Ermənistan iqtisadi durğunluq həddində: 2021-ci ildə ölkədə nələr gözləməli
Bu ilin Ermənistan iqtisadiyyatı üçün son onillikdə ən çətin il olacağı gözlənilir. Yaxın zamanda itkilərin miqyasının heç yarısının bərpa olunmayacağı haqda dövlət strukturlarının özlərinin proqnozlarında deyilir.
Əgər ilkin mərhələdə ölkənin Maliyyə Nazirliyi 2021-ci ilin dövlət büdcəsi layihəsində 4,8 faiz yüksəliş nəzərdə tutmuşdusa, son variantda proqnoz 3,2 faizə enib. Bununla yanaşı 2020-ci ilin iqtisadi enişi 8 faizi aşa bilər. Bu, 2008-ci il böhranından sonra Ermənistan iqtisadiyyatının ən böyük enişidir.
- Ermənistanın baş naziri 2021-ci ili “iqtisadi iddiaların bərpası ili” elan edib
- In spite of war and virus: Armenia’s attempt to reboot tourism
Ermənistan niyə çuxura düşüb?
2020-ci ildə Paşinyanın rəhbərliyi altında Nazirlər Kabineti ən təmkinli hesabla 5 faizlik yüksəliş gözləyirdi. İl həqiqətən də yaxşı başlamışdı. İlk iki aya aid iqtisadi göstəricilər çox şey vəd edirdi, amma koronavirus epidemiyası Ermənistana da çatdı.
Ölkədəki praktiki olaraq bütün müəssisələrin bağlandığı iki aylıq sərt lokdaun əlbəttə ki, əhalinin sağlamlıq problemini həll etmədi, amma iqtisadiyyatın bütün sahələrində xeyli enişə səbəb oldu.
Daha sonra böhran sərhədlərin bağlanması, logistik problemlər və hansısa sahələrin fəaliyyətinin qadağan olunması fonunda davam etdi. Turizmdən gələn gəlir tam itirilib. Sənaye istehsalı, xidmət sahəsi və ticarət göstəriciləri hələ də minus zonasında qalır.
Burada Ermənistanda dünya iqtisadiyyatına inteqrasiya etmiş istənilən ölkə ilə baş verənlər təkrarlanırdı.
Ölkə üçün ikinci böyük zərbə Dağlıq Qarabağda tam miqyaslı müharibə oldu. Cəmiyyətin gözləntilərinə rəğmən hərbi əməliyyatlar bir neçə günə bitmədi. Altı həftəlik müharibə ölkə iqtisatiyyatını sözün həqiqi mənasında sümürdü.
Əgər ilin əvvəlində Ermənistanın dövlət borcu ÜDM-nin 50 faizindən aşağı idisə, indi bu göstərici 70 faizə yaxınlaşıb. Ehtimal olunur ki, hökumət silah almaq və ordunun ehtiyaclarını ödəmək üçün borc almaq məcburiyyətində qalıb. Üstəlik dövlətin dövlət borxunun pdənməsi ilə bağlı problemlə üzləşməsi təhlükəsini yaradan hədd məhz 70 faiz hesab olunur.
Bu da o deməkdir ki, Nazirlər Kabineti kapital xərclərini – yəni məktəblərin inşası, yolların təmiri və fövqqəladə dərəcədə vacib olan yeni iş yerlərinin açılması ilə bağlı maliyyələşdirməni azaldacaq.
Yeni nazir və səs-küylü bəyanatlar
2020-ci ilin noyabrında Qarabağ üzrə kapitulyasiya razılaşması imzalanandan dərhal sonra istefası tələbinin vababında baş nazir Nikol Paşinyan hökumət islahatları və onun fəaliyyəti ilə bağlı proqram təqdim edib. Beləliklə o, istefaya getmək niyyətində olmadığını açıqlayıb, bununla yanaşı həmin bəyanatda o, hökumətin tərkibinin 80 faizini dəyişmək niyyəti haqda bildirib. Nazirlər Kabinetinin tərkibində ilk dəyişikliklərdən biri yeni iqtisadiyyat naziri Vahan Kerobyan olub.
Bu, uğurlu biznesmendir, onun əsasını qoyduğu işlərə yemək çatdırılması xidməti ancaq Ermənnistanda yox, həm də bir neçə postsovet ölkəsində işləyir. Amma Vahan Kerobyanın ixtisas üzrə təhsili və dövlət idarəçiliyi təcrübəsi yoxdur.
Yeni nazir əvvəlcə Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrin yaradılması ilə bağlı ümidini ifadə edib, sonra bildirib ki, bu il ikirəqəmli iqtisadi yüksəliş təmin etmək niyyətindədir:
“İqtisadiyyatla bağlı mənim nikbinliyim dəyişməyib. Demək olar ki, hər gün mən investorlarla görüşürəm, onların problemllərini həll edirəm. Bu yaxınlarda şəhərsalma ilə məşğul olan və Ermənistan paytaxtının mərkəzində Teryan küçəsində yaşayış binasının inşasına 100 milyon dramlıq [192 min dollar] investisiya yatırımı etmək istəyən şirkətin məsələsi həll oldu”.
O, sadəcə bir binanın inşası ilə bağlı belə balaca investisiyanın onda niyə bu qədər nikbinlik yaratdığını izah etməyib. Bununla belə, nazirin dediklərini həyata keçirə bilib-bilməyəcəyi sualı açıq qalır.
Amma artıq martda o, ölkədə yaranmış çox sayda iqtisadi problemlərin öhdəsindən gəlmək üçün plan təqdim etməli olacaq.
Real mənzərə necə olacaq? Ekspertlərin rəyi
Məncə, ekspertlərin fikri indiki qədər heç vaxt üst-üstə düşməyib. 2021-ci il itkilərin qismən bərpasına gətirə bilər, amma ikirəqəmli yüksəlişə yox. Hətta Dünya Bankı da Ermənistan üçün cəmi 3,1 faiz yüksəliş proqnozlaşdırır.
İqtisadçı Qrant Mikaelyan əmindir ki, nazirin proqnozları baş tutmayacaq:
“O, 2020-ci ildə enişin 8,5 faiz təşkil etməsindən çıxış edərək ikirəqəmli yüksəliş gözləyir – yəni aşağı baza effekti, o cümlədən də kommunikasiyaların açılması sayəsində. Bu haqda Kerobyan ilk dəfə deyil ki bildirir. Elə ən böyük səhv də buradadır. Ermənistanın “kommunikasiyaların açılmasından” hər hansı xeyir götürəcəyilə bağlı heç bir əsas yoxdur”.
Mikaelyan Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Qarabağ müharibəsindən sonra razılığa gəldikləri regionda nəqliyyat kommunikasiyalarının açılması haqda danışır. Proses artıq danışıqlar və işlərin planlaşdırılması səviyyəsində başlayıb. Amma mütəxəssislərin proqnozlarına əsasən, bilk dəfə yollar ən yaxşı halda iki ildən tez açılmayacaq.
İkinci vacib məqam – bu, birbaşa xarici investisiyaların əhəmiyyətli dərəcədə azalması deməkdir.
“Ermənistan iqtisadiyyatına 2020-ci ildə birbaşa xarici investisiyalar sıfıra çatıb. 2020-ci ilin yanvar-sentyabr aylarında (müharibəyə qədər) Ermənistan iqtisadiyyatına birbaşa təmiz investisiya axını cəmi 311 milyon dram, yəni 360 min dollar təşkil edib. Vəziyyəti daha yaxşı anlamaq üçün sadəcə ötən illərin gösrəticilərini xatırlamaq lazımdır. 2019-cu ilin eyni dövründə bu məbləğ 80 milyon dollar, 2018-ci ildə 128 milyon dollar, 2017-ci ildə 118 milyon dollar, 2016-cı ildə 96 milyon dollar, 2015-ci ildə 168 milyon dollar təşkil edib”.
Ermənistan iqtisadiyyatı əvvəlki kimi olmayacaq
Ermənistan iqtisadiyyatı yalnız pandemiya və müharibədən ziyan çəkməyib, ümumiyyətlə dönüşü olmadan dəyişib – iqtisadçı Vahan Xaçatryan əmindir. Ölkəkonkret böyük istisadi layihələri itirib, o cümlədən də Sotk qızıl yatağını, hansı ki, qismən Azərbaycanın nəzarətinə keçib. Ermənistanın enerji sisteminə sıx inteqrasiya etmiş Dağlıq Qarabağdakı iyirmiyə yaxın SES də bura daxildir. Bütün bunlar hakimiyyəti iqtisadi siyasəti yenidən nəzərdən keçirməyə vadar edir.
“2021 ölkə üçün ən ağır il olacaq. Qeyri-müəyyənliklər çoxdur, imkanlar isə az. Yeni maliyyə mənbələri tapmaq lazımdır. Buna Ermənistandakı qeyri-stabil siyasi vəziyyət də əlavə olunur. Odur ki, əgər bizim müsbət göstəricimiz heç olmasa 1 faiz olsa, bu, yaxşı nəticə olacaq”, – Vahan Xaçatryan hesab edir.
Maliyyə strukturlarının və məsuliyyətli şəxslərin illik dövrdə proqnozları hələlik stabil deyil, çünki koronavirusun dünya iqtisadiyyatına təsirini nə zaman durdurmaq mümkün olacaq, bəlli deyil.
Ilin ağır olacağını hökumət də anlayır, çünki vergilərin artırılmasına getməyə hazırlaşır ki, büdcədəki mümkün maliyyə kəsirlərini kompensasiya edə bilsin – Vahan Xaçatryan deyir.
Ermənistan yaranmış çətinliklərin öhdəsindən ancaq o zaman gələ bilər ki, əlavə dəyərli istehsalın çəkisini artıra bilsin, yəni rentabelli sənaye müəssisələri yarada bilsin. Bu siyahıda, məsələn, dağ-mədən sənayedi xammalının emalı üzrə müəssisələrin yaradılması var. İndi bu sahə xammalın satışına istiqamətlənib.
İqtisadi göstəricilərin hazırkı enişi mütlləq ölkədə yoxsul insanların artmasına gətirib çıxaracaq.
“Əgər bizdə yüksəliş olmasa və ya mənim proqnozlaşdırdığım kimi kiçik yüksəliş olsa, bu, mütləq əhalinin real gəlirlərinin azalmasına gətirib çıxaracaq. Burada da artıq buna necə yol verməmək haqda düşünmək lazımdır. Əgər bu, yenə də baş versə, sosial narazılıq səviyyəsi yüksələcək”, – Vahan Xaçatryan deyir.
Ermənistan iqtisadiyyatına təsir edən amillərdən biri də milli valyuta məzənnəsidir. Müharibə başlayandan dram əsas valyutalara, yəni Ermənistanda yayılmış dollar və avroya nisbətdə xeyli dəyərdən düşüb və proses davam edir.
Ölkənin Mərkəzi Bankında əmindirlər ki, bunun üçün heç bir obyektiv səbəb yoxdur və dramın məzənnəsinə valyuta bazarındakı spekulyasiya əhvalı təsir edir. Bununla belə MB inflyasiya səviyyəsinin azaldılması üçün yenidən maliyyələşdirmə faizinin artımına gedib. Bu o deməkdir ki, Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditlərin faizi daha yüksək olacaq və deməli, kommersiya banklarının verdiyi kreditlərin də faizi qalxacaq.