Azərbaycanda koronavirusdan 26-cı ölüm və 39 sağalma
Keçən sutka ərzində Azərbaycanda COVID-19-dan daha bir nəfər həyatını itirib. Onun 51 yaşı var olub və şəkərli diabet, ürək çatışmamazlığı və ürək işemiyasından əziyyət çəkib. rdi. Bu Azərbaycanda koronavirusdan sayca 26-cı ölümdür.
Həmçinin 52 yeni yoluxma və 39 sağalma var, sağalanlar xəstəxanadan evlərinə buraxılıb.
Beləliklə rəsmi məlumata görə, yoluxanların ümumi sayı 1984 nəfərdir, onların 1480 nəfəri sağalıb. 478 nəfər isə müalicə almaqda davam edir.