2016-cı ildə Ermənistanda orta aylıq əmək haqqı yüksəlib
Paylaşmaq
Paylaşmaq
Milli Statistika Xidmətinin məlumatına görə, 2016-cı ildə Ermənistanda orta aylıq əmək haqqı 187 850 dram (391 dollar) təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,7 faiz çoxdur.
Ən çox əmək haqqı aşağıdakı sahələrdə qeydə alınıb:
maliyyə və sığorta fəaliyyəti (401 min drama yaxın – 837 dollar);
informasiya və kommunikasiya sahəsi (377 min drama yaxın – 787 dollar);
dağ-mədən sənayesi və yataqların istismarı (345 min dram – 720 dollar).
Ən az əmək haqqı aşağıdakı sahələrdə ödənilir:
mədəniyyət, əyləncə, istirahət (112 min dram – 233 dollar);
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (115 min drama yaxın – 240 dollar);
təhsil, ictimai iaşə (122 min dram – 254 dollar).
Əmək haqqı səviyyəsi regionlara görə də tərəddüd edir. Məsələn, 2016-cı ilin noyabrında orta aylıq əməkhaqqının ən yüksək həddi Sünik rayonunda (215 min dram – 448 dollar), ən aşağı həddi Araqatsotnada (130 min dram – 271 dollar) qeydə alınıb. Paytaxtda eyni dövrdə bu göstərici 195 min dram (407 dollar) təşkil edib.