşınmaz əmlak alan əcnəbilərin sayı 2017-ci ildə qəbul olunan bahalı daşınmaz əmlak satın almaqla vətəndaşlıq əldə etmək imkanı verən müvafiq qanundan sonra əhəmiyyətli dərəcədə artıb. (Euronews)
Türkiyədə daşınmaz əmlak alan əcnəbilər arasında hazırda İraq vətəndaşları liderlik edir.
Azərbaycan bu reytinqdə Böyük Britaniyadan sonra doqquzuncu yeri tutur.